Arxiv
12 Aprel 2021, 10:27 | AKTUAL
Sərhədsiz xeyirxahlıq və yaxşılıqlar sahibi - Sərhəd Qasımov

Aprelin 12-si Azərbaycan Teleradiosunda Həmkarlar İttifaqına yarım əsrdən çox rəhbərlik etmiş Sərhəd Rəhmət oğlu Qasımovun 80 yaşı tamam olur. Vaxtilə onunla birlikdə bir kollektivdə çalışan yüzlərlə jurnalist, rejissor, kino və televiziya operatoru, sürücü və digər peşə sahibləri onu təmənnasız xeyirxahlıq və yaxşılıqlar daşıyıcısı kimi tanıyır, xətrini əziz tutur və bu gün də onunla əlaqə saxlayır, sağlıq durumu ilə maraqlanır, kefini-əhvalını soruşurlar. Çünki Sərhəd müəllim Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində işə başladığı ilk gündən, xüsusən də Həmkarlar İttifaqı Təşkilatına rəhbər seçiləndən elə bir iş prinsipi ilə fəaliyyət göstərib ki, analoji fakt tapmaqda xeyli çətinlik çəkməli olarsan. O, rastlaşdığı, salamlaşdığı insanların üzündən hansı problemlərlə qarşılaşdığını dərhal oxuyar və elə həmin gün əlindən gələn köməyi əsirgəməzdi. Sanatoriya və istirahət ocaqlarına yollayışların əldə edilməsi üçün heç birimiz çətinliyə düşməzdik. Yardıma ehtiyacı olanlar da yanından əliboş qayıtmazdılar. O, bizim ümid yerimiz, güvənc ünvanımız olub həmişə. Əməkdaşların yubileylərinin keçirilməsini təşkil edər, əzizlərini itirənləri tək qoymazdı. O illərdə heç bir əməkdaş haqsız yerə incidilməz, narahatlıq keçirməzdi. Çox şükürlər ki, Sərhəd müəllimin vaxtilə imza atdığı xoş ənənələr bu gün də Azərbaycan Teleradiosunda uğurla davam etdirilir.


İndi isə Sərhəd Qasımovun mənalı həyatını xarakterizə edən məqamlara nəzər salaq.


O, 1941-ci il aprel ayının 12-də Lənkəran şəhərində anadan olub. 1957-61-ci illərdə Rabitə texnikumunda təhsil alıb. Həmin ildən Respublika Radio-Televiziya Mərkəzində elektrik montyoru kimi əmək fəaliyyətinə başlayıb. İki il hərbi xidmətdən sonra 1964-cü ildə işıq sexinin rəisi vəzifəsinə təyin edilib. 1967-ci ilin oktyabrında Teleradionun Həmkarlar İttifaqı Komitəsinin ilk sədri seçilib. İlk azərbaycanlı olaraq 1970-75-ci illərdə Moskva Beynəlxalq Həmkarlar Akademiyasında təhsil alıb. İşlədiyi müddət ərzində SSRİ Radio və Televiziya Komitəsinin sədri Lapinin imzası ilə bir neçə dəfə fəxri fərman, diplom və döş nişanı ilə təltif olunub.


Sərhəd Qasımov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2006-cı ildə “Əməkdar mədəniyyət işçisi” adına, 2009-cu ildə isə “Tərəqqi” medalına layiq görülüb. 2017-ci ilin mayınadək 50 il fasiləsiz olaraq Azərbaycan Televiziya və Radio Verilişləri Şirkəti Həmkarlar İttifaqı Komitəsinin sədri, 38 il Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin üzvü və 25 il SSRİ Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin plenum üzvü olub. 2018-ci ildən “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 100 illiyi” medalı ilə təltif olunub.


Üç qızı, bir oğlu, yeddi nəvəsi var.


Bir faktı da xatırladaq ki, Sərhəd müəllim tanınmış televiziya xadimi, professor Elşad Quliyevlə və istedadlı şair Camal Yusifzadə ilə orta məktəbdə bir sinifdə oxuduğuna görə həmişə fəxr etdiyini bildirir.


Sərhəd müəllim öz nəsli-şəcərəsi üçün əsl üzağlığı nümunəsi, şərəf və vicdan nişanəsidir. O, bizim də - bu yazıya imza atan dostlarının da əzizi, sevimlisidir. Zənnimizcə, hazırda istirahətdə olsa da, öz işindən ayrılsa da, qəlbi yenə AzTV ilə, bu kollektivdə çalışan dostları, iş yoldaşları ilə birgə döyünür. O, hamımızın işi-gücü, taleyi ilə dərindən maraqlanır, yeri gəldikcə köməyini, məsləhətlərini əsirgəmir. Biz də hamılıqla ona can sağlığı, uzun ömür, həyatdan daha çox ləzzət almağı arzulayırıq. Qoy, ətrafın həmişə səni istəyən, dəyərləndirən dostlarınla, təəssübkeşlərinlə dolu olsun, əziz və hörmətli Sərhəd müəllim. 80 illik yubileyin mübarək!

 


Akif Cabbarlı

Mübariz Süleymanlı

 

P.S. Xatırlatmaq istərdik ki, Mübariz Süleymanlı iyirmi ilə yaxın müddətdə Sərhəd Qasımovun müavini kimi fəaliyyət göstərmiş və sədrin dərin etimadını da qazanmışdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda bu gün evlənən cütlük nikah şəhadətnaməsini itirdi - FOTO  17 May 2021, 20:45 Dünyada ən çox satılan avtomobillər 17 May 2021, 20:38 Dələduz iş başında yaxalandı - VİDEO 17 May 2021, 20:24 Qənirə Paşayeva Tovuzda şəhid ailələri ilə görüşdü - FOTO 17 May 2021, 20:09 Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salındı 17 May 2021, 20:00 İmtahanda ən yüksək bal toplayan şagird - FOTO 17 May 2021, 19:54 BMT Baş Assambleyası İsrail-Fələstin üçün toplanır 17 May 2021, 19:48 ÜST rəhbərindən G7 ölkələrin hökümət başçılarına ÇAĞIRIŞ 17 May 2021, 19:42 Sabirabadda narkotik becərən şəxs saxlanıldı 17 May 2021, 19:36 Bakı Baş Gömrük İdarəsində əməliyyatı - vəzifəli şəxlər saxlanıldı 17 May 2021, 19:30 Polad Alemdar xanımından BOŞANDI 17 May 2021, 19:24 Qubada iki qardaş qayalıqdan çaya yıxıldı - biri öldü 17 May 2021, 19:18 “Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı 17 May 2021, 19:12 Şoyqu erməni həmkarı ilə Qarabağı müzakirə etdi 17 May 2021, 19:06 Milli Məclisdə Fransanın xəbər portalının nümayəndə heyəti ilə görüş 17 May 2021, 19:00 AFFA bəzi klubları cərimələdi 17 May 2021, 18:54 Bakının əsas yollarında tıxac var - FOTOLAR 17 May 2021, 18:47 BNA “Həyat dolu küçələr” kampaniyasına başlayıb 17 May 2021, 18:40 İlkin Süleymanovun işi məhkəməyə göndərildi 17 May 2021, 18:34 Prezidentin köməkçisi NATO Baş katibinin müavini ilə görüşdü - FOTOLAR 17 May 2021, 18:27 Səfirlikdən Dmanisidəki kütləvi dava ilə bağlı BƏYANAT 17 May 2021, 18:20 Gürcüstanda svanlarla azərbaycanlılar barışdılar - Deputatdan açıqlama 17 May 2021, 18:14 İlin 10 gənc müəllimi - Müsabiqə yekunlaşdı 17 May 2021, 18:07 Azərbaycan Qazaxıstanla inteqrasiyanı gücləndirməlidir - TƏHLİL 17 May 2021, 18:04 Bakıda əyani tədrisə cəlb olunan şagirdlərin sayı - RƏSMİ  17 May 2021, 18:00 Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir 17 May 2021, 17:57 TƏBİB Nazirliyə: “30 ildə səhiyyə müəssisələrində yenilik olmayıb” 17 May 2021, 17:53 Makronun erməni dilindəki bəyanatından sonra səfirimizi Fransadan geri çağırmalıydıq 17 May 2021, 17:49 Dolların məzənnəsi sabit qaldı 17 May 2021, 17:42 Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb 17 May 2021, 17:36 Gömrük Akademiyası və Baş Prokurorluq birgə təlimlərə başladı 17 May 2021, 17:31 Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur 17 May 2021, 17:27 Ermənistanda minlərlə fərari əfv olunacaq 17 May 2021, 17:26 Sahibə Qafarovanın İtaliya səfəri başlayıb 17 May 2021, 17:22 Lüksemburqda azərbaycanlılara qarşı erməni təxribatı - Rəsmi MƏLUMAT 17 May 2021, 17:18