Modern.az

Millət vəkili gənclərlə görüşdü - FOTO

Millət vəkili gənclərlə görüşdü - FOTO

Aktual

5 Mart 2021, 13:46

Milli Məclisin deputatı Musa Qasımlı 72 saylı Yardımlı-Masallı dairəsindən aralarında 44 günlük müharibədə iştirak edən şəxslərin də olduğu bir qrup gənclə videoformatda görüşüb.

 

Deputatın qərargahından Modern.az-a bildirilib ki, iki saata yaxın davam edən açıq və səmimi görüşdə gənclər Prezident İlham Əliyevin rəhbərliyi altında müharibədə qazanılan qələbədən şövqlə danışıb, bundan sonra da Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bildiriblər.

 

Çıxış edənlər eyni zamanda kəndlərin təbii qazla təmin edilməsi, təhsil, internet və televiziya kanallarındakı bəzi şou proqramları barədə təkliflərini də söyləyiblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı