Modern.az

Qusarda iki nəfər dəm qazından boğuldu

Qusarda iki nəfər dəm qazından boğuldu

2 Mart 2021, 14:45

Qusarda həftəsonu iki nəfər dəm qazından zəhərlənərək ölüb.

 

Modern.az xəbər verir ki, hadisənin biri fevralın 27-də gündüz saat 13 radələrində Qusar şəhərində baş verib. Şəhərin Şarvili-114 ünvanında yaşayan Cəmilə  Zahidovna-Məhərrəmova yaşadığı evin tualetində dəm qazından boğulub. Ailə üzvləri Cəmilənin tualetdən çıxmadığını görəndə  narahat olublar və qapını açanda qızın huşsuz vəziyyətdə yerdə uzandığını görüblər. Dərhal Qusar rayon Mərkəzi Xəstəxanasına aparılan Cəmilənin artıq keçindiyi məlum olub. 20 yaşlı Cəmilə Məhərrəmova Bakı Rabitə Kollecinin tələbəsi idi.

 

Digər hadisə isə fevralın 27-dən 28-ə keçən gecə saat 03.45 radələrində  Qusarın Bədirqala kəndində qeydə alınıb. Kənd sakini, 46 yaşlı Mayıl Ramil oğlu Məmmədov yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənib. Dərhal Qusar rayon mərkəzi xəstəxanasına çatdırılan Mayıl Məmmədov həkimlərin səyinə baxmayaraq səhər saat 7-də xəstəxanada ölüb.

 

Hər iki fakta görə  Qusar Rayon Prokurorluğunda araşdırma aparılır. Rayon prokurorluğundan aldığımız məlumata görə, bu, artıq qış mövsümü başlayandan dəm qazı zəhərlənməsi ilə bağlı qeydə alınan 5-ci ölüm hadisəsidir.

 

Aytəkin Alxaslı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı