Modern.az

Avropa ölkələrində karantin YUMŞALDILIR

Avropa ölkələrində karantin YUMŞALDILIR

Dünya

12 Aprel 2021, 13:18

Bir sıra Avropa ölkələri karantin qaydalarını yumşaldılır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyada dekabrın sonlarından bəri ilk dəfə bərbərə getmək və pablarda pivə içməyə icazə verilib.

Sloveniyada 6 aydan sonra ilk dəfə komendant rejimi ləğv olunub. Ölkədə xidmət sahəsində əksər obyektlər fəaliyyətini bərpa edib.

Çexiyada isə oktyabrdan tətbiq olunmuş fövqəladə vəziyyət, komendant rejimi və bölgələr arasında hərəkət qadağası tam ləğv olunub. Ölkədə məktəblər və mağazalar qismən açılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır