Modern.az

Azərbaycan ərazisinə toxum idxal edən fiziki və hüquqi şəxslərin nəzərinə!

Azərbaycan ərazisinə toxum idxal edən fiziki və hüquqi şəxslərin nəzərinə!

3 Mart 2021, 17:38

Aqrar Xidmətlər Agentliyi bildirir ki, Azərbaycan Respublikasının ərazisinə yalnız Dövlət Reyestrində qeydiyyata alınan sort, hibrid və cinslərin toxumlarının idxalına icazə verilir.

 

Azərbaycan Respublikasının “Seleksiya nailiyyətləri haqqında” və “Toxumçuluq haqqında” Qanunlarının müvafiq bəndlərinə uyğun olaraq:

 

Dövlət  Reyestrində qeydiyyatda olmayan sort, hibrid və cinslərin toxumlarının idxalına icazə verilməsi məqsədilə sənədləşmə işlərinin vaxtında həyata keçirilməsi üçün sahibkarlardan (fiziki və hüquqi şəxslər) sənədlərinin əkin materialı ölkəyə gətirilməmişdən ən azı 1 ay öncədən Aqrar Xidmətlər Agentliyinə təqdim olunmalıdır.

 

Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Dövlət  Reyestrində qeydiyyatda olmayan sort, hibrid və cinslərin toxumlarının yalnız sınaq məqsədilə və məhdud həcmdə ölkəyə gətirilməsinə icazə veriləcəkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi