Modern.az

Həkimlərə “AstraZeneca”nın saxlanılma və istifadə qaydaları AÇIQLANDI

Həkimlərə “AstraZeneca”nın saxlanılma və istifadə qaydaları AÇIQLANDI

Aktual

8 Aprel 2021, 16:20

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Elmi-tədqiqat və təhsil departamentinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” çərçivəsində tibbi heyətin bilik və bacarıqlarının daha da artırılması məqsədilə növbəti təlim baş tutub.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a verilən məlumata görə, qurumun Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva ölkədə aparılan vaksinasiya prosesi və dövlət tərəfindən COVID-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində görülən işlər haqqında geniş məlumat verib.

 

F.Əliyeva ölkəmizdə aparılan peyvəndləmə prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün TƏBİB tərəfindən bütün zəruri tədbirlər görüldüyünü xüsusi qeyd edib.

 

Eyni zamanda TƏBİB-in əməkdaşları tərəfindən tədbirdə iştirak edən Bakı və Abşeron xəstəxanalarının həkim və tibb bacılarına “Vaxzevria” peyvəndinin (“AstraZeneca”) saxlanılması qaydaları və istifadə edilməsi haqqında ətraflı məlumat verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir