Modern.az

Ermənistanın 2027-ci il büdcəsi: pensiyalara hərbi xərcdən çox ayrılacaq

Ermənistanın 2027-ci il büdcəsi: pensiyalara hərbi xərcdən çox ayrılacaq

Dünya

Bu gün, 12:33

Ermənistanın 2027-ci il dövlət büdcəsi layihəsində gəlirlər 3 trilyon 603,8 milyard dram (təxminən 10 milyard dollar), xərclər isə 4 trilyon 72 milyard dram nəzərdə tutulub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, büdcə layihəsinə əsasən, dövlət büdcəsinin kəsiri 468,2 milyard dram təşkil edəcək.

Gəlirlərin əsas hissəsini vergi daxilolmaları və dövlət rüsumları təşkil edəcək. Belə ki, ümumi gəlirlərin 3 trilyon 603,8 milyard dramından 3 trilyon 462,7 milyardı vergi daxilolmaları və dövlət rüsumlarının, 14,2 milyardı subsidiyaların, 126,9 milyardı isə digər gəlirlərin payına düşür.

Layihəyə əsasən, kapital xərcləri üçün 761 milyard dram ayrılması planlaşdırılır.

Büdcə kəsirinin maliyyələşdirilməsi daxili və xarici mənbələr hesabına həyata keçiriləcək. Bunun üçün daxili mənbələrdən təxminən 187,5 milyard dram, xarici mənbələrdən isə 280,7 milyard dram cəlb olunması nəzərdə tutulur.

2027-ci il büdcə layihəsində pensiya təminatı proqramı üzrə xərclər təxminən 674 milyard dram müəyyən edilib.

Müdafiə sahəsinə isə 616,5 milyard dram ayrılması planlaşdırılır.

Layihədə pensiya təminatına nəzərdə tutulan vəsait müdafiə xərclərini təxminən 57,5 milyard dram üstələyir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?