Modern.az

“Milan” səfərdə qalib gəldi

“Milan” səfərdə qalib gəldi

11 Aprel 2021, 00:50

Futbol üzrə İtaliya A Seriyasınının 30-cu turunun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, “Milan” klubu səfərdə “Parma”nın qonağı olub. Görüş “Milan”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Milanlıların heyətində Ante Rebiç, Frank Kessi, “Parma”dan isə Rikardo Gagliolo fərqləniblər.

 

Bu qələbə nəticəsində xalını 63-ə çatdıran “Milan” ikinci yerdədir. “Parma” isə 20 xalla 19-cu yerdə qərarlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir