Arxiv
2 Aprel 2021, 13:28 | TƏHSİL
“Virtual məktəb”in 1 illik yolu - fasiləsiz və innovativ təhsil

Ötən il bütün dünyada COVID-19 pandemiyası səbəbindən təhsil müəssisələrinin fəaliyyətində fasilələr yaranarkən, ölkəmizdə təhsilin davamlılığını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən təxirəsalınmadan yeni təşəbbüslərin reallaşdırılmasına başlanılmışdır. Belə ki, atılan çevik addımlardan biri 2 aprel 2020-ci il tarixində hazırda ölkədə ən iri milli onlayn platforma olan “Virtual məktəb”in fəaliyyətə başlaması olmuşdur.

 

Əhatə - Ümumi təhsil, peşə təhsili, orta-ixtisas və ali təhsil pillələri üzrə təqdim olunan “Virtual məktəb” platforması 1 il ərzində ölkədə innovativ öyrənmə metodlarının və yeni yanaşmaların təhsilə sürətli inteqrasiyasına yol açıb və yeni imkanları yaradıb. “Microsoft” korporasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Virtual məktəb”də hazırda 1,4 milyondan çox şagird qeydiyyatdan keçib. 2020-ci ildə virtual.edu.az saytı “Amazon Alexa” reytinqinə əsasən, Azərbaycanda ən çox müraciət olunan top 3 sayt siyahısına daxil olub. 2021-ci ilin yanvar ayında həftəlik dərslərin sayı 6 milyondan artıq olub, aktiv istifadəçilərin sayı 1,2 milyonu keçib.

 

Milli məzmun - Milli təhsil məzmunu əsasında və Azərbaycan dilinə tərcümə edilmiş interfeys vasitəsi ilə təşkil edilən məsafədən təlim-tədris prosesində hazırda video və audiodərslər, qrup işləri, məlumat paylaşımı, ev tapşırıqları, qiymətləndirmə, tədris cədvəlləri, bilik yarışmaları, pedaqoji şuralar, monitorinq, nəzarət mexanizmləri kimi geniş imkanlardan istifadə olunur. “Virtual məktəb”də keçirilən dərsləri daha maraqlı və öyrədici formada təşkil etmək məqsədi ilə müxtəlif interaktiv alətlər, tədris məzmunlu resurslar platformaya inteqrasiya olunub. Bununla bağlı, “Virtual məktəb” saytında innovativ müəllimlər üçün öz təhsil məzmunlu bloqlarını təqdim etmək imkanı da yaradılıb. Həmçinin, “Virtual məktəb”də təhsil sistemində məlumat paylaşımına imkan verən vahid mühitin təmin olunması ilə yanaşı, platforma geniş məzmun bazası kimi də fəaliyyət göstərir. Belə ki, bu gün "Microsoft Stream" vasitəsilə yazılan və yüklənən mühazirələr gələcək illər ərzində də əlçatan olacaq.

 

Peşəkar inkişaf - Platformadan istifadə müəllimlərin İKT-dən istifadə bacarıqları inkişafına və tədrisdə rəqəmsal texnologiyaların tətbiqinə şərait yaradıb, müəllimlik vəzifəsinə hazırlaşan tələbələr üçün onlayn təcrübə proqramları həyata keçirilib. Peşəkar inkişaf və məktəbdənkənar fəaliyyətin təşkili istiqamətində 22 847 nəfər şagirdin iştirak etdiyi 34 dərnək, 110 326 nəfər müəllimin iştirak etdiyi 194 vebinar həyata keçirilib.

 

Platformanın geniş imkanları - Qiymətləndirmə alətlərinə malik “Virtual məktəb” platforması vasitəsilə IV, VI və IX siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə monitorinq qiymətləndirmə təşkil olunub. Bununla yanaşı, cari ilin yanvar ayı ərzində müəllimlər “Virtual məktəb”də təqdim edilən müxtəlif qiymətləndirmə metodlarından istifadə etməklə məktəbdaxili qiymətləndirmə həyata keçiriblər.

 

“Virtual məktəb” istifadəçiləri üçün rəsmi elektron poçt və ödənişsiz virtual saxlanc xidmətləri mövcuddur. Elektron poçt vasitəsilə Təhsil Nazirliyi ilə müəllimlər arasında, müəllimlərlə şagirdlər arasında məktubların rahat və təhlükəsiz mübadiləsi aparılır. Həmçinin 1TB həcmində olan virtual saxlanc xidməti vasitəsilə onlayn mühitdə tədrislə əlaqədar faylların saxlanılması, paylaşılması və onlayn redaktə edilməsi imkanları təqdim edilir.

 

2021-ci il yanvar ayı üzrə statistik göstəricilərə əsasən, platformada ev tapşırığı və qiymətləndirmə modulundan  istifadə edənlər ümumilikdə 1 014 743 nəfər, rəqəmsal lövhədən istifadə edənlər 201 771 nəfər, ofis proqramları üzrə “Word” proqramından 132 900 nəfər, “Excel” proqramından 30 627 nəfər, “PowerPoint” proqramından isə 65 233 nəfər istifadə edib.

 

Valideyn nəzarəti - “Virtual məktəb” vasitəsi ilə valideynlər övladlarının tədris prosesini izləyə bilir,  bu da öz növbəsində şagird nailiyyətlərinin yaxşılaşdırılmasında öz müsbət rolunu göstərməkdədir. Belə ki, valideynlər platforma vasitəsi ilə şagirdin dərs prosesində iştirakına və nəticələrinə nəzarət edə bilir, ev tapşırıqlarının yerinə yətirilməsində yaxından iştirak edir, həmçinin, platformada təşkil edilən psixoloji dəstək saatları və digər maarifləndirici vebinar və tədbirlərə qoşula bilirlər. 

 

Azərbaycan təcrübəsinin beynəlxalq səviyyədə öyrənilməsi - Son illər ölkədə təhsil sahəsində rəqəmsal texnologiyaların uğurlu tətbiqi nəticəsində Azərbaycanın “Microsoft” korporasiyasının formalaşdırdığı, YUNESKO və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iştirak etdiyi “Təhsilin Rəqəmsal Transformasiyası üzrə Dünyanın Lider Ölkələri” koalisiyasında iştirakı mümkün olub. Koalisiya aparıcı ölkələrin texnologiya liderləri ilə təcrübə mübadiləsi əsasında rəqəmsal transformasiyanın daha effektiv və səmərəli olmasına dəstək olur. "Microsoft" şirkətinin rəsmi internet saytında Azərbaycanın uğurlu rəqəmsal təhsil təcrübəsindən bəhs edən məqalələr dərc olunub. Məqalələrdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən pandemiyanın yaratdığı çətinliklərə cavab olaraq, qısa zaman kəsiyində seçdiyi düzgün strategiya, resurs və texnologiyalar vasitəsi ilə qurduğu onlayn təhsil imkanları barədə ətraflı məlumat verilib.

 

Data-əsaslı təhsil modeli - Platformada mərkəzləşdirilmiş monitorinq imkanı vardır ki, bu da öyrənmə nəticələrinə çevik reaksiya verərək, vaxtında düzəlişlər etməyə və effektiv tədris strategiyaları qurmağa şərait yaradır. Şagirdlərin testləri necə yerinə yetirdiklərini, hansı fənləri daha yaxşı mənimsədiklərini təhlil etmək üçün "Power BI" aləti vasitəsilə təhlil olunub, boşluqları müəyyən edib, məzmunu lazım olan yerlərdə zənginləşdirməyə imkan verir.

 

Texniki dəstək - “Virtual məktəb” saytında platformada fəaliyyətin təşkili ilə bağlı müəllim və şagirdlər üçün detallı video təlimatlar təqdim olunur. Həmçinin, platformadan istifadə ilə bağlı əlavə sualı yaranan vətəndaşlar üçün “Virtual Bələdçi” xidməti, 146-4 “Qaynar xətt” xidməti və [email protected] elektron poçt ünvanı fəaliyyət göstərir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07 Musa Yaqubdan bir də gəlməyəcək! 7 May 2021, 18:00