Arxiv
12 Aprel 2021, 17:08 | ƏDƏBİYYAT
Mehdi Hüseynin “Nizami” pyesi: “Eh...fani dünya!”

Gəncə şəhəri, səhər tezdəndir. Günəş yeni-yeni işıqlanır. Quşların həzin-həzin nəğmələri eşidilir. İki nəfər şəhərli bir-biri ilə söhbət edir. Onlardan birincisi deyir ki, “Eh...fani dünya!” İkinci şəhərli isə ona “Nə yaman ah çəkdin, əmican!” deyir. Birinci şəhərli ikinciyə izah edir ki, bir azdan Məhsətini bura gətirəcəklər. Məhsətini burada öldürəcəklər. İkinci şəhərli birincidən cavandır. Birincinin oğlu yerindədir. O, birinciyə deyir ki, gəlsənə gedib əxiləri çağırım. Birinci şəhərli buna razı olmur. Ona görə ki, nahaq yerə cavanları bada vermək istəmir. Bu zaman vali və mühafizəçilər də gəlirlər. Vali deyir: “O, hökmdarın da, mənim də sinəmə dağ çəkmişdir; yalnız o öləndən sonra gözümə yuxu gedəcəkdir. (Qolları bağlı Məhsətini bir neçə mühafizəçi əhatə edib gətirir) Dayanın, böyük hökmdarımız bu yeri nişan verdi. Məhsətinin qəbri burada qazılacaqdır. (Mühafizəçilər onun qollarını açırlar. Vali ona yaxınlaşır, istehza ilə) Böyük şairə, izn ver son dəqiqələrində üzünə doyunca baxım”. Məhsəti valiyə çəkil deyir. O, valiyə deyir ki, mənim üzüm bir aynadır. Sənin insan qanına bulaşmış siman bu aynada qorxulu görünəcək, özün-özündən qorxacaqsan. Məhsəti xanım həmişəki kimi yenə də qürurludur. O, valiyə deyir: “Sənin başındakı papaq deyil, ifritə qadın ləçəyidir”. Birinci şəhərli vali həzrətlərinə yaxınlaşır və deyir ki, Allahın qəzəbindən qorxun, Məhsəti xanımın ona mərhəmətindən hamı nəvaziş görüb, insafa gəl, onun günahından keç. Vali birinci şəhərlini çəkilməyə, getməyə vadar edir, yoxsa balalarının yetim qalacağını söyləyir. Bu anda Nizami, Qivami və Yusif  gəlir. Şükür edirlər ki, Məhsəti sağdır. Məhsəti onları görür və Nizamiyə deyir: “Gəl, Nizami, gəl, özün şahid ol. İlahi, çox şükür, faciəm nə qədər böyük olsa da, bu müdhiş ölüm daha məni qorxutmayır”. Nizami heç kəsdən qorxmayaraq Valiyə belə söyləyir: “Mən gözlərimə inanmaq istəmirəm. Edam üçün gətirilən bu qadın, Gəncənin fəxri Məhsəti xanım deyilmi? Vali, sən əsrimizin qaranlığı içərisində parlayan bu dan ulduzunu söndürməkmi istəyirsən?” Vali yenə də öz qarayaxmalarından əl çəkmir. Deyir ki, Məhsəti xanım hökmdarı həcv edən şeirlər yazır, cavanları azdırıb yoldan çıxarır. Ona görə də padşahın fərmanı belədir ki, o gərək burada daşqalaq edilsin. Bu məqamda Mehdi Hüseyn Nizami ilə vali arasında baş verənləri belə təsvir edir:


“Vali (Bir müddət sükutdan sonra Nizamiyə). Bu tərəddüd nə üçündür, şair? Bax, o izdiham sənin dalınca gəlmişdir. Təkrar edirəm, yalnız bir yolun vardır: Məhsətiyə ilk daşı sən özün at! Qoy xalq sənə baxıb onun cəzasını versin... (Nizami Məhsətiyə lap yaxın gələrkən o təəccüblə Nizamiyə baxır, aralığa daha dərin bir sükut çökür)


Nizami. İnsanların qabağı qılınc-qalxanla kəsildi. Onlar bu faciənin şahidi ola bilmədilər. Qoy bu faciəyə mavi göylər şahid olsun. Mən öz intiqamımı səndən alıram, Məhsəti xanım! (Hamı Nizaminin üzünə baxır, intizarlı sükut xeyli davam edir. Nizami həyəcanla əyilib Məhsətinin əlindən öpür)” Deməli, Nizami həm də ona görə böyük sənətkardır ki, o, qiymət verməyi bacarır. O, Məhsətinin əlindən öpməklə onun böyüklüyünü qəbul edir. Padşahın fərmanını, valinin yaramaz əməlini xalqın gözü qarşısında ifşa edir.

       
Birinci şəhərlinin “Eh...fani dünya!” söyləməsi aşağıdakı fikirləri meydana çıxarır, bir daha Məhsəti xanıma aid olan hadisə fonunda Nizaminin böyüklüyünü təsdiq edir.


  • a) Namərdlər heç zaman mərdlərin qədrini bilmir. Onların ən böyük günahı doğru danışmağı, düz görməyi, yaxşı və xeyirxah işlə məşğul olmağı bacarmalarıdır. Nizami, mərddir, doğru danışır, düz görür, yaxşı və xeyirxah işlə məşğul olur;

  • b) Namərdlər qorxaqdır. Onlar qorxaq olduqlarından ətrafdakılarını da qorxu altında saxlamaq istəyirlər. Hökmdarların qərəzli fərmanlarını icra edirlər. Axı qorxaqlıq onları kölə bir vəziyyətə salıbdır. Özləri kimi hamını da kölə, qul görmək istəyirlər. Nizami isə azaddır, köləliyi və qul olmağı insanlıq üçün ləkə sayır;

  • c) Nizami üçün hər bir müdrik insan qaranlıq içərisində parlayan ulduzdur. Hər bir müdrik insan bu dünyanın zinətidir. Məhz Məhsəti kimi;

  • ç) Nizami “Mən öz günahımı Məhsətinin qanı ilə yuyub təmizləyəcəyəm” deyir və Məhsəti xanıma yaxınlaşaraq onun əlindən öpür. Bununla da xalq qarşısında Məhsəti xanımın böyüklüyünü nümayiş etdirir.


    Buludxan Xəlilov,

    filologiya elmləri doktoru, professor

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07 Musa Yaqubdan bir də gəlməyəcək! 7 May 2021, 18:00