Modern.az

Təhsil Nazirliyindən məktəblərin bağlanması xəbərinə REAKSİYA

Təhsil Nazirliyindən məktəblərin bağlanması xəbərinə REAKSİYA

2 Mart 2021, 13:19
Təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə martın 3-dən 9-na qədər məktəblərin, bağçaların fəaliyyətini dayandıracağı barədə məlumat paylaşıb. Bu xəbər ictimaiyyət arasında çaşqınlığa səbəb olub.

Modern.az-ın məlumatına görə, məsələyə dərhal reaksiya verən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov təhsil ekspertinin xəbərinə aydınlıq gətirib:
 
«Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir»
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?