Arxiv
13 Aprel 2021, 10:00 | AKTUAL
Qafqaz Müsəlmanları İdarəsində seçkilər: gündəmdə deyil

Şeyxülislam Hacı Allahşükür Paşazadə dindarların 29 iyul 2003-cü il tarixdə Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə Qafqaz Müsəlmanları İdarəsinin ömürlük sədri - Şeyxülislam seçilib.

 

Uzun zamandır ki, sosial şəbəkələrdə Hacı Allahşükür Paşazadədən sonra Qafqaz Müsəlmənları İdarəsinə kimin rəhbər seçiləcəyi müzakirə olunur. Müxtəlif fərziyyələr ortaya atılsa da, konkret fikir yoxdur.

 

Dini ekspert Kənan Rövşənoğlu Modern.az-a bildirir ki, Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda müsəlman dini qurumlarının ümumi rəhbərliyi və ya başqa sözlə koordinasiyasını həyata keçirən qeyri-dövlət qurumudur:

 

“İlk olaraq 1832-ci ildə yaradılıb. 1872-ci ildən etibarən isə hazırkı strukturuna yaxın təşkilatlanmış quruma çevrilib. Sovet dövründə ləğv olunsa da, 1944-cü ildə yenidən fəaliyyətini bərpa edib.

 

Hazırda QMİ də qeyri-dövlət dini icmaları kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınıb.

 

Lakin dövlət tərəfindən bir mənada müsəlman icmalarının dini fəaliyyətinə rəhbərlik edir. İdarəyə Şeyxülislam sədrlik edir. Onun birinci müavini isə Müftidir.

 

Hazırkı Şeyxülislam Hacı Allahşükür Paşazadə 1980-ci ildən bu postdadır. 2003-cü ilə qədər qurultayda Şeyxülislam vəzifəsinə seçkilər keçirilsə də, həmin il keçirilən qurultayda hazırkı Şeyxülislam ömürlük sədr seçilib.

 

QMİ-nin ali orqanı qurultaydır. Sonuncu qurultay 2009-cü ildə keçirilib. Ancaq sədr ömürlük seçildiyi üçün sonuncu qurultayda sədr seçkisi məsələsi gündəmə gəlməyib.

 

QMİ-nin sədri ümumi olaraq təşkilata rəhbərlik edir. Bundan başqa qurumun Elmi-Dini Şurası və Qazılar Şurası fəaliyyət göstərir. Hər bölgə üzrə qazılar var ki, onlar da həmin ərazidə QMİ-nin nümayəndəsi hesab olunur. Bundan başqa səlahiyyətli nümayəndələr də var. Onlar da QMİ sədrinin təmsilçiləridir. Dediyim kimi, sədr seçkiləri hazırda gündəmdə deyil, çünki hazırkı 12-ci Şeyxülislam Allahşükür Paşazadə bu posta ömürlük seçilib. Təşkilatın Nizamnaməsinə əsasən yeni sədri də qurultay seçir”.

 

 

Mehri QURBAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda bu gün evlənən cütlük nikah şəhadətnaməsini itirdi - FOTO  17 May 2021, 20:45 Dünyada ən çox satılan avtomobillər 17 May 2021, 20:38 Dələduz iş başında yaxalandı - VİDEO 17 May 2021, 20:24 Qənirə Paşayeva Tovuzda şəhid ailələri ilə görüşdü - FOTO 17 May 2021, 20:09 Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salındı 17 May 2021, 20:00 İmtahanda ən yüksək bal toplayan şagird - FOTO 17 May 2021, 19:54 BMT Baş Assambleyası İsrail-Fələstin üçün toplanır 17 May 2021, 19:48 ÜST rəhbərindən G7 ölkələrin hökümət başçılarına ÇAĞIRIŞ 17 May 2021, 19:42 Sabirabadda narkotik becərən şəxs saxlanıldı 17 May 2021, 19:36 Bakı Baş Gömrük İdarəsində əməliyyatı - vəzifəli şəxlər saxlanıldı 17 May 2021, 19:30 Polad Alemdar xanımından BOŞANDI 17 May 2021, 19:24 Qubada iki qardaş qayalıqdan çaya yıxıldı - biri öldü 17 May 2021, 19:18 “Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı 17 May 2021, 19:12 Şoyqu erməni həmkarı ilə Qarabağı müzakirə etdi 17 May 2021, 19:06 Milli Məclisdə Fransanın xəbər portalının nümayəndə heyəti ilə görüş 17 May 2021, 19:00 AFFA bəzi klubları cərimələdi 17 May 2021, 18:54 Bakının əsas yollarında tıxac var - FOTOLAR 17 May 2021, 18:47 BNA “Həyat dolu küçələr” kampaniyasına başlayıb 17 May 2021, 18:40 İlkin Süleymanovun işi məhkəməyə göndərildi 17 May 2021, 18:34 Prezidentin köməkçisi NATO Baş katibinin müavini ilə görüşdü - FOTOLAR 17 May 2021, 18:27 Səfirlikdən Dmanisidəki kütləvi dava ilə bağlı BƏYANAT 17 May 2021, 18:20 Gürcüstanda svanlarla azərbaycanlılar barışdılar - Deputatdan açıqlama 17 May 2021, 18:14 İlin 10 gənc müəllimi - Müsabiqə yekunlaşdı 17 May 2021, 18:07 Azərbaycan Qazaxıstanla inteqrasiyanı gücləndirməlidir - TƏHLİL 17 May 2021, 18:04 Bakıda əyani tədrisə cəlb olunan şagirdlərin sayı - RƏSMİ  17 May 2021, 18:00 Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir 17 May 2021, 17:57 TƏBİB Nazirliyə: “30 ildə səhiyyə müəssisələrində yenilik olmayıb” 17 May 2021, 17:53 Makronun erməni dilindəki bəyanatından sonra səfirimizi Fransadan geri çağırmalıydıq 17 May 2021, 17:49 Dolların məzənnəsi sabit qaldı 17 May 2021, 17:42 Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb 17 May 2021, 17:36 Gömrük Akademiyası və Baş Prokurorluq birgə təlimlərə başladı 17 May 2021, 17:31 Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur 17 May 2021, 17:27 Ermənistanda minlərlə fərari əfv olunacaq 17 May 2021, 17:26 Sahibə Qafarovanın İtaliya səfəri başlayıb 17 May 2021, 17:22 Lüksemburqda azərbaycanlılara qarşı erməni təxribatı - Rəsmi MƏLUMAT 17 May 2021, 17:18