Modern.az

Şimali Karolinada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib - FOTOLAR

Şimali Karolinada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib - FOTOLAR

3 Mart 2021, 14:22

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Şimali Karolina–Azərbaycan Cəmiyyətinin fəalı Adika İqbalın təşəbbüsü ilə ştatın Roli şəhərində "Xocalıya ədalət" ("Justice for Khojaly") beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində məlumatlandırma aksiyası həyata keçirilib. 

 

Modern.az xəbər verir ki, şəhərin mərkəzi yol qovşağında qoyulan nəhəng lövhədə "Xocalıya ədalət" ("Justice for Khojaly!") tələbi və "Əsla unutma" ("Never Forget") ismarıcı yer alıb, şəhər sakinlərinə Xocalı qətliamına dair foto və məlumatların əks olunduğu bukletlər paylanılıb.

 

Məlumatlandırma aksiyası Şimali Karolina ştatının bir sıra şəhərlərində həyata keçirilib. Azərbaycan diasporunun fəalları bukletləri sakinlərə paylamaqla yanaşı, avtobus dayanacaqlarına, divarlara yapışdırıb, maşınların və heykəllərin üzərinə qoyublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi