Arxiv
13 Aprel 2021, 18:23 | TƏHSİL
Mərkəzləşmiş imtahan sistemi: rəqəmlər və emosiyalar - Məleykə Abbaszadə aydınlıq  gətirir - EKSKLÜZİV

Çağdaş zamanda ali təhsil müəssisələrinə qəbulla bağlı dünyada fərqli təcrübələr mövcuddur. Elə zamanda yaşayırıq ki, İnternet resursları bu təcrübələrlə hər kəsin tanış olmaq imkanını əlçatan edib. Bu, istənilən halda müsbət haldır.

 

Ancaq bəzən ali təhsillə bağlı qərarların verilməsində insanların təcrübələrə, gerçəkliklərə deyil, emosiyalara söykənməsi arzuolunan nəticə vermir.

 

Bu gündən Modern.az saytı vasitəsilə yayımlanacaq silsilə sual-cavablarda birbaşa Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən imtahan və qəbul sistemi ilə əlaqədar son illərdə cəmiyyətdə ən çox səsləndirilən suallara aydınlıq gətiriləcək.

 

Sizi maraqlandıran sualları redaksiyamıza ünvanlaya və hər birimiz üçün faydalı ola biləcək müzakirə prosesinə qoşula bilərsiniz.

 

Beləliklə, Məleykə Abbaszadənin ilk cavabını təqdim edirik:

 

Dövlət səviyyəsində olduğu kimi fərdi səviyyədə də qərarlar emosiyalar yox, məhz rəqəmlər əsasında verilməlidir

 

Tədris ilinin sonu yaxınlaşdıqca abituriyent və valideynlərin həyəcanı artır. Təbii ki, hər bir valideyn gecələrini gündüzlərinə qataraq boya-başa çatdırdığı övladını ən yüksək yerlərdə görmək istəyir. Ən gözəl arzularımız, ən səmimi dualarımız övladlarımız üçündür.

 

İmtahan nəticələri elan olunduqda ümid və dualar öz yerini sevinc və məyusluğa buraxır. Əslində imtahan nəticələri sadəcə abituriyent və valideynlərə yox, prosesin bütün iştirakçıları üçün öz fəaliyyətini qiymətləndirmək və növbəti addımlarını planlaşdırmaq üçün dəyərli məlumat verir. Lakin bəzən emosiyalar sağlam məntiqi üstələyir, nəticələrdən məyus olan insanlar vəziyyəti düzgün təhlil etmək əvəzinə kimlərisə günahlandırmağa çalışırlar. Bəzən öz oxucu kütləsini artırmaq istəyən media nümayəndələri, populyarlaşmağa çalışan ekspertlər və ya ictimai xadimlər insanların bu emosional vəziyyətindən öz xeyirlərinə istifadə etməyə çalışır, insanlara həqiqəti yox, eşitmək istədiklərini deyirlər. Problemlərin səthi təhlili, mahiyyətdən uzaqlaşaraq təzahürlərlə manipulyasiya edilməsi bizi problemlərin həllindən uzaqlaşdırır.

 

İmtahan prosesini iki əsas amillə xarakterizə etmək olar – emosiyalar və rəqəmlər. Emosiyalar arzuları, rəqəmlər isə nəticələri təmsil edir. Tale elə gətirib ki, biz xalq olaraq emosiyaları rəqəmlərdən daha üstün tuturuq. Məhz buna görə də ədəbiyyat və incəsənət xadimlərimiz elm adamlarımızdan daha çox sevilirlər. Xahiş edirəm bu sözlərmi bir riyaziyyatçının ədəbiyyatçılara və sənətçilərə qısqanclığı kimi qiymətləndirməyin. Bu dediklərimin aydın və obyektiv səbəbləri var. Axı biz geosiyasi baxımdan problemli bir regionda yerləşirik və üstəlik bir xalq olaraq son iki əsr ərzində müstəmləkə şəraitində yaşamışıq. Böyük dövlətlər uzun müddət elmi öz monopoliyalarında saxlayıblar. Əsrlər boyu sistem elə qurulmuşdu ki, dəqiq elmlər sahəsində ciddi səviyyəyə yüksəlmək istəyən şəxs sistemə inteqrasiya olmalı, bununla da istər-istəməz həm məsafə, həm də mentalitet olaraq öz xalqından uzaqlaşmalı idi. Dəqiq elmlər sahəsində mütəxəssisləşmək istəyən şəxslər ya orta səviyyəli alim olaraq qalmaq, ya da millətindən uzaqlaşmaq dilemması qarşısında qalırdı. Bu baxımdan ədəbiyyatçılar və incəsənət xadimləri daha şanslıdır.

 

Belə ki, bu sahələrin təbiəti etibarı ilə hər hansı sistemə inteqrasiyasına ehtiyac yoxdur. Bir xalq istər inkişaf etmiş olsun, istər geri qalmış, istər azad olsun istər müstəmləkə, hər şərait öz duyğularını, dramlarını və komediyalarını yaradır. Belə olan halda yalnız bunları qələmə alacaq, rəsm tablosunda əks etdirəcək və ya notlara çevirəcək istedaların meydana çıxması kifayətdir. Xoşbəxtlikdən xalqımız tarixin hər mərhələsində bu cür istedadları yetişdirib. Məhz buna görə də milli kimliyimizin formalaşmasında, tarixin təlatümlərindən güclənərək çıxmağımızda ədəbiyyatçılarımızın və sənətçilərimizin rolu alimlərimizdən daha yüksək olub. Təbii ki, buna görə biz öz ədəbiyyat və incəsənət xadimlərimizə minnətdarıq. Lakin unutmamalıyıq ki, bir millətin formalaşması və çətinliklərə sinə gərməsi üçün ədəbiyyat və incəsənət nə qədər vacibdirsə, bu millətin sözün əsl mənasında dünyanın aparıcı xalqları ilə eyni səviyyəyə qalxması üçün elmin inkişafına ehtiyac var. Müəyyən mərhələdən sonra cəmiyyətdə elmi düşüncə aparıcı mövqeyə keçməli, hadisə və proseslər faciə və komediyalar silsiləsi kimi yox, rəqəmlərlə ifadə olunan səbəb-nəticə əlaqələri kimi təsvir olunmalıdır. Dövlət səviyyəsində olduğu kimi fərdi səviyyədə də qərarlar emosiyalar yox, məhz rəqəmlər əsasında verilməlidir.

 

Rəqəmlərlə ifadə olunan imtahan nəticələri hər bir şəxsin həyatında digər rəqəmlərlə ifadə oluna biləcək faktların nəticəsində formalaşır. Şagirdin dərs oxumaqla keçirdiyi vaxt, çalışqan və tənbəl dostlarının sayı, ailədə işlədilən müsbət və mənfi çalarlı sözlərin və ya kitab oxumağa və bayağı mövzulu seriallara sərf olunan vaxtın nisbəti, evdə adam başına düşən sahə, bu sahədə səs-küyün şiddəti və davamlılığı yekun nəticəyə təsir edən və rəqəmlərlə ifadə olunan amillərdir. Bəzən bir amil üzrə yetərsiz göstərici digər müsbət amilin təsirini artırmaqla kompensasiya oluna bilər. Məsələn, əgər evdə adambaşına düşən sahə kifayət qədər deyilsə və uşağın ayrıca otağı yoxdursa, evdə səs-küyü və emosional aktivliyi azaltmaqla dar fiziki məkanda psixoloji genişlik yaratmaq olar. Ev sakinlərinin əksəriyyətinin müntəzəm olaraq akademik və intellektual fəaliyyətlə məşğul olması isə ümumiyyətlə bütün digər mənfi amillərin təsirini minimuma endirir, intellektual vərdişlər yaradır.

 

Təbii ki, məsələnin fərdi və sosial aspektləri ilə yanaşı, ictimai və təşkilati aspektləri də mühüm əhəmiyyətə malikdir və cəmiyyətin bu məsələyə marağı başa düşüləndir. Mərkəzi imtahan sistemi bilik və bacarıqları qiymətləndirilməklə yanaşı, həm də sözün əsl mənasında sosial lift rolu oynayan və gənclərin həyati qərarlarına, eləcə də cəmiyyətin ümumi inkişafına təsir edən mühüm qərar qəbuletmə mexanizmidir. Bu baxımdan həm vətəndaşların prosesin müxtəlif aspektləri, o cümlədən həyata keçirilən  dəyişikliklərlə əlaqədar maarifləndirilməsi, eləcə də cəmiyyətə müntəzəm olaraq hesabatlar verilməsi DİM-in ən mühüm vəzifələrindən biridir.

 

Redaksiyadan: Dəyərli oxucular, Modern.az saytı vasitəsilə yayımlanacaq silsilə sual-cavablarda birbaşa Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən imtahan və qəbul sistemi ilə əlaqədar son illərdə cəmiyyətdə ən çox səsləndirilən suallara aydınlıq gətiriləcək.

 

Sizi maraqlandıran sualları redaksiyamıza ünvanlaya və hər birimiz üçün faydalı ola biləcək müzakirə prosesinə qoşula bilərsiniz.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramazanın 25-ci günün duası - İmsak və iftar vaxtı 8 May 2021, 04:02 Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07