Arxiv
4 Aprel 2021, 11:44 | QARABAĞ
Rusiyalı həmsədrin cavabı amerikalı həmkarını şoka saldı: Azərbaycan tam qələbəyə yaxın olanda...

Azərbaycan və Ermənistan arasında 2020-ci il müharibəsindən sonra ATƏT-in Dağlıq Qarabağ tənzimləməsində hər hansı rolu qalırmı?


Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin saytında dərc olunmuş məqaləsinə belə bir sualla başlayıb.


Müəllif özü dərhal bu suala cavab verərək bildirir ki, “baxır sualı hansı tərəfə verirsiniz”.


Modern.az
-ın “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, məqalədə deyilir ki, ATƏT-in Minsk qrupunun işinin davam etdirilməsi Yerevana Dağlıq Qarabağın yekun statusunun həlli üçün lazımdır. Amma Bakı bunun tamamilə əksini düşünür və bidlirir ki, Dağlıq Qarabağ onun tərkib hissəsidir və bu, həmişə belə olacaq.


Hoqland yazır ki, bu ziddiyyət əslində ATƏT-in Minsk qrupunun lap əvvəldən üzləşdiyi barışmazlıqdır.


O qeyd edir ki, Minsk qrupuna Azərbaycan və Ermənistandan başqa Belarus, Finlandiya, Almaniya, İtaliya, İsveç və Türkiyə daxil olsalar da, “gündəlik üzbəüz işi” Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər aparır:


“Dövlət Departamentində 30 illik fəaliyyətimdən sonra bu yaxınlarda təqaüdə çıxanda, məndən rica etdilər ki, Minsk qrupunun ABŞ-dan olan keçid həmsədri kimi 2017-ci ilin yanvarından sentyabrınadək diplomatik xidmətə qayıdım. Çünki amerikalı həmsədr özəl sektorda başqa işə keçdiyi üçün vəzifəsini qəflətən tərk etmişdi…”


Minsk qrupunun həmsədrliyinə gəlişinin tarixçəsindən söz açan Hoqland daha sonra qeyd edir ki, o Azərbaycan və Ermənistanda heç vaxt diplomatik xidmətdə olmasa da, Dövlət Departamentindəki işi Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı olub və buna görə də Dağlıq Qarabağ münaqişəsi haqqında ən azı ümumi təsəvvürə malik idi.


“Beşulduzlu otellərdə qalırdıq”


Hoqland ABŞ xarici siyasət idarəsinin başqa “mətbəx sirlərini” də açır və bildirir ki, bu vəzifəyə gəlməzdən əvvəl tərəddüd edib, çünki Minsk qrupunun həmsədri vəzifəsi karyera etmək vəzifəsi yox, gözləmə vəzifəsidir. Yəni diplomatlar bu vəzifədə adətən daha yüksək vəzifəyə gedənədək vaxt keçirirlər.


Diplomat bütün bunlara baxmayaraq “maaşlı vəzifəsinə” vicdanla yanaşdığını yazır.


Hoqland deyir ki, müəyyən mənada həmsədrlərin işi - diplomatın adi insanların təsəvvüründə olduğu kimi idi:


“Biz beşulduzlu otellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və Yerevanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam çox-çox az iş başa çatdırılırdı”.


“Əlbəttə ki, yox”


Hoqland yazır ki, uzun illər ərzində ATƏT Madrid Prinsiplərini – Dağlıq Qarabağ münaqişəsinin yekun həlli və Dağlıq Qarabağ əhalisinə öz müqəddəratını təyinetmə hüququ verəcək yol xəritəsini formalaşdırmışdı:


“Mənim həmsədr olduğum dövrdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişənin həlli üçün öz planını açıqlamışdı. Dərhal “Lavrov planı” adını qazanan bu təklif mövcud Madrid Prinsiplərinə xeyli oxşar idi. Amma bizə xəbərdarlıq edilmişdi ki, bunu sadəcə olaraq “masa üstündəki plan” adlandıraq”.


Riçard Hoqland bunun ardınca sensasiyalı bir açıqlama verir:


“Lavrov planı adlanan plan təqdim olunanda, mən hörmətli həmkarım, rusiyalı həmsədr Popovdan soruşdum ki, əgər Yerevan və Bakı, birdən gücənib bu planı qəbul etsələr, Kreml onu doğrudan da həyata keçirəcəkmi? Bilirsinizmi onun səmini cavabı nə oldu? “Əlbəttə ki yox!” Hər şeydən artıq bu mənə aydın etdi ki, Dağlıq Qarabağ təkcə Ermənistan və Azərbaycan arasında olan ikitərəfli problem deyil. Reallıqda bu, Rusiyanın əsas və yəqin ki, həlledici rol oynadığı üçtərəfli məsələdir”.


“Şimaldakı böyük ayının mağarası”


Keçmiş həmsədr yazır ki, Dağlıq Qarabağ keçmiş sovet məkanında bir neçə dondurulmuş münaqişələrdən biridir. Bu münaqişələrin özəl və qəliz xüsusiyyətləri olsa da, onların hamısının bir özəl birləşdirici faktoru var. Rusiya bütün bu münaqişələrdə oynamaq üçün ən yaxşı mövqe tutub.


Hoqlandın fikrincə buna baxmayaraq Moskvanın bu münaqişələrin həll olunmasını istəməməsinin də müxtəlif səbəbləri var, amma bunların ən əsası həmin ölkələrin “şimaldakı böyük ayının mağarasından” çıxmasına imkan verməməkdir.


Amerikalı diplomat yazır ki, o həmsədrlərin Yerevan və Bakıya səfərləri zamanı tərəflərin öz mövqelərindən bir addım da geriyə çəkilmək niyyətində olmadıqlarını görürdü:


“Mən şəxsən belə bir qənaətə gəlmişdim ki, Dağlıq Qarabağ problemini yalnız müharibə həll edə bilər. Hərçənd bu qənaətimi heç vaxt açıq bildirmədim”.


Moskva Azərbaycan tam qələbəyə yaxı olanda müdaxilə etdi


Hoqland yazır ki, 2020-ci il müharibəsi zamanı Minsk qrupu həmsədrləri paytaxtları bir neçə dəfə atəşkəsə çağırsalar da, bu atəşkəslər bir-neçə saat da davam etmədi:


“Moskva indiki vəziyyəti yalnız o vaxt yaratdı ki, Azərbaycanın bütün ərazisini geri alacağı görünürdü”.


ABŞ diplomatı yazır ki, Moskva bu münaqişəni sonadək həll edə bilərdi, lakin o, faktiki olaraq müstəqil Azərbaycanın ərazisinə SSRİ dağılandan bəri ilk dəfə özünün sülhməramlı qoşununu yeritdi.


Diplomat qeyd edir ki, indi Cənubi Qafqazın hər üç ölkəsində müxtəlif ampluada Rusiyanın qoşunları var. Rusiya beləliklə özünün “xüsusi nüfuz dairəsini” qoruyub saxlaya bildi.


Minsk qrupu üçün çətin çıxış yolu


Hoqland ümid edir ki, ATƏT-in Minsk qrupu bəlkə də yeni yanaşma və düşüncə ilə öz rolunu saxlaya bilər.


Onun fikrincə, hazırda keçmiş münaqişə zonasında infrastrukturun bərpasından, yeni yollardan, kommunikasiyaların açılmasından söhbət gedir.


Hoqland düşünür ki, Minsk qrupu bu işlər üçün Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan, Avropa Yenidənqurma və İnkişaf Bankından vəsait alınmasında rol oynaya bilər.


Hoqland yazır ki, bunu etmək, xüsusilə də “regionun çətin qonşuları” İran və Türkiyə də bu cəhddə öz rollarını oynamaq istəsələr, çox çətin olacaq.


Məqalədə deyilir ki, Minsk qrupu öz missiyasını yenidən müəyyənləşdirə bilməsə, çox təəssüf, beynəlxalq diplomatiyadan kənarda qalacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyanın Sünikə səfərinə etiraz edən 19 nəfərə cinayət işi açıldı 23 Aprel 2021, 21:55 Gəncədə zəncirvari qəza - ölən və xəsarət alanlar var - FOTO 23 Aprel 2021, 21:39 Bakı limanı özəl idarəetməyə verilə bilər 23 Aprel 2021, 21:25 Baydendən Ermənistan prezidenti barədə sensasiyalı açıqlama – VİDEO 23 Aprel 2021, 21:07 Güləşçimiz Avropa çempionatının finalına yüksəldi 23 Aprel 2021, 20:52 Erməni patriarx 1915-ci il hadisələrini siyasi alətə çevirməməyə çağırdı 23 Aprel 2021, 20:38 Moskvadan Bakıya gələn təyyarə Rusiyada təcili eniş etdi 23 Aprel 2021, 20:23 Müəllimlər koronavirusa yoluxdu, məktəb bağlandı 23 Aprel 2021, 20:09 Hikmət Hacıyev və Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini ilə  məsləhətləşdilər 23 Aprel 2021, 20:00 Ünvanlı dövlət sosial yardımları ödənildi 23 Aprel 2021, 19:50 Lənkəran Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE 23 Aprel 2021, 19:41 Hüseynbala Mirələmovun YAP-dan çıxarılmasına bu şəxslər “HƏ” deyiblər - SİYAHI 23 Aprel 2021, 19:09 Naxçıvan Qarnizonu Qoşunlarında rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib - VİDEO 23 Aprel 2021, 19:00 Qubada “Sadiq dost” açıldı 23 Aprel 2021, 18:52 Senat sədrinin fəlsəfəsi: respublikaçılıq yoxsa şovinizm?! 23 Aprel 2021, 18:45 Nazirlik acından ölən atlara yardım göstərdi - FOTOLAR 23 Aprel 2021, 18:38 Merkel Almaniya Bundestaqında dindirildi 23 Aprel 2021, 18:30 Ramazana məxsus ibadətlər hansılardır? - AÇIQLAMA 23 Aprel 2021, 18:21 İranla sərhəddə bu ərazinin təhlükəsizliyi Azərbaycana həvalə OLUNDU 23 Aprel 2021, 18:14 Qarabağda daha 5 erməni cəsədi tapıldı 23 Aprel 2021, 18:07 Əli Əsədov qərar imzaladı 23 Aprel 2021, 18:00 Aİ Azərbaycanda yeni layihənin icrasına başlayır 23 Aprel 2021, 17:56 Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr mərhələli keçiriləcək 23 Aprel 2021, 17:52 Ağdamdakı erməni vəhşiliyi Fransa mətbuatında 23 Aprel 2021, 17:46 Koronaviruslu xəstədən rüşvət alan daha bir həkim TUTULDU 23 Aprel 2021, 17:40 Rusiyalı həkimlər Qarabağda erməniləri müalicə edirlər 23 Aprel 2021, 17:34 Prezident Universitetə rektor TƏYİN ETDİ - FOTO 23 Aprel 2021, 17:28 Yeni Səhiyyə naziri kimdir? - DOSYE 23 Aprel 2021, 17:23 Azərbaycanda 200-dək jurnalist peyvənd olunub 23 Aprel 2021, 17:20 Havadakı tozun miqdarı axşam saatlarında azalacaq 23 Aprel 2021, 17:18 Azərbaycanlı güləşçi erməni rəqibini məğlub etdi 23 Aprel 2021, 17:12 “İlin sonuna müştərilərimiz filiallarımızda əhəmiyyətli dəyişikliklər görəcəklər” 23 Aprel 2021, 17:06 Nar” məktəblilər üçün “Oxu Saatı” layihəsinə start verir 23 Aprel 2021, 17:00 İcra başçısı müşavirə keçirdi - FOTO 23 Aprel 2021, 16:54 Navalnı aclıq aksiyasını dayandırdı 23 Aprel 2021, 16:48