Modern.az

Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü - VİDEO

Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü - VİDEO

1 Mart 2021, 22:28

Vətən müharibəsində şəhid olduğu haqda məlumat yayılan, daha sonra isə əsir düşdüyü müəyyənləşən Vəliəhəd Vəliyev bir neçə aydan sonra evinə qayıdıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə qazimizin atası Şakir Vəliyev bildirib.

 

Ötən ilin dekabrında erməni əsirliyindən xilas edilən qazimizin müalicəsi başa çatıb və o, bu gün doğulduğu Lənkərana yollanıb.

 

Vətən müharibəsi qazisi Lənkəranda izdihamla qarşılanıb. Bundan əvvəl isə Vəliyev Vəliəhəd Bakıda Fəxri Xiyabana yollanaraq Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

 

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Vəliyev Vəliəhədin Zəngilan uğrunda döyüşlərdə əsir düşdüyü bildirilirdi (qafqazinfo). 

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir