Modern.az

Diasporumuz Aprel döyüşlərini Zəfərin başlanğıcı olduğunu necə təbliğ edirlər? - Sorğu

Diasporumuz Aprel döyüşlərini Zəfərin başlanğıcı olduğunu necə təbliğ edirlər? - Sorğu

Diaspor

3 Aprel 2021, 18:33

2016-cı ilin aprelin əvvələrində Azərbaycanın ön xətt mövqeylərini və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalanda ordumuz əks-həmlə ilə təxribatların qarşısını alır. Aprel döyüşləri Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnir. Bir çox mövqeylərimiz düşmən tapdağından azad olunur.

 

Aprel döyüşlərinin 5-ci ildönümü torpaqlarımızın işğaldan azad olunmasına təsadüf etdi. Bununla da bir daha Aprel döyüşlərini böyük Zəfərin başlanğıcı olduğunu sübut etdi.

 

Maraqlıdır ki, Avropa və Rusiyada mövcud olan Azərbaycan diaspor rəhbərləri bu günlə bağlı hansı işlər görürlər? Aprel döyüşlərinin böyük zəfərin başlanğıcı olduğu qənaətinə gəlirlərmi?

 

Azərbaycan diasporunun ayrı-ayrı ölkələrdəki rəhbərləri Aprel döyüşlərinin ildönümü ilə bağlı gördükləri işləri Modern.az-a danışıblar.

 

Aprel döyüşləri ilə bağlı Moskvada hər hansı bir kütləvi tədbirlər keçirilmir…

 

Moskva Azərbaycanlıları İcmasının rəhbəri Şamil Tağıyevin sözlərinə görə, Rusiyada Azərbaycan-Ermənistan arasındakı münaqişə və Qarabağ məsələsi ilə bağlı hər hansı kütləvi tədbirlərin keçirilməsi qadağandır:

 

“Ona görə də kütləvi tədbir keçirmək bir az çətin olur. Lakin 2016-cı ildə Aprel döyüşlərinin başladığı ilk günü biz Rusiya mətbuatında, televiziyalarında, proqramlarında Azərbaycanın bu məsələdə hansı provakasiyalara çəkildiyini ictimaiyyətin diqqətinə çatdırdıq. Hər il olduğu kimi, bu il də Aprel döyüşləri ilə bağlı bizim idarə etdiyimiz sosial şəbəkələrdə hadisənin ildönümü ilə bağlı məlumatlar yayılır. Hətta Aprel döyüşləri haqqında məlumatı olmayan insan olursa, onu sosial şəbəklərdə gördükdən sonra araşdırmağa başlayır. Bununla da insanlar həmin hadisələr ilə daha da yaxından tanış olurlar”.

 

Şamil Tağıyevin fikrincə, 2020 və 2021-ci ildəki zəfərimiz bizi daha da böyük miqyaslı bir tədbirlərə yönəldir:

 

“Aprel döyüşləri daha sonra iyulda olan hadisələr bizi sonuncu zəfərə gətirib çıxardan yollardır. Gənclərə və insanlara toplaşdığımız məclislərdə bunları çatdırmağa çalışırıq.

 

Yəni 2020-ci ilin Zəfəri bu tək 44 gündə olan hadisənin əməli deyil. 44 günə biz neçə illər, anlarla yanaşmışıq. 2016-cı ildən də qabaq Azərbaycanda milli ruhun yüksəlməsini, insanların vətənə və orduya sevgisinin, hörmətinin Mübariz İbrahimovdan, Fərid Əhmədovdan və onlar kimi yüzlərlə Azərbaycan oğullarının etdiyi əməllərdən irəli gəlidiyini bilirik. Belə anların bir yerdə toplaşması da bizi 44 günlük qələbəyə çatdırdı”.

 

Aprel döyüşləri Azərbaycan xalqı üçün zəfərin başladığı gün idi…

 

İsveçrədəki Azərbaycanlıların Koordinasiya Şurasının rəhbəri Qasım Nəsirov bu günlərdə Aprel döyüşlərinin ildönümünün qeyd olunacağını bildirib:

 

Həmin anlarda Azərbaycan olaraq qüvvətli bir orduya malik olduğumuzu və öz torpağımızın heç bir qarışını düşmənə verməyəcəyimiz göstərdik. Bunun üçün də əlimizdən gələni etdik. Tək ordumuz yox, xalqımız, dövlətimiz və diasporda olan azərbaycanlılar da əlindən gələni etdi ki, Aprel döyüşləri həqiqətən də zəfərin başlanğıcı olsun.

 

Aprel döyüşlərinin ildönümünü qeyd etmək üçün əlbəttdə ki, Qarabağ Azərbaycan Məktəbində uşaqlara bunun barəsində danışacayıq. Eləcə də onlayn görüşlər keçirməyə çalışacayıq ki, bizim xalqımız, xaricdə yaşayan azərbaycanlılar bu hadisəni unutmasınlar. Hər zaman xatirələrində saxlasınlar və bilsinlər ki, o andan Azərbaycanın zəfəri başladı, bunun nəticəsi olaraq Qarabağ Azərbaycana, öz torpağına, vətininə, dövlətinə qayıtdı”.

 

Aprel döyüşlərinin böyük zəfərin başlanğıcı olması çox qürurverici bir haldır…

 

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyeva bunu paylaşımlarında da qeyd etdiyini söyləyib:

 

“Çox sevinirəm ki, bütün Azərbaycan xalqı belə düşünür. Həqiqətən də bunu böyük zəfərin başlanğıcı olduğunu hesab edirəm. Biz də həmin vaxt Hollandiyadakı bütün diaspor təşkilatları ilə birlikdə Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirmişdik. O gündən də inamımız daha çox artdı və səbrsizliklə həmin zəfər gününü gözlədik. Çox şükür ki, Ali Baş Komandanımızın əzmi, 3000 minə yaxın şəhidimizin canı və 100-lərlə qazimizin sağlamlığı bahasına bu ümidlərimiz, inamımız doğruldu və arzumuz həyata keçdi. Qarabağ artıq bizimdir”.

 

Diaspor nümayəndəsi müharibə bitsə də, mübarizəyə davam edəcəyini bildirib:

 

“Bundan sonra biz diaspor təşkilatları olarq, xüsusən də mən Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyi və Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası adından bildirmək istəyirəm ki, müharibəmiz bitsə də, mübarizəmizə davam edəcəyik. Təəssüflər olsun ki, yaşadağımız ölkədə mənfurlarla birlikdə yaşayırıq. Burada yenə də mübarizəyə davam edəcəyik. Çünki onlar dinc qalmırlar. Biz Xocalının, qətlə yetirilmiş polkovniklərimizin, generallarımızın, şəhidlərimizin harayını həmişə ucaldacayıq.

 

Lakin bunu təəssüf ki, pandemiya şəraitində fizikən edə bilmirik. Fizikən edə bilməəsk də onlayn şəkildə nələrisə çatdırmağa çalışırq. Yaşadığımız ölkəni bizim mövqeyimiz maraqlandırmır. Bu nə qədər çətin olsa da həmin səpkidə çıxışlarımıza davam edəcəyik”.

 

Azərbaycan Aprel döyüşləri ilə bağlı çox güclü şəkildə tədqiqatlar apardığına görə, biz də onlara baxıb eynisini təkrar edirik...

 

Ukraynanın Dnepr vilayətindəki ilk diaspor təşkilatının qurucusu Eldar Tağıyev:

 

“Hər il aprel ayının 7-də 1991-ci ildə Qubadlının yuxarı Cibikli kəndində həlak olan sonuncu Sovet İttifaqı qəhrəmanı Oleq Babak Poltava vilayətinin Viktoriya kəndində olan məzarını ziyarət edirik. Ermənilər kəndə hücum edəndə 50-60 erməni ilə  təkbaşına vuruşaraq, qəhrəmancasına həlak olub. Ailənin tək uşağı olan Oleqin ata-anası hələ də sağdır. Onlar ilə həmişə əlaqə saxlayırıq. Bizim cəmiyyətimizin sədri öz hesabından onlara təqaüd verir. Hər il ad gününə gedirik. Hazırda pandemiya sürətlə artdığına görə bilmirik ki, 7-si toplaşmağa icazə verəcəklərini bilmirik. O məşhur insandır. Xidmət etdiyi hərbi hissə özü Ukrayn olsa da, Moskva ətrafında Rusiyanın tərkibindədir.

 

O tədbirin böyük əhəmiyyət var idi. Qubadlının İcra başçıları ilə də danışmışıq ki, onun abidəsi orada ucaldılsın və yaxud da adına bir küçə verilsin. Bu aprel döyüşlərinin ildönümünə təsadüf etdiyinə görə, biz Oleq Babak təbliğatını və Aprel döyüşlərini Ukraynada bu formada keçiririk. İndi isə ictimaiyyətə daha geniş şəkildə onu unutmadığımızı çatdırmaq istəyirik. Bizim ona bu şəkildə diqqət göstərməyimiz Ukrayna ictimaiyyətinə böyük rezonans doğurur ki, azərbaycanlılar öz qəhrəmanlarını unutmurlar”.

 

Nəzrin Vahid

Twitter
Sizə yeni tvit var
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq