Arxiv
1 mart 2021, 23:11 | AKTUAL
Bir başqa 26 fevral...

(Azərbaycan Prezidentinin 26 fevral 2021-ci il tarixli tarixi mətbuat konfransı barədə düşüncələr)

 

Bizim nəslin, mənim və həmyaşıdlarımın gəncliyi, ictimai-siyasi fəaliyyəti hər ilin 26 fevralında... necə deyərlər, sönürdü – 28 il boyunca 26 fevrallarda çökürdük... Biz bizdən gücsüz, bizdən hər halı ilə balaca və məhz bizim tarixi torpaqlarımızda qurulmuş “dövlət” tərəfindən soyqırıma məruz qalmışdıq. Doğrudur, bu soyqırım Rusiyanın bədnam 366-cı motoatıcı alayının biləvasitə iştirakı və dəstəyi ilə baş tutmuşdu amma bütün hallarda məhz Ermənistan və onun Dağlıq Qarabağda bəslədiyi oyuncaq rejim “qalib ədası” ilə gəzir, məhz Ermənistan siyasi-hərbi rəhbərliyi açıq mətnlə Xocalıda mülki əhalinin qanına qəltan edilməsini “əsaslandırır”, “haqq” qazandırırdı... Bəs biz ötən uzun illər ərzində bu müsibətə necə dözdük, səbr etdik? – Əgər ən yığcam şəkli ilə ifadə etsək, haqqın nazilsə də, üzülməyəcəyinə inanaraq, müstəqil dövlətimizə, dövlətimizin apardığı hərbi quruculuq, intensiv xarici siyasət işinə, iqtisadiyyatımızın çiçəklənməsinə, dövlət-xalq birliyinə, xalq ruhunun cəsarətinə inanaraq, Ali Baş Komanadanımıza, Ordumuza inanaraq bugünə gəlib çıxa bildik... Və gün gəldi, Ali Baş Komandan Silahlı Qüvvələrəimizə “İRƏLİ!” əmri verdi, fədakar Ordumuz “Oldu!” dedi. Sonra həqiqət və gerçəkliklər bir-bir üzə çıxdı; biz bildiyimizi bilirdik, dünya gördü, Ermənistanın illərdir aldalılan cəmiyyəti gördü, dünya erməniliyi gördü o həqiqət və gerçəklikləri.

 

Müzəffər Ordumuz Ali Baş Komandanın mükəmməl rəhbərliyi ilə 44 gün kimi qısa bir müddət ərzində 30 illik işğal illərində Qarabağda strukturlaşmış, 3-5 qat eşalonlaşaraq möhkəmlənmiş Ermənistan silahlı qüvvələrini darmadağın etdi, nəfəsini kəsdi, belini qırdı. Ali Baş Komandan dedi ki, “Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa”...

Prezident 44 günlük Vətən Müharibəsi müddətində dünyanın aparıcı media orqanlarına 30 yaxın müsahibə verdi. Bir yandan Azərbaycan ordusu irəlilədi, digər yandan Azərbaycan həqiqətləri yayıldı, tirajlandı. Ordumuz ruh bədənə qayıdan kimi, axın-axın, dalğa-dalğa öz dədə-baba torpağına yayıldıqca, Azərbaycan həqiqətləri də televizya, radio, portal, qəzet, jurnallar üzərindən tirajlandı; ordumuz aldadılmış erməni cəmiyyətini, yaxası dəmir-dümür dolu “yenilməz ordu” generalitetini həqiqətin sərt üzü ilə tanış etdikcə, informasiya sahəsində görülən işlər dünya ermənilərinin illərlə aldadaraq “qazandığı” ünvanları düşndürməyə başladı, aldadılmış dünya ictimai fikri önəmli dərəcədə dəyişdi, həqiqətlərlə tanış oldu. Hər iki cəbhənin tək lideri Prezident, Ali Baş Komandan İlham Əliyevdi!

Ölkə başçısı 2021-ci ilin 26 fevralında yenidən dünya ictimai fikrini, Azərbaycan ictimai fikrini həqiqət və gerçəkliklərlə tanış etdi. 4 saatdan çox və 4 dildə! – Artıq etiraf olunduğu kimi bu formatda, bu qədər uzun və 4 dildə mətbuat konfransı keçirməklə dövlət başçımız rekorda imza atmış oldu. Əlbəttə, əsas kəmiyyət deyil, bu kəmiyyətləri aşan keyfiyyətdir – işin mahiyyətidir əsas olan. – Tək kəlmə ilə: BİZƏ QÜRUR YAŞATDIĞINIZ ÜÇÜN SİZƏ MİNNƏTDARIQ, CƏNAB PREZİDENT!

 

Bilirsiz, mən uzun illər televizyada çalışmış, dövlət, hökumət başçılarından müsahibələr almışam yaxud onların mətbuat konfranslarında sual vermə imkanım olub. Ona görə də, yalnız qürur duyduğumuz Prezidentimizin mətbuat konfransı olması etibarı ilə deyil, qlobal təfəkkürlü, bəşəri tərəqqiyə sadiq nüfuzlu dövlət başçısı, sözü imzası qədər etibarlı lider və məhz həqiqətləri söyləyən Qalib Rəhbər olaraq cənab İlham Əliyevin bu mətbuat konfransının unikallığını mütləq qeyd etməliyəm. Heç şübhəsiz, mətbuat konfransının zamanlaması da vurğulanmalıdır.

 

Biz Xocalı soyqırımı da daxil olmaqla, Qarabağ, ümumən Azərbaycan həqiqətlərinin dünyada qəbul görməsi baxımından çox əziyyətlər çəkmişik; nəinki dünya markası olan böyük media holdinqlər, regionla media quruluşları, hətta, öz rəsmi mətbuatımızın belə həqiqətləri yazmadığı ağır günlərdən keçmişik... Yada salaq: 29 il öncə Azərbaycan rəsmi mətbuatı Xocalıda baş verənlər haqqında nə yazırdı?.. Buna qarşılıq, 26 fevral 2021-ci ildə Azərbaycan Prezidenti Xocalı həqiqətilərini hansı miqyasda dünyaya yaydı..! Bilirsiz, bu böyük miqyas fərqi misqal-misqal qazanılıb. Prezidentin “Biz nəyi, necə, nə zaman edəcəyimizi çox yaxşı bilirik” kəlamını xatırlatmaq istərdim; xatırlatmaq istərdim ki, dövlətimizin məqsədyönlü xarici siyasəti, eləcə də, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət” beynəlxalq kampaniyası sayəsində dünyanın dörd yanında Xocalı soyqırımı bilinib, tanınıb – bir neçə dövlət, neçə parlament, komitə, muxtar qurum, bələdiyyə, meriya... habelə beynəlxalq qurum tərəfindən “Xocalı qətliamı” olaraq rəsmi tanınıb, qəbul görüb. Cənab Prezident 26 fevral mətbuat konfrnasında bildirdi ki tanıtma, tanınma prosesi davam edəcək, Xocalı soyqırımını heç vaxt unutmayacaq, unutdurmayacağıq! Bununla belə yuxarıda da vurğuladığımız kimi, bu ilki 26 fevral öncəki 26 fevrallardan fərqləndi. Ən ümumi şəkli ilə ifadə etsək: 28 illik “Qisasınızı alacağıq!” vədi, bu il “Qisasınızı aldıq!” müəyyənliyi ilə əvəzləndi!

 

Şəhidlərimizin ruhu şaddır.

Qisas qiyamətə qalmadı.

Bu qüruru bizə yaşadan Ordumuza, Ordumuzun Ali Baş Komandanına, şəhid ruhlarına, yaralı qazilərimizə, vətəncanlı xalqımıza minnətdarıq, minnətdarıq!

DÖVLƏTİMİZ VAR OLSUN!

 

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yol polisi Biləsuvarda reyd keçirdi - FOTO 18 Aprel 2021, 22:24 ABŞ Navalnıya görə Rusiyanı HƏDƏLƏDİ 18 Aprel 2021, 22:08 Rusiya MN-dən Qarabağ AÇIQLAMASI 18 Aprel 2021, 21:56 İki paraatletimiz İtaliyada qızıl medal qazandı 18 Aprel 2021, 21:42 Türkiyədə daha bir zəlzələ 18 Aprel 2021, 21:30 Türkmənistan Prezidentinə ağır itki üz verdi 18 Aprel 2021, 21:19 Türkiyədə koronavirusdan rekord sayda ölüm 18 Aprel 2021, 21:05 Ferstappen Formula 1-də birinci oldu 18 Aprel 2021, 20:54 Lənkəranda bacı bacını bıçaqladı 18 Aprel 2021, 20:49 "Kəşfiyyatçı diplomat" olayı böyüyür - Çexiya səfiri Rusiya XİN-ə çağırıldı 18 Aprel 2021, 20:38 “Atalanta” “Yuventus”u geridə qoydu 18 Aprel 2021, 20:27 NASA helikopteri Marsda ilk uçuşunu keçirəcək 18 Aprel 2021, 20:13 “YAŞAT” 2 min 881 şəhid ailəsini ziyarət edib 18 Aprel 2021, 20:04 Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşdı 18 Aprel 2021, 18:58 “Paşinyan məğlubiyyətə görə hərbçiləri günahkar bilir” - Zakaryan 18 Aprel 2021, 18:45 "İndiki gəncliyin hər biri özünü şəhid ruhunda hiss etməlidir" 18 Aprel 2021, 18:38 Qazaxda minik maşını aşdı - xəsarət alanlar var   18 Aprel 2021, 18:08 Ağstafada 17 yaşlı qız sirkə turşusundan zəhərləndi 18 Aprel 2021, 18:00 Bu gün peyvənd olunanların sayı açıqlandı 18 Aprel 2021, 17:45 Xaçmazda iki maşın toqquşdu - xəsarət alanlar var  18 Aprel 2021, 17:30 Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı 18 Aprel 2021, 17:15 İŞİD Kərkükdə hərbçiləri atəşə tutdu 18 Aprel 2021, 17:05 Yoluxanların bu günə olan statistikası: 33 nəfər öldü 18 Aprel 2021, 17:02 Ombudsman autizmli şəxslərə dövlət qayğısı haqqında danışdı 18 Aprel 2021, 17:00 Gürcüstanda 13 günlük tətil elan olundu 18 Aprel 2021, 16:40 “Qarabağ” 15-ə çatdı 18 Aprel 2021, 16:34 Koronavirus xəstəsi ola-ola bazara gedən şəxs saxlanıldı 18 Aprel 2021, 16:19 Papa Fransisk Ukraynada gərginliyin artmasından danışdı 18 Aprel 2021, 16:09 "Atası oğlum şəhid olanda üzə çıxıb pul tələb etdi"  18 Aprel 2021, 15:58 Azərbaycan çempionatında 1400-cü qolunu vurdu 18 Aprel 2021, 15:46 Rusiya özünün yeni milli kosmik stansiyasını yaratmağı planlaşdırır   18 Aprel 2021, 15:37 ABŞ-da barda atışma: ölənlər var 18 Aprel 2021, 15:25 “Kuwait Times”  Qarabağ münaqişəsindən yazdı 18 Aprel 2021, 15:14 Bakıdakı "Formula-1"-dən xəbər var: Tamaşaçısız keçiriləcək 18 Aprel 2021, 15:05 İranda Ordu Günü qeyd edilir 18 Aprel 2021, 15:04