Arxiv
5 mart 2021, 16:56 | AKTUAL
Ukraynanın Azərbaycandakı səfiri Gəncəyə gedib - FOTOLAR

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski xanımı ilə birlikdə Gəncəyə səfər edib. Səfir Gəncə Şəhər İcra Hakimiyyətinin başçıcı Niyazi Bayramovla görüşüb. Görüşdən əvvəl xarici diplomat Ulu Öndər Heydər Əliyevin Gəncənin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə çiçəklər düzüb. Görüşdə iki ölkə arasında mövcud olan iqtisadi, siyasi və mədəni əlaqələrdən söhbət açılıb, bu əlaqələrin regionlar arasında da qurulmasının əhəmiyyəti qeyd olunub. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncənin iqtisadi potensialı, tarixi, mədəniyyəti haqqında qonağa ətraflı məlumat verib. O bildirib ki, Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəri olmaqla yanaşı, həm də təhsil və mədəniyyət beşiyidir. Azərbaycanın yeganə aqrar universitetinin məhz Nizami yurdunda yerləşdiyini bildirən şəhər rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının yeganə regional bölməsinin də məhz Gəncədə yerləşdiyini diqqətə çatdırıb. 

Vladislav Kanevski regionlara ilk səfərinin Gəncədən başladığını və bu qədim şəhər haqqında ətraflı məlumata malik olduğunu bildirib. O qeyd edib ki, səfərinin əsas məqsədi Ukrayna ilə Azərbaycan arasında olan əməkdaşlıq əlaqələrin regionlar səviyyəsində inkişaf etdirilməsinə nail olmaqdır. Səfir Odessa ilə Gəncə arasında qurulan əlaqələrin “qardaşlaşmış şəhərlər” səviyyəsinə çatdırılmasının və daha da genişləndirilməsinin önəmindən danışıb. 

Söhbət zamanı Gəncə və Odessa, habelə Ukraynanın digər şəhərləri ilə iqtisadi, aqrar, təhsil və mədəniyyət sahəsində mövcud əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıqların qurulması istiqamətində razılığa gəlinib. 

Görüşdən sonra Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, mülki əhaliyə yönələn terror aktının səbəb olduğu dağıntı və itkilərlə yerində tanış olub. Diplomat gün ərzində Gəncənin bir sıra sənaye müəssisələrində də olacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cövhər Dudayev - Telefon danışığının badına getmiş çeçen general 21 Aprel 2021, 12:20 Ukraynadada ehtiyatda olan hərbçilər orduya ÇAĞIRILDI 21 Aprel 2021, 12:17 Daha bir marşrutda ödəniş “BakıKart”la olacaq 21 Aprel 2021, 12:11 FHN əməliyyat görüntüləri yaydı - 2 meyit aşkar edilib - VİDEO 21 Aprel 2021, 12:04 Vaqif Qəhrəmanovun cərrahlıq “odisseyası” - FOTOLAR 21 Aprel 2021, 11:58 Rusiya “əsir məsələsi”ndə Ermənistanı DƏSTƏKLƏMƏDI 21 Aprel 2021, 11:52 Prokurorluq həkim səhlənkarlığı ilə bağlı araşdırma aparır 21 Aprel 2021, 11:46 Dövlət başçısının məsuliyyəti ilə populistin yanaşması fərqli məfhumlardır -MÜSAHİBƏ 21 Aprel 2021, 11:40 Bakı Ali Neft Məktəbi regional “Petrobowl” yarışının qalibi olub 21 Aprel 2021, 11:34 Mehridə etirazçılar Paşinyanın kortejinin qarşısını kəsdilər - VİDEO 21 Aprel 2021, 11:28 Ən amansız müharibə cinayətləri Azərbaycana qarşı törədilib 21 Aprel 2021, 11:22 Ombudsman DTX-nın istintaq təcridxanasına baş çəkib 21 Aprel 2021, 11:16 Paşinyan Zəngəzurda satqın adlandırıldı - VİDEO 21 Aprel 2021, 11:11 Bu rayonlarda kənd yolları yenidən qurulur 21 Aprel 2021, 11:05 Bərdədə evlərdən oğurluq edən şəxslər saxlanıldı 21 Aprel 2021, 11:00 Arvadını boğaraq öldürənin işi məhkəməyə göndərildi 21 Aprel 2021, 10:57 ATV cərimələndi - “Bizimləsən” verilişi dayandırıldı 21 Aprel 2021, 10:56 Dövlət büdcəsinin icrası zamanı artıq pul yaranıb 21 Aprel 2021, 10:55 Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat 21 Aprel 2021, 10:50 “YAŞAT” Fondu daha 12 qazini Türkiyəyə göndərdi 21 Aprel 2021, 10:46 Jurnalistika fakültəsinin keçmiş müəllimi vəfat edib 21 Aprel 2021, 10:40 Goranboyda vətəndaş qəbuluna həssas yanaşılır - FOTOLAR 21 Aprel 2021, 10:38 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 21 Aprel 2021, 10:32 Azərbaycanın neft və qaz hasilatının həcmi AÇIQLANDI 21 Aprel 2021, 10:26 Azərbaycan nefti ucuzlaşdı 21 Aprel 2021, 10:22 Daha 2 koronavirus xəstəsi küçədə saxlanıldı 21 Aprel 2021, 10:17 Polis Qusarda əməliyyat keçirdi - saxlanılanlar var 21 Aprel 2021, 10:11 Tanınmış şair-dramaturq vəfat etdi - FOTO 21 Aprel 2021, 10:05 Qubadlının Ulaşlı kəndindən VİDEO 21 Aprel 2021, 10:00 Daha 9 koronavirus xəstəsi aramızda AŞKARLANDI 21 Aprel 2021, 09:58 Azərbaycan XİN-dən Ermənistanın iddialarına CAVAB 21 Aprel 2021, 09:54 “Ermənilərə görə AŞPA-nı tərk edəsi deyilik!” - Deputatlar diversantlar məsələsindən DANIŞDILAR 21 Aprel 2021, 09:48 Ünvanlı sosial yardımın ödəniləcəyi tarix açıqlanıb 21 Aprel 2021, 09:42 Neft yenidən ucuzlaşdı 21 Aprel 2021, 09:37 İsveç səfiri Türkiyə XİN-ə çağırıldı 21 Aprel 2021, 09:32