Arxiv
4 mart 2021, 16:03 | HADİSƏ
YAP kimləri yola salır… - SİYAHI

Hakim Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar qurultaya getməklə ictimaiyyətin diqqətini özünə çəkib. Qurultay sabah səhər saatlarında başlayacaq. Partiyanın mərkəzi qərargahında keçiriləcək qurultaydan YAP-da bir sıra dəyişiklik edəcəyi gözlənilir.

Dəyişikliklərin əsasən partiyanın rəhbər orqanlarında gerçəkləşəcəyi barədə məlumatlar var. 

Qeyd edək ki, YAP sədri, Prezident İlham Əliyev də bundan öncələr hakim partiyada struktur islahatlarının vacibliyini vurğulamışdı.


YAP-ın icra katibi, Baş nazirin müavini Əli Əhmədovun bir müddət öncəki açıqlamasını da yaddan çıxarmayaq:

“Həbs olunan icra başçılarının hakim Yeni Azərbaycan Partiyasının üzvü ölması bizi məyus edir. YAP çalışır ki, bu cür xasiyyətləri xoş olmayan insanlardan xilas olsun".


Bir sözlə, YAP-da gözlənilən ciddi islahatların vaxtı-vədəsi çoxdan yetişib, hətta bu, gecikib.


İslahat tərəfdarları olan YAP-çılar bildirirlər ki, bəzi yaşlı simalar, korrupsiya və rüşvətə görə həbsə düşənlər, nöqsanlara görə vəzifədən kənarlaşdırılanlar partiyanın rəhbər strukturlarından çıxarılmalıdır.

Məlumdur ki, YAP-ın rəhbər strukturları - İdarə Heyəti, Siyasi Şura, İcra katibliyi hakim partiyanın qurultaylarında formalaşdırılır. Xatırladaq ki, YAP-ın sonuncu – VI qurultayı 2018-ci il fevralın 8-də keçirilmişdi.

Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin qız nəvəsinin qalmaqallı toy mərasimini yada salın. Həmin vaxtlar hakim partiya demək olar ki, çalxalanırdı... İş o yerə çatdı ki, partiyanın Milli Məclisdəki deputatı Siyavuş Novruzov həmin toyda iştirak etdiyinə görə YAP-ın icra katibinin müavini vəzifəsindən istefa verməyə məcbur oldu. Amma o, hələ də İdarə Heyətində qalır.

Elə həmin toy mərasimində YAP-ın rəhbər strukturunda təmsil olunan BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun, eks-Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun cərimələnməsi də yəqin ki, partiyada unudulmayıb.  


Maraqlıdır ki, Modern.az-ın əməkdaşı YAP-ın İdarə Heyətində təmsil olunan bəzi şəxslərlə əlaqə saxlasa da, onlar sabahkı qurultayın çağırılma səbəbi, gündəliyi barədə məlumatsız (?) olduqlarını deyiblər... Halbuki, İdarə Heyətinin üzvü qurultay barədə məlumatlı olmalıyudı. Ya onların da "qələmi qırılıb" ya da bilərəkdən - bəlkə də ehtiyatlanaraq - danışmaq istəmirlər...

YAP Səbail rayon təşkilatının sədri, sabiq deputat Şəmsəddin Hacıyev isə sabahkı qurultaydan sonra partiyada struktur dəyişikliklərinin ola biləcəyini istisna etməyib.

“Yeni tələblər mövcuddur. Dünya dəyişir. Ölkəmizdə cənab Prezidentin başçılığı ilə islahatlar həyata keçirilir. Yeni Azərbaycan Partiyasında da islahatların aparılması nörmaldır”.


Yeri gəlmişkən, növbədənkənar qurultayı labüd edən digər səbəbləri də unutmaq olmaz: partiyanın üzvü olan bəzi icra başçıları, onların müavinləri olan YAP-ın rayon təşkilatının sədrləri, digər vəzifəli şəxslər həbs ediliblər, barələrində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və digər maddələrlə cinayət işi açılıb.

“Hamısı partiyadan çıxarılacaq!” - Partiyanın mətbuat katibi Hüseyn Paşayev bu yaxınlarda Modern.az-a həmin şəxslər, o cümlədən korrupsiya ittihamı ilə həbs olunan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barədə danışarkən belə demişdi,

Qeyd edək ki, YAP-ın Siyasi Şurası 84 nəfərdən ibarətdir. Siyasi Şura üzvlərinin 20-si həm də İdarə Heyətinin üzvləridir.

Bəs növbədənkənar qurultaya gedən YAP-da kimlər rəhbər strukturlardan çıxdaş edilə bilər?

YAP İdarə Heyəti və Siyasi Şura üzvlərinin siyahısını təqdim edirik. Siyahılara nəzər yetirməklə bu şəxslərdən kimlərin partiyanın rəhbər strukturlarından kənarlaşdırla biləcəyini təxmin etmək olar.

 

İdarə Heyəti:

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri

Hacıbala Abutalıbov - müvəqqəti işləmir

Əli Əhmədov - Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi

Vaqif Əliyev - Mədəniyyət və Turizm nazirinin I müavini

Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini

Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri

Akif Əlizadə -Yeni Azərbaycan Partiyasının Sədr müavini

Əli Həsənov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor

Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini

Yusif Hümbətov - «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri

Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri

Eldar İbrahimov - Milli Məclisin deputatı

Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı

Mübariz Qurbanlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini

Abel Məhərrəmov - akademik

Bahar Muradova - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Siyavuş Novruzov - Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İcra katibinin müavini

Arif Rəhimzadə - müvəqqəti işləmir

Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri

Mixail Zabelin - Milli Məclisin deputatı.


Siyasi Şura:


İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri

İsmət Abasov - təqaüdçü 

Əli Abbasov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin müşaviri

Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti

Vaqif Abdullayev - müvəqqəti işləmir

Fatma Abdullazadə - təqaüdçü 

Hacıbala Abutalıbov - təqaüdçü

Elnur Aslanov - müvəqqəti işləmir

Hüseynqulu Bağırov - müvəqqəti işləmir

Azad Balayev - Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısının müavini

Tahir Budaqov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Yaqub Eyyubov - Baş nazirin birinci müavini

Ağaəli Əhmədov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı 

Əli Əhmədov - Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi

Namiq Əhmədov - Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri

Sədrəddin Əkbərov - müvəqqəti işləmir

Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Cəmil Əliyev - Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb xidmətinin rəisi, Milli Onkologiya Elmi Mərkəzinin direktoru

Əlibaba Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı 

Firdovsi Əliyev - Ekologiya və Təbii Sərvətlər nazirinin müavini 

Qafar Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı

Vaqif Əliyev - Mədəniyyət nazirinin I müavini 

Vilayət Əliyev - Azərbaycan Dövlət Pedoqoji Universitetinin birinci prorektoru

Yaqub Əliyev - Bakı Baş Təhsil İdarəsinin şöbə müdiri 

Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini

Nurlana Əliyeva - Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri

Akif Əlizadə - Yeni Azərbaycan Partiyasının Sədr müavini, AMEA Geologiya İnstitutunun direktoru

Əli Əsədov - Azərbaycan Respublikasının Baş naziri

Oqtay Əsədov - Milli Məclisin deputatı 

Ağabəy Əsgərov - «Azərbaycan» nəşriyyatının baş direktoru

Asif Əsgərov - Nəsimi rayon İcra Hakimiyyətinin başçısı

Şahlar Əsgərov - Bakı Dövlət Universitetinin professoru

Ziyafət Əsgərov - Milli Məclisin Müdafiə,Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

Abdin Fərzəliyev - Nərimanov rayon İcra Hakimiyyətinin başçısı

Asəf Hacıyev - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi

İsa Həbibbəyli - Milli Məclisin deputatı, AMEA-nın birinci vitse-prezidenti

Əli Həsənov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor

Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini

Yusif Hümbətov - «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri

Aydın Hüseynov - Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri

Hicran Hüseynova - Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri

Vaqif Hüseynov - müvəqqəti işləmir

İradə Hüseynova - Bakı Dövlət Universitetinin professoru

Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri

David İbrahimxəlilov - Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri

Məlahət İbrahimqızı - Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri

Eldar İbrahimov - Milli Məclisin deputatı

Sudeyf İmamverdiyev - Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri

Nazim İsmayılov - müvəqqəti işləmir

Süleyman İsmayılov - Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Mirkazım Kazımov - «Qasid» firmasının prezidenti

Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin müşaviri

Elmar Qasımov - Bakı Ali Neft Məktəbinin rektoru

Sədaqət Qəhrəmanova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini

Xeyrəddin Qocayev - Prezident təqaüdçüsü 

Musa Quliyev - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri

Samirə Quliyeva - YAP Gənclər Birliyi sədrinin müavini, Azərbaycan Respublikası Nazirlər Kabinetində sektor müdiri

Mübariz Qurbanlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini

Yaqub Mahmudov - Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru

Ramiz Mehdiyev - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik 

Abel Məhərrəmov - akademik

Rafiq Məmmədhəsənov - müvəqqəti işləmir 

Novruz Məmmədov - Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektor

Ramin Məmmədov - Milli Məclisin deputatı, YAP Gənclər Birliyi sədrinin müavini

Şahin Məmmədov - Masallı rayon İcra Hakimiyyətinin başçısı

Gülçöhrə Məmmədova - Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru 

Misir Mərdanov - Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru

Aydın Mirzəzadə - Milli Məclisin deputatı

Bahar Muradova - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri 

Musa Musayev - müvəqqəti işləmir

Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini

Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri 

Siyavuş Novruzov - Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İcra katibinin müavini

Seymur Orucov - Ağstafa rayon İcra hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri

Hüseyn Paşayev - Yeni Azərbaycan Partiyası Mətbuat Xidmətinin rəhbəri

Hadı Rəcəbli - müvəqqəti işləmir

Arif Rəhimzadə - müvəqqəti işləmir

Vüqar Rəhimzadə - «İki sahil» qəzetinin baş redaktoru

Dilarə Seyidzadə - təqaüdçü 

Aynur Sofiyeva - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini

Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri

Rizvan Vahabov - müvəqqəti işləmir

Misirxan Vəliyev - Yeni Azərbaycan Partiyası İcra Katibliyində baş təlimatçı

Mixail Zabelin - Milli Məclisin deputatı.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İspaniya AVRO-2020-dən imtina etdi 22 Aprel 2021, 01:00 Saxta koronavirus peyvəndləri aşkarlandı 22 Aprel 2021, 00:53 36 yaşlı Yakub Kulqanek Çexiyanın xarici işlər naziri təyin edildi 22 Aprel 2021, 00:47 Milli Məclisin bitərəf deputatları TOPLAŞIR 22 Aprel 2021, 00:34 Gimnastımız Avropa Çempionatının finalına çıxdı 22 Aprel 2021, 00:23 Moskvada "Navalnıya azadlıq" aksiyası 22 Aprel 2021, 00:06 Çexiya ilə Rusiya arasında diplomatik qalmaqal böyüyür 21 Aprel 2021, 23:54 Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı AÇIQLAMA 21 Aprel 2021, 23:39 Goranboyda azyaşlını it dişlədi 21 Aprel 2021, 23:22 Bakıda sökülməkdə olan evlərdə yanğın 21 Aprel 2021, 23:07 Paşinyanın evinin qarşısında aksiya - VİDEO 21 Aprel 2021, 22:59 "Qarabağ" "Sumqayıt"la sülh bağladı - Azərbaycan Kuboku 21 Aprel 2021, 22:48 Dünyanı dünyanın başına YIXACAQ(MI?) 21 Aprel 2021, 22:41 Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayıldı - VİDEO 21 Aprel 2021, 22:37 Paytaxtda gənc qızı maşın vurdu 21 Aprel 2021, 22:33 Mariya Stadnik Avropa çempionatının finalında - FOTO 21 Aprel 2021, 22:22 "Real"ın futbolçusu koronavirusa yoluxdu 21 Aprel 2021, 22:10 Göygöldə qadın sirkə turşusu içib zəhərləndi 21 Aprel 2021, 21:55 BMT baş katibi Zelenski ilə danışdı 21 Aprel 2021, 21:41 Türkiyədə koronavirusla bağlı vəziyyət daha da pisləşdi 21 Aprel 2021, 21:23 Paşinyanın kortejini saxlayanlar cəzalandırılacaq 21 Aprel 2021, 21:08 Kürdə xilas edilən şəxs daha sonra qollarını doğradı 21 Aprel 2021, 20:55 Çempionlar Liqasının kuboku İstanbula gətirildi 21 Aprel 2021, 20:41 Çində peyvənd olunanların sayı açıqlandı 21 Aprel 2021, 20:29 Avrokomissardan Azərbaycan və Ermənistana çağırış: "Münaqişə bitib, barışmaq vaxtı çatıb" 21 Aprel 2021, 20:15 Sabirabadda 22 yaşlı hamilə qadın xəstəxanada öldü 21 Aprel 2021, 20:04 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub 21 Aprel 2021, 19:10 Millimizə "Kasımpaşa"dan oyunçu çağırılıb 21 Aprel 2021, 19:02 Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb 21 Aprel 2021, 18:55 MSK-nın tərkibi yenidən formalaşdırılır - Namizədlər kimlər olacaq? 21 Aprel 2021, 18:48 Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə rəhbərliyi ilə məşğələ keçirilib - VİDEO 21 Aprel 2021, 18:40 Lukaşenko sabah Putinlə görüşəcək 21 Aprel 2021, 18:32 “Gilan”a məxsus obyektdə qanunsuzluqlar AŞKARLANDI 21 Aprel 2021, 18:25 Rusiya 10 amerikalı diplomatı ölkədən qovur 21 Aprel 2021, 18:17 Səfərbərlik Xidmətindən şəhid statusunun verilməməsi ilə bağlı iddialara CAVAB 21 Aprel 2021, 18:08