Arxiv
5 mart 2021, 16:29 | AKTUAL
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Doğma jest dili” layihəsi çərçivəsində “NAR”ın maliyyə dəstəyi ilə veb-sayt hazırlanacaq. Belə ki, veb səhifədə jestlərin şəkilləri, videoları, eyni zamanda jestlərin göstərilməsi ilə bağlı izahedici mətnlər yerləşdiriləcək. Veb saytın digər üstünlükləri insanlar üçün daha əlçatan olması və sözlərin asanlıqla axtarışını aparmağa imkan verməsidir. Lüğətdə 3000-ə yaxın sözün jest dilində tərcüməsi göstəriləcək. Qeyd edək ki, “Doğma jest dili” lüğətinin elektron variantı eşitmə və nitq məhdudiyyəti olanlar və onların yaxınları, həmçinin bu qrup insanlarla işləyən surdotərcüməçi, surdoloq, müəllim və loqopedlər üçün əvəzedilməz vasait olacaq. Bundan başqa, saytın mobil versiyası da hazırlanacaq.  

 

“Karlara Dəstək” İB-nin sədri Kamran Abasovun sözlərinə görə, jest lüğətinin elmi-metodik cəhətdən düzgünlüyünü təmin etmək məqsədilə bir neçə qurumun mütəxəssislərindən ibarət işçi qrup yaradılıb. “Doğma jest dili” lüğətinin elektron formada olması ilə eşitmə məhdudiyyəti olan uşaqların valideynləri və onların yaxınları  daha çox söz toplusu əldə edə biləcək və ünsiyyət zamanı çətinlikdən uzaq olacaqlar. Veb səhifədə sözlərin şəkillər və videolarla izahı ilə yanaşı, jest dilinin mimika ilə ifadə edilən işarələrini də görmək mümkün olacaq. Layihənin ərsəyə gəlməsi üçün göstərdiyi dəstəyə görə RİİB-ə və “Nar”a təşəkkür edirik”. 

 

Xatırladaq ki, “Karlara Dəstək” İctimai Birliyi tərəfindən müsabiqəyə təqdim edilən  “Doğma jest dili” layihəsinin əsas məqsədi eşitmə və nitq qabiliyyəti məhdud olan insanların əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin artırılması və ətrafdakı insanlarla ünsiyyətin təşkil olunmasını nəzərdə tutan jest dili lüğətinin hazırlanmasıdır. Qeyd edək ki, “Nar” bundan əvvəl eşitmə və nitq məhdudiyyəti olan insanların müxtəlif peşələrə yiyələnməsi üçün paytaxtda və regionlarda “Təlim məktəbi” təşkil edib, eyni zamanda işarət dilində olan sözlərin jestlərlə izahını verən “Səssiz dünyaya körpü” adlı kitabı nəşr etdirib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tarixdə baş vermiş müharibənin ən amansızları Azərbaycanda həyata keçirilib   21 Aprel 2021, 11:22 Ombudsman DTX-nın istintaq təcridxanasına baş çəkib 21 Aprel 2021, 11:16 Paşinyan Zəngəzurda satqın adlandırıldı - VİDEO 21 Aprel 2021, 11:11 Bu rayonlarda kənd yolları yenidən qurulur 21 Aprel 2021, 11:05 Bərdədə evlərdən oğurluq edən şəxslər saxlanıldı 21 Aprel 2021, 11:00 Arvadını boğaraq öldürənin işi məhkəməyə göndərildi 21 Aprel 2021, 10:57 ATV cərimələndi - “Bizimləsən” verilişi dayandırıldı 21 Aprel 2021, 10:56 Dövlət büdcəsinin icrası zamanı artıq pul yaranıb 21 Aprel 2021, 10:55 Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat 21 Aprel 2021, 10:50 “YAŞAT” Fondu daha 12 qazini Türkiyəyə göndərdi 21 Aprel 2021, 10:46 Jurnalistika fakültəsinin keçmiş müəllimi vəfat edib 21 Aprel 2021, 10:40 Goranboyda vətəndaş qəbuluna həssas yanaşılır - FOTOLAR 21 Aprel 2021, 10:38 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 21 Aprel 2021, 10:32 Azərbaycanın neft və qaz hasilatının həcmi AÇIQLANDI 21 Aprel 2021, 10:26 Azərbaycan nefti ucuzlaşdı 21 Aprel 2021, 10:22 Daha 2 koronavirus xəstəsi küçədə saxlanıldı 21 Aprel 2021, 10:17 Polis Qusarda əməliyyat keçirdi - saxlanılanlar var 21 Aprel 2021, 10:11 Tanınmış şair-dramaturq vəfat etdi - FOTO 21 Aprel 2021, 10:05 Qubadlının Ulaşlı kəndindən VİDEO 21 Aprel 2021, 10:00 Daha 9 koronavirus xəstəsi aramızda AŞKARLANDI 21 Aprel 2021, 09:58 Azərbaycan XİN-dən Ermənistanın iddialarına CAVAB 21 Aprel 2021, 09:54 “Ermənilərə görə AŞPA-nı tərk edəsi deyilik!” - Deputatlar diversantlar məsələsindən DANIŞDILAR 21 Aprel 2021, 09:48 Ünvanlı sosial yardımın ödəniləcəyi tarix açıqlanıb 21 Aprel 2021, 09:42 Neft yenidən ucuzlaşdı 21 Aprel 2021, 09:37 İsveç səfiri Türkiyə XİN-ə çağırıldı 21 Aprel 2021, 09:32 Cənnət Ağdamın cəhənnəm xarabalıqları - REPORTAJ 21 Aprel 2021, 09:28 Bakıda gənc qızın meyiti binanın damında tapıldı 21 Aprel 2021, 09:23 Ərdoğan 3 yeni nazir TƏYİN ETDİ 21 Aprel 2021, 09:20 Koronavirus yoxsa mövsümi allergiya? 21 Aprel 2021, 09:19 Tələbə rektoru təbrik etdi 21 Aprel 2021, 09:14 İlham Əliyevin mesajı Rusiyaya çatdı - TƏHLİL 21 Aprel 2021, 09:06 Manatın xarici valyutalara qarşı məzənnəsi 21 Aprel 2021, 09:00 “Rusiya Xocalıda parada hazırlaşırsa, biz də Türk əsgərilə Şuşada parad keçirək” – Deputatdan ETİRAZ 21 Aprel 2021, 08:56 Deputatın ailəsinə ağır itki üz verib 21 Aprel 2021, 08:51 Ağstafada yas mərasimi təşkil edənlər cərimələnib 21 Aprel 2021, 08:45