Arxiv
14 Aprel 2021, 18:35 | AKTUAL
Hesablama Palatası Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına öz töhfəsini verə bilər

Ötən 2020-ci il xalqımız və dövlətimiz üçün bir sıra vacib hadisələrlə yaddaşlarda qaldı. Xalqımız Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ - Vətən müharibəsində möhtəşəm Qələbəni çox böyük coşqu ilə yaşadı, doğma Qarabağımız işğaldan azad olunaraq Azərbaycanın suverenliyi bərpa edildi.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

 

Deputat qeyd edib ki, qazanılan Qələbə müzəffər Ordumuzun qəhrəmanlığı ilə yanaşı, həm də son illər ölkə başçısı tərəfindən həyata keçirilən ardıcıl və davamlı islahatların, mükəmməl idarəetmənin kontekstində dövlət institutlarının daha çevik və kifayət qədər dolğun, məzmunlu fəaliyyətinin nəticəsidir. Bu baxımdan, kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanı olaraq Azərbaycan Respublikası Hesablama Palatası da 2020-ci il ərzində pandemiyanın şərtləri və tələblərinə müvafiq həmin fəaliyyətin səmərəliliyini, operativliyini və şəffaflığını təmin etmişdir.

 

O diqqətə çatdırıb ki, bu istiqamətdə Hesablama Palatası tərəfindən 2020-ci ildə başa çatdırılmış auditlərin nəticəsi olaraq 400-dən çox nöqsan müəyyən edilib. Bu nöqsanların təqribən 60 faizə yaxın hissəsi əsasən büdcə qanunvericiliyinin pozulması ilə bağlı hallardır ki, göstərilən səylər nəticəsində 50 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə geri qaytarılması diqqətəlayiq məqamdır. Qeyd edək ki, ötən il Hesablama Palatasının “2018-2020-ci illər üçün Strateji İnkişaf Planı” başa çatmış, 2021-2025-ci illərdə fəaliyyəti əhatə edən yeni Strateji Plan qəbul edilmişdir. Bu Plan Hesablama Palatasının fəaliyyətinin yeni qlobal çağırışlara uyğun qurulmasında prioritet rol oynamaqla vətəndaşların həyat səviyyəsinin və rifah halının yüksəldilməsi prinsiplərinə əsaslanmışdır. Hazırda Hesablama Palatasının fəaliyyətinin əsas prioritet istiqaməti dövlət maliyyəsinin idarəetməsində səmərəliliyin (DİM8), hesabatlılığın və şəffaflığın inkişaf etdirilməsində (DİM16) və vətəndaş̧ların mənafeyi naminə dövlət vəsaitlərinin effektiv idarə edilməsində (DİM8 və DİM16) mühüm rolunu daha da artırmaq və öz funksiyalarını hərtərəfli yerinə yetirməsinin təmin olunması və gücləndirilməsi üzrə zəruri addımlar atmaqdır. Palatanın fəaliyyətin əsas istiqamətlərinin 2030 Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşməsinə baxmayaraq, 2021-2025-ci illər Hesablama Palatasının Strateji Planının əsas gözləntilərinin təhlilində təkmilləşdirilməli olan bəndlər arasında Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi ilə bağlı nəzarət tədbirlərinin olmaması diqqəti cəlb edir.

 

“Bu baxımdan, dövlət qurumlarının dövlət vəsaitinin idarə və istifadə edilməsi sahəsində hesabatlılığının, şəffaflığının, Parlamentin müasir çağırışlarına uyğun şəkildə icra etmək üçün ölkəmizin də fəallıqla qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərinin daha da güclənməsinə stimul verəcəkdir. Xüsusilə də, DİM16, DİM8, DİM2, və DİM1 hədəflərinə nail olmaq istiqamətində qurumun nəzarəti əvəzolunmaz təsirə malikdir.

 

Fəaliyyəti dövlət vəsaitlərinin hüquqi aktların tələblərinə uyğun daha səmərəli və qənaətli istifadəsinin təmin edilməsi olan bir qurum kimi Hesablama Palatasının Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi ilə bağlı nəzarət tədbirlərini gücləndirməsi, qlobal çağırışlara daha uyğun və operativ qurulması DİM-lərin icrasında qabaqcıl olan ölkəmizin inkişafının daha dayanıqlı və innovativ olmasına dəstək olacaqdır”, - deyə deputat diqqətə çatdırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı Baş Gömrük İdarəsində korrupsiya əməliyyatı - vəzifəli şəxlər saxlanıldı 17 May 2021, 19:30 Polad Alemdar xanımından BOŞANDI 17 May 2021, 19:24 Qubada iki qardaş qayalıqdan çaya yıxıldı - biri öldü 17 May 2021, 19:18 “Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı 17 May 2021, 19:12 Şoyqu erməni həmkarı ilə Qarabağı müzakirə etdi 17 May 2021, 19:06 Milli Məclisdə Fransanın xəbər portalının nümayəndə heyəti ilə görüş 17 May 2021, 19:00 AFFA bəzi klubları cərimələdi 17 May 2021, 18:54 Bakının əsas yollarında tıxac var - FOTOLAR 17 May 2021, 18:47 BNA “Həyat dolu küçələr” kampaniyasına başlayıb 17 May 2021, 18:40 İlkin Süleymanovun işi məhkəməyə göndərildi 17 May 2021, 18:34 Prezidentin köməkçisi NATO Baş katibinin müavini ilə görüşdü - FOTOLAR 17 May 2021, 18:27 Səfirlikdən Dmanisidəki kütləvi dava ilə bağlı BƏYANAT 17 May 2021, 18:20 Gürcüstanda svanlarla azərbaycanlılar barışdılar - Deputatdan açıqlama 17 May 2021, 18:14 İlin 10 gənc müəllimi - Müsabiqə yekunlaşdı 17 May 2021, 18:07 Azərbaycan Qazaxıstanla inteqrasiyanı gücləndirməlidir - TƏHLİL 17 May 2021, 18:04 Bakıda əyani tədrisə cəlb olunan şagirdlərin sayı - RƏSMİ  17 May 2021, 18:00 Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir 17 May 2021, 17:57 TƏBİB Nazirliyə: “30 ildə səhiyyə müəssisələrində yenilik olmayıb” 17 May 2021, 17:53 Makronun erməni dilindəki bəyanatından sonra səfirimizi Fransadan geri çağırmalıydıq 17 May 2021, 17:49 Dolların məzənnəsi sabit qaldı 17 May 2021, 17:42 Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb 17 May 2021, 17:36 Gömrük Akademiyası və Baş Prokurorluq birgə təlimlərə başladı 17 May 2021, 17:31 Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur 17 May 2021, 17:27 Ermənistanda minlərlə fərari əfv olunacaq 17 May 2021, 17:26 Sahibə Qafarovanın İtaliya səfəri başlayıb 17 May 2021, 17:22 Lüksemburqda azərbaycanlılara qarşı erməni təxribatı - Rəsmi MƏLUMAT 17 May 2021, 17:18 Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR 17 May 2021, 17:17 “Bank of Baku” da qəfil dəyişiklik 17 May 2021, 17:14 Paşinyanın xarici ölkə liderlərinə zəngləri davam edir 17 May 2021, 17:14 “İrəvandakı hökumət sərhədə malik olmaq hissini itirib” - Fərid Şəfiyevin ŞƏRHİ 17 May 2021, 17:10 Gürcüstanda azərbaycanlıları döyən 8 nəfər saxlanılıb - Dövlət Komitəsi 17 May 2021, 17:10 ABŞ İsrailə yüksək dəqiqliyə malik silahlar satacaq 17 May 2021, 17:08 Ədliyyə Nazirliyi beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət göndərib 17 May 2021, 17:06 “Gürcüstanda azərbaycanlılarla bağlı konflikti qızışdıran üçüncü qüvvə var” - Sabiq deputat 17 May 2021, 17:00 “Ötən il kommersiya məhkəmələri 7 mindən çox işə baxıb” - Nazir 17 May 2021, 16:55