Arxiv
14 Aprel 2021, 19:03 | AKTUAL
Ukraynanalı nazir Gəncəyə səfər edib - FOTOLAR

Ukraynanın İnfrastkruktur naziri Vladislav Krikliyin başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib. Səfər çərçivəsində xarici qonaqlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər.

 

Modern.az xəbər verir ki, görüşdə Gəncə-Odessa hava reysinin açılması, təhsil, ticarət və aqrar sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Niyazi Bayramov qonaqları salamlayaraq, onları Gəncədə görməkdən məmnun olduğunu bildirib. Vladislav Krikliyə Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə məlumat verən şəhər rəhbəri bildirib ki, burada müxtəlif təyinatlı ali təhsil və iri sənaye müəssisələri fəaliyyət göstərirlər. Azərbaycanla Ukraynanın dost ölkə olduğunu qeyd edən Niyazi Bayramov, Gəncə ilə mövcud əlaqələrin daha da genişləndirlməsinin hər iki tərəf üçün geniş imkanlar yaradacağını deyib.

 

Ukraynanın İnfrastkruktur naziri Vladislav Krikliy öz növbəsində görüş iştirakçılarını Vətən Müharibəsində qazanılan qələbə münasibətilə təbrik edib və Ukraynanın daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. Daha sonra ölkələrimiz arasında mövcud olan və qurulabiləcək əməkdaşlıq əlaqələrindən söz açan nazir, Gəncə ilə Odessa arasında aviareysin açılmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə iş aparıldığını bildirib. Söhbət zamanı qeyd olunub ki, Gəncə ilə Ukrayna arasında artıq ticari əməkdaşlıq əlaqələrinin qurulmasına başlanılıb.

 

Gəncə Şəhər İcra Hakimiyyətində baş tutan görüşdən sonra Ukraynanın İnfrastkruktur naziri Vladislav Krikliyin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində olub. Ali təhsil müəssisəsi ilə tanışlıqdan sonra onlayn formatda ADAU ilə Odessa Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Daha sonra Gəncədə Ukrayna məhsullarının satışı mağazasının açılışı olub.

 

Ukraynalı diplomat Vətən müharibəsi dövründə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan çoxmənzilli yaşayış binasının yerləşdiyi ərazini ziyarət edib. Niyazi Bayramov bildirib ki, Gəncə 4, 5, 8, 11  və 17 oktyabr tarixlərində bir neçə dəfə raket atəşlərinə məruz qalıb. Onlardan ən dəhşətlisi 11 və 17 oktyabr taxirlərində yaşanıb. Əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Ermənistanın Gəncədə törətdiyi hərbi cinayətlər nəticəsində ümumilikdə 26 mülki şəxs həlak olub, 125-dən çox dinc sakin yaralanıb.

 

Qonaqlar erməni terroru nəticəsində həlak olanların xatirəsinə hörmət əlaməti olaraq əraziyə güllər düzüblər.

 

Vladislav Krikliy gün ərzində bir sıra iri sənaye müəssisələrinə də baş çəkərək, onların fəaliyyəti ilə yaxından tanış olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan-Lavrov görüşü başladı – FOTO 6 May 2021, 16:05 Koçaryanın seçki blokunun tərkibi AÇIQLANDI 6 May 2021, 16:02 Lavrov Bakıda Şəhidlər Xiyabanını ziyarət etməlidir 6 May 2021, 15:39 Kamran Əliyev 100 gənc hüquqşunasa xidməti vəsiqə verdi 6 May 2021, 15:35 UNEC-də ulu öndərin 98-ci ildönümünə həsr olunan konfrans keçirilib   6 May 2021, 15:30 Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırıldı 6 May 2021, 15:25 Məğlub ölkədə Qələbə günü:  Almaniyada 9 May necə keçirilir… 6 May 2021, 15:19 Prezident Kazım Qurbanovu təltif etdi 6 May 2021, 15:18 Fermerlərə 121 milyon manatdan çox subsidiya ödənilib 6 May 2021, 15:12 Şuşa şəhərinə çəkilən ikinci yolda işlər sürətləndirilib - RƏSMİ 6 May 2021, 15:06 Ankaradan Latviyanın “soyqırımı” qərarına sərt REAKSİYA 6 May 2021, 15:00 Kişiləri döyən qadınlar... 6 May 2021, 14:54 “Maskadan düzgün istifadə etməmək, maska taxmamağa bərabərdir” 6 May 2021, 14:49 ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır 6 May 2021, 14:45 Prezident sərəncam İMZALADI 6 May 2021, 14:40 Ermənistanda məğlubiyyətə görə 628 nəfər istintaqa cəlb edildi 6 May 2021, 14:34 Vətən Müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə sayılacaq 6 May 2021, 14:28 1873 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub 6 May 2021, 14:22 “Dövlət sərhədi haqqında” qanuna dəyişiklik edilir 6 May 2021, 14:16 Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib - VİDEO 6 May 2021, 14:10 Vətən Müharibəsi qəhrəmanlarının adları əbədiləşdiriləcək 6 May 2021, 14:06 Fermerlər zərərvericilərə görə SMS alacaqlar 6 May 2021, 14:00 Vətən Müharibəsi Qəhrəmanlarının dəfni ilə bağlı qayda müəyyən edilir 6 May 2021, 13:57 Bu şəxslər dəfn edilərkən hərbi ehtiram göstəriləcək 6 May 2021, 13:52 Dövlət Xidmətinin 37 yaşlı yeni rəis kimdir? - TƏRCÜMEYİ-HAL 6 May 2021, 13:46 Daha bir ölkə “erməni soyqırımı”nı tanıdı 6 May 2021, 13:41 İstanbulda yaşayış binası çökdü - VİDEO 6 May 2021, 13:35 İcra başçısı Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR 6 May 2021, 13:30 Hindistanda koronavirus dəhşəti: İnsan cəsədləri küçələrdə yandırılır - FOTOLAR 6 May 2021, 13:27 Əmlak Məsələləri Dövlət Xidmətinin yeni rəisi kimdir? - DOSYE 6 May 2021, 13:21 Onlayn Apellyasiya komissiyası fəaliyyətə başlayacaq 6 May 2021, 13:15 Mətin Eynullayev Dövlət Xidmətinin rəisi təyin edildi  6 May 2021, 13:10 Prezident Dövlət Vergi Xidmətinə rəis təyin etdi 6 May 2021, 13:05 “Dərnəgül”də intihara cəhd sıxlıq yaratdı - FOTOLAR 6 May 2021, 13:00 İsmayıllıda bal oğrusu tutuldu 6 May 2021, 12:55