Arxiv
8 Aprel 2021, 21:31 | ÖLKƏ
Hərbi əsirlər mövzusu bağlanıb - Nazir

"Hərbi əsirlər mövzusu artıq həllini tapıb və bu mövzu bağlanıb".

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov İƏT Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin ilə keçirilən birgə mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, Azərbaycan beynəlxalq münasibətlərdə öz məsuliyyətini dərk edir:

 

"10 noyabr bəyanatından sonra da Azərbaycan öz məsuliyyətli mövqeyini sərgilədi. Azərbaycan tərəfi 10 noyabrdan sonra Ermənistana 70-dən artıq hərbi əsir verdi, Ermənistan isə Azərbaycan tərəfinə 12-yə qədər hərbi əsir qaytarıb.
Hazırda Ermənistan tərəfindən qaldırılan məsələ 10 noyabrdan təqribən bir ay sonra yaranan bir məsələdir. 10 noyabr razılaşmasına əsasən, Azərbaycanın nəzarətində olan ərazilərdə Ermənistan hərbçilərin yerləşdirilməsi, təxribatlar törədilməsi nəticəsində 4 Azərbaycan hərbçisi həlak olub, bir mülki şəxs yaralanıb".

 

Nazir qeyd edib ki, Azərbaycan tərəfindən aparılan əməliyyat nəticəsində ermənilərin həmin qrupu zərərsizləşdirilib və 62 nəfər tutulub:

 

"Aparılan istinaq nəticəsində həmin şəxslərin 26 noyabr tarixində Azərbaycan ərazilərində yerləşdirilməsi öz təsdiqini tapıb. Onlar demək olar ki, hamısı Ermənistandan olan insanlardır. Azərbaycan qanunlarına əsasən, həmin insanlar cinayət əməli törədiblər.

Şəxsin hərbi əsir adlandırılması üçün hərbi əməliyyatlar olmalıdır, lakin bu olmadıqda onları terrorçu adlandırmaq olar. Azərbaycan bu barədə beynəlxalq təşkilatları məlumatlandırıb. Biz bununla bağlı beynəlxalq təşkilatlara müraciət etmişdik, bu əməllərin regionda təhlükəsizliyə ciddi təhdid olduğunu və bununla bağlı Ermənistana ciddi təzyiqn göstərilməsinin vacibliyini vurğulamışdıq.

Ermənistan tərəfi indi bu kimi spekulyasiyalarla özünün üçtərəfi bəyanata zidd addımlarını gizlətmək istəyir".

 

Nazir vurğulayıb ki, üçtərəfli bəyanata əsasən, Ermənistan hərbçiləri qeyd-şərtsiz Azərbaycan ərazilərini tərk etməlidir, lakin biz hələ də görürük ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində hərbçilər yerləşdirməyə cəhd edilir:

 

"Hətta erməni valideynlər də buna etiraz edir, övladlarının Azərbaycan ərazisinə göndərilməsinə etiraz edirlər, valideynlər həmçinin övladlarının gecə vaxtı, mülki nəqliyyat vasitələri ilə tikinti işləri adı altında Azərbaycan ərazilərinə yerləşdirilməsi cəhdlərindən danışırlar. Azərbaycan tərəfi bununla bağlı məlumatları aidiyyəti beynəlxalq qurumlara təqdim edib".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07 Musa Yaqubdan bir də gəlməyəcək! 7 May 2021, 18:00