Arxiv
7 Aprel 2021, 13:11 | ÖLKƏ
Məzahir Pənahov yola salınır? - “Kadr islahatlarının növbəsi MSK-ya da çatacaq” - DEPUTAT

Ötən il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra bütün sahələri əhatə edən islahatlar dalğasının Mərkəzi Seçki Komissiyasını (MSK) da əhatə edəcəyi haqqında fikirlər bildirilirdi. Hətta çoxları növbəti seçki prosesinə qədər MSK sədri Məzahir Pənahovun vəzifədən uzaqlaşdırılacağını düşünürdü.

Bu il martın 30-da Məzahir Pənahov Prezidentin sərəncamı ilə ölkənin ictimai-siyasi həyatında uzunmüddətli fəaliyyətinə “Şərəf” ordeni ilə təltif edildi. Bundan sonra isə onun səlahiyyət müddətinin bir növ başa çatdığı, artıq MSK-da yeni və gənc kadrlara yer veriləcəyi haqqında müzakirələr daha da qızışdı.

Maraqlıdır, kadr islahatları MSK-ya təsir edəcəkmi? Komissiyaya necə bir şəxs rəhbərlik etməlidir?


Bununla bağlı Modern.az-a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı xatırladıb ki, Mərkəzi Seçki Komissiyasının sədrini prezident təyin və uzaqlaşdıra bilər:


“Ölkənin hər yerində gəncləşmə gedir, gənc kadrlar irəli çəkilir. Növbə Mərkəzi Seçki Komissiyasına çatacaq. Hər yerdə bir nəsil yaşa dolur, başqa nəsil gəlir. Bu nə gedən üçün, nə də gələn üçün faciədir. Normal prosesdir”.



Sabir Rüstəmxanlı MSK sədri ilə həm razılıq, həm də narazılıqlar yaşadığını dilə gətirib:


“Məzahir Pənahovla razılıqlarımız da, narazılıqlarımız da olub. Hər bir halda ziyalı kimi ona hörmətim var. Tapşırılan işi peşəkarlıqla yerinə yetirir. İllər boyu zəhmət çəkib, işləyib. Ümumilikdə seçki komissiyasının işindən, seçkilərdən narazı olmuşuq. Amma Məzahir Pənahovun özü haqqında heç vaxt sərt fikirlər səsləndirilməyib. Ziyalı kimi tanınır. Onun haqqında mənfi nə isə deyə bilmərəm”.


Demokratik respublikalarda hakimiyyət dəyişikliyinin, ölkənin idarə olunmasının, iqtisadi-siyasi islahatların seçki prosesi ilə tənzimləndiyini diqqətə çatdıran deputatın fikrincə, məhz buna görə, MSK tənqidin də birbaşa ünvanıdır:


“Bu gün isə müharibədən yeni çıxmış ölkənin problemi Mərkəzi Seçki Komissiyası deyil. İndi əsas məsələ işğaldan azad edilmiş Qarabağ torpağının bərpasıdır. Pandemiyanı və onun təsirlərini aradan qaldırmaq, iqtisadiyyatımıza dəyən ziyanı bərpa etməkdir. Qaçqın və məcburi köçkünlərin doğma yurduna qaytarılması üçün işlər aparılmalıdır. Seçki prosesi də işin bir hissəsidir, amma bütün diqqəti buna yönəltməkdə məna görmürəm”.


Qeyd edək ki, hazırda MSK-nın 17 üzvü var. Məzahir Pənahov sədr, Rövzət Qasımov sədr müavini, Arifə Muxtarova, Mikayıl Rəhimov katib, Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev, İlkin Şahbazov isə üzvlərdir.

1951-ci il təvəllüdlü Məzahir Pənahov 21 ildir ki, MSK-ya sədrlik edir. Bu dövr ərzində ölkədə 20-yə yaxın seçki keçirilib. O, 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. Bu il martın 30-da isə Prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni alıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07 Musa Yaqubdan bir də gəlməyəcək! 7 May 2021, 18:00