Arxiv
13 Aprel 2021, 23:29 | QARABAĞ
Sülhməramlılar Ağdərədə nə axtarır? - FOTO

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin aprelin 13-nə olan fəaliyyəti ilə bağlı məlumatında bildirilir.

 

“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur”.

 

Bildirilib ki, rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər:

 

“Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Gün ərzində 9 bina yoxlanılıb, 9 hektar ərazi, 3 km yol təmizlənib, 65 partlayıcı maddə aşkar edilib”.

 

Rusiya MN-dən bildirilib ki, sülhməramlı kontingentin mühəndis-istehkamçı qrupları hazırda Mardakert şəhərinin (Ağdərə qəsəbəsi – red.) kənarında aktiv şəkildə partlayıcı axtarırlar:

 

“Burada - əkinçilik ərazilərində döyüş əməliyyatları zamanı artilleriya mövqeləri yerləşib. Hazırda yerli sakinlər ərazinin tam təmizlənməsi aparılmayana qədər kənd təsərrüfatı işlərini bərpa edə bilmirlər.

 

Son bir neçə gündə Mardakert bölgəsi ərazisində 50-dən çox iri çaplı mərmi və partlayıcı maddə rusiyalı istehkamçılar tərəfindən aşkar edilərək zərərsizləşdirildi”.

 

Qeyd olunub ki, Rusiya sülhməramlılarının məsul olduğu ərazilərdə ümumilikdə, 23 noyabr 2020-ci ildən bu yana 1969 hektar ərazi, 608 km yol, 1700 yaşayış binası, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 25 549 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

 

Nazirlikdən bildirilib ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır. 

 

Turan ASLAN

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
BMT Baş Assambleyası İsrail-Fələstin üçün toplanır 17 May 2021, 19:48 ÜST rəhbərindən G7 ölkələrin hökümət başçılarına ÇAĞIRIŞ 17 May 2021, 19:42 Sabirabadda narkotik becərən şəxs saxlanıldı 17 May 2021, 19:36 Bakı Baş Gömrük İdarəsində əməliyyatı - vəzifəli şəxlər saxlanıldı 17 May 2021, 19:30 Polad Alemdar xanımından BOŞANDI 17 May 2021, 19:24 Qubada iki qardaş qayalıqdan çaya yıxıldı - biri öldü 17 May 2021, 19:18 “Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı 17 May 2021, 19:12 Şoyqu erməni həmkarı ilə Qarabağı müzakirə etdi 17 May 2021, 19:06 Milli Məclisdə Fransanın xəbər portalının nümayəndə heyəti ilə görüş 17 May 2021, 19:00 AFFA bəzi klubları cərimələdi 17 May 2021, 18:54 Bakının əsas yollarında tıxac var - FOTOLAR 17 May 2021, 18:47 BNA “Həyat dolu küçələr” kampaniyasına başlayıb 17 May 2021, 18:40 İlkin Süleymanovun işi məhkəməyə göndərildi 17 May 2021, 18:34 Prezidentin köməkçisi NATO Baş katibinin müavini ilə görüşdü - FOTOLAR 17 May 2021, 18:27 Səfirlikdən Dmanisidəki kütləvi dava ilə bağlı BƏYANAT 17 May 2021, 18:20 Gürcüstanda svanlarla azərbaycanlılar barışdılar - Deputatdan açıqlama 17 May 2021, 18:14 İlin 10 gənc müəllimi - Müsabiqə yekunlaşdı 17 May 2021, 18:07 Azərbaycan Qazaxıstanla inteqrasiyanı gücləndirməlidir - TƏHLİL 17 May 2021, 18:04 Bakıda əyani tədrisə cəlb olunan şagirdlərin sayı - RƏSMİ  17 May 2021, 18:00 Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir 17 May 2021, 17:57 TƏBİB Nazirliyə: “30 ildə səhiyyə müəssisələrində yenilik olmayıb” 17 May 2021, 17:53 Makronun erməni dilindəki bəyanatından sonra səfirimizi Fransadan geri çağırmalıydıq 17 May 2021, 17:49 Dolların məzənnəsi sabit qaldı 17 May 2021, 17:42 Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb 17 May 2021, 17:36 Gömrük Akademiyası və Baş Prokurorluq birgə təlimlərə başladı 17 May 2021, 17:31 Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur 17 May 2021, 17:27 Ermənistanda minlərlə fərari əfv olunacaq 17 May 2021, 17:26 Sahibə Qafarovanın İtaliya səfəri başlayıb 17 May 2021, 17:22 Lüksemburqda azərbaycanlılara qarşı erməni təxribatı - Rəsmi MƏLUMAT 17 May 2021, 17:18 Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR 17 May 2021, 17:17 “Bank of Baku” da qəfil dəyişiklik 17 May 2021, 17:14 Paşinyanın xarici ölkə liderlərinə zəngləri davam edir 17 May 2021, 17:14 “İrəvandakı hökumət sərhədə malik olmaq hissini itirib” - Fərid Şəfiyevin ŞƏRHİ 17 May 2021, 17:10 Gürcüstanda azərbaycanlıları döyən 8 nəfər saxlanılıb - Dövlət Komitəsi 17 May 2021, 17:10 ABŞ İsrailə yüksək dəqiqliyə malik silahlar satacaq 17 May 2021, 17:08