Modern.az

Peskovdan Putin-Bayden görüşü haqda: “Çox tezdir”

Peskovdan Putin-Bayden görüşü haqda: “Çox tezdir”

Aktual

14 Aprel 2021, 20:41

“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında mümkün zirvə görüşü Vaşinqtonun atacağı addımlardan asılıdır”.

 

Modern.az “Sputnik”ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

“Avropa ölkələrindən birində görüşmək təklifi, əlbəttə, mövcud vəziyyətin və qarşı tərəfin atacağı addımların təhlili əsasında dəyərləndiriləcək”, - Co Baydenin Putinə üçüncü ölkədə görüş təklifindən söz açan Peskov bildirib.

 

“Görüşün hansı ölkədə keçirilməsini müzakirə etmək çox tezdir. Bunun üçün diplomatik kanallar vasitəsilə razılığa gəlmək lazımdır”, - Kreml sözçüsü əlavə edib.

 

Qeyd edək ki, Finlandiya, Avstriya və İslandiya Putin-Bayden görüşünə ev sahibliyi etməyə hazır olduqlarını açıqlayıblar.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı