Arxiv
15 Aprel 2021, 19:40 | AKTUAL
Spiker Sahibə Qafarova beynəlxalq konfransda çıxış etdi - FOTOLAR

Sankt-Peterburqda səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova “COVİD-19 pandemiyası şəraitində  qlobal çağırışlar və təhdidlər. Terrorizm və şiddətli ekstremizm” mövzusunda Beynəlxalq konfransda çıxış edib.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, konfrans Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın təşəbbüsü ilə AŞPA, ATƏT PA, Aralıq dənizi Parlament Assambleyası və BMT-nin Terrorla Mübarizə İdarəsi ilə birlikdə təşkil olunub.

 

Tədbirdə öz çıxışında Azərbaycan parlamentinin Sədri Sahibə Qafarova öncə koronavirus pandemiyası şəraitində də aktuallığını qoruyan terrorizm və şiddətli ekstremizm probleminə həsr olunmuş beynəlxalq konfransın keçirilməsinə görə MDB PA-nın və digər təşkilatların  rəhbərliyinə minnətdarlıq ifadə edib.

 

Milli Məclisin Sədri hazırda bütün dünya ictimaiyyətinin səylərinin yeni infeksiyaya qarşı mübarizə kimi mürəkkəb problemin aradan qaldırılmasına səfərbər olunduğuna diqqət çəkərək vurğulayıb ki, XXI əsrin qlobal təhdid və çağırışlarının iqlim dəyişikliyi, silahlı qarşıdurmalar, şiddətli ekstremizm, terrorizm və onun kiberterrorizm, bioterrorizm kimi təhlükəli növləri COVİD-19-un yayıldığı şəraitdə çox böyük təhlükə mənbəyidir. 

 

Xanım Sahibə Qafarova Beynəlxalq konfrans iştirakçılarının nəzərinə çatdırıb ki, Azərbaycan pandemiyanın ilk günlərindən etibarən yeni koronavirus infeksiyasına qarşı mübarizənin ön cərgəsində olub, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində maliyyə yardımı göstərib, həmçinin  dünyanın 30-dan çox ölkəsinə yeni virus infeksiyasının qarşısının alınması üçün müxtəlif vasitələrlə humanitar yardımlar edib. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilib.

 

Milli Məclisin Sədri bildirib ki, dünya dövlətlərinin diqqətinin son illərdə ən ciddi böhrana səbəb olan pandemiyaya yönəlməsinə baxmayaraq, terrorizmə və şiddətli ekstremizmə qarşı mübarizə qlobal gündəmin ən aktual məsələlərindən biri olaraq qalır. Spiker əmin olduğunu qeyd edib ki, terrorizmə və şiddətli ekstremizmə qarşı mübarizənin vacib istiqamətlərindən biri silahlı münaqişələrin nizamlanmasıdır. 

 

Sahibə Qafarova konfrans iştirakçılarının nəzərinə çatdırıb ki,  pandemiya fonunda dünya ölkələrinin koronavirusla bağlı yaranmış vəziyyətdən çıxış yolu axtarmaq üçün birləşməyə başladığı dövrdə, beynəlxalq ictimaiyyətin bütün dünyada atəşkəs çağırışları etməsinə baxmayaraq, Ermənistan ötən ilin yayında və sentyabrında yenidən Azərbaycana qarşı hərbi təxribatlara əl ataraq yeni ərazilər işğal etməyə cəhd göstərdi. Şəhərlərimiz, kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə, ballistik raketlərdən bombardmana məruz qaldı, bu da hərbçilər və mülki əhali arasında böyük itkilərə səbəb oldu.

 

Azərbaycan parlamentinin Spikeri məlumat verib ki, həmin dövrdə Ermənistan tərəfindən planetin müxtəlif guşələrindən olan terrorçular – Suriyadan, Livandan, hətta Avropa dövlətlərindən etnik ermənilər münaqişə zonasına gətirildilər.

 

Milli Məclisin Sədri xatırladıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan layiqli cavab verdi, ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Biz işğal olunmuş ərazilərimizi təxribatçı qruplardan, silahlı dəstələrdən, terrorçulardan təmizləməyə nail olduq. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan və təəssüf ki, yerinə yetirilməsi mexanizmi istifadə olunmayan 4 qətnaməsini faktiki olaraq özümüz yerinə yetirdik. Keçən il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistanın baş naziri arasında üçtərəfli  bəyanat imzalandı. 

 

Sahibə Qafarova konfrans iştirakçılarına məlumat verib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə işləri aparılır. Bununla belə, Ermənistan tərəfi növbəti dəfə beynəlxalq humanitar hüququn prinsiplərini pozaraq minalanmış ərazilərin xəritəsini verməkdn imtina edir. Minaların partlaması nəticəsində həm hərbçilər, həm də mülki şəxslər həlak olublar. Əgər Ermənistan minalanmış ərazilərin xəritələrini təqdim etsəydi, beynəlxalq hüquqa uyğun o bunu etməliydi, müharibədən sonrakı dövrdə bu itkilər olmaya bilərdi. Bununla  əlaqədar Azərbaycan beynəlxalq təşkilatlara müraciət edib. Sahibə Qafarova beynəlxalq təşkilatları bu məsələdə Ermənistana təsir göstərməyə çağırıb.  

 

Parlamentin Spikeri konfransda bir mühüm məsələyə də diqqət yönəldib. Bildirib ki, beynəlxalq sabitliyi zəiflədən amilləri aradan qaldırmaq, terrorizm və şiddətli ekstremizm risklərinin qarşısını almaq üçün bütünlükdə beynəlxalq ictimaiyyət tərəfindən yeni strateji kursun işlənib hazırlanması vacibdir. Həmin kurs ikili standartları istisna etməli, bəzi dövlətlərin beynəlxalq hüququn təməl prinsipləri və normaları ilə açıq ziddiyyət təşkil edən, həmçinin beynəlxalq təhlükəsizliyi və digər dövlətlərin suverenliyini təhlükə altında qoyan metod və vasitələrdən istifadə etmək cəhdlərini əngəlləməlidir. 

 

Terrorizmə qarşı mübarizənin mühüm aspektlərindən bəhs edən Spiker Sahibə Qafarova deyib ki, ekstremizmə və terrorizmə qətiyyətlə “yox” deyərək biz cəmiyyətlərimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq kimi dəyərlərin təbliğinə xüsusi diqqət yetirməliyik. Axı, ayrı-seçkilik, ksenofobiya, antisemitizm kimi təhlükəli meyllərin bəşər tarixində qlobal fəlakətlərə səbəb olduğu hamımıza yaxşı məlumdur.

 

Çıxışının sonunda terrorizmə və ekstremizmə qarşı mübarizədə hüquq normaları və qanunvericilik aktları yaradan parlamentarların töhfəsinin mühüm əhəmiyyətini qeyd edən Spiker Sahibə Qafarova hazırkı konfransda terrorizmlə və ekstremizmlə mübarizə məsələlərinin müzakirəsinə yaradılan imkanı müsbət qiymətləndirib və konfrans iştirakçılarına uğurlar diləyib

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Almaniyada seçkilər – Yeni parlamentdə qüvvələr nisbəti 27 Sentyabr 2021, 11:19 Qanunsuz işləyən süd qəbulu məntəqəsini BAĞLANDI 27 Sentyabr 2021, 11:08 Koronavirusa yoluxmuş “Aşıq Yedigar”ın son vəziyyəti - AÇIQLAMA 27 Sentyabr 2021, 11:02 Ermənistanın müharibədəki itkiləri barədə YENİ MƏLUMAT 27 Sentyabr 2021, 11:01 Xudavəng monastırında şəhidlərin xatirəsi yad olunub 27 Sentyabr 2021, 10:56 Müharibənin bir ili: Ermənilər nə düşünür? 27 Sentyabr 2021, 10:51 Spiker Anım Günü ilə bağlı paylaşım etdi 27 Sentyabr 2021, 10:46 Beynəlxalq Türk Akademiyası prezidentinin Azərbaycana mesajı 27 Sentyabr 2021, 10:43 44 günlük müharibənin ZƏFƏR günü... 27 Sentyabr 2021, 10:42 Naxçıvan məscidlərində şəhidlərin xatirəsi anılıb   27 Sentyabr 2021, 10:36 Qəhrəmanlıq salnaməsi - VİDEO 27 Sentyabr 2021, 10:32 Hikmət Hacıyevdən Anım Günü PAYLAŞIMI 27 Sentyabr 2021, 10:30 Ali Baş Komandan: “Düşmən beli qırılanda təslim olmağa məcbur oldu” 27 Sentyabr 2021, 10:27 Prezidentin xalqa müraciəti - TAM MƏTN 27 Sentyabr 2021, 10:26 Bu gün dəmir yumruğun endiyi gündür - Səfir 27 Sentyabr 2021, 10:22 Paşinyan terrorçuların lideri ilə müzakirə apardı 27 Sentyabr 2021, 10:19 “Düşmən 30 il ərzində bizə meydan oxuyub” - Ali Baş Komandan 27 Sentyabr 2021, 10:18 DTX Anım Günü ilə bağlı vodeoçarx hazırladı 27 Sentyabr 2021, 10:17 İlham Əliyev: Kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində etsin! 27 Sentyabr 2021, 10:16 Səttar Möhbalıyevdən Anım Günü ilə bağlı paylaşım 27 Sentyabr 2021, 10:12 Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır - İlham Əliyev 27 Sentyabr 2021, 10:07 Bakıda II Qarabağ Müharibəsi qəhrəmanlarına abidə UCALDILACAQ  27 Sentyabr 2021, 10:06 Ağdam Cümə məscidində şəhidlərin ruhuna dualar oxunub 27 Sentyabr 2021, 10:03 Prezident Xalqa müraciət edir - VİDEO 27 Sentyabr 2021, 10:00 Sentyabrın 27-də azad olunan ərazilər - SİYAHI 27 Sentyabr 2021, 09:55 Qələbəmizin memarı 27 Sentyabr 2021, 09:50 Ombudsman Anım Günü ilə bağlı bəyanat yaydı 27 Sentyabr 2021, 09:47 Heydər məscidində şəhidlərin xatirəsi anılıb 27 Sentyabr 2021, 09:44 Azərbaycan Ordusunun inamlı Qələbəsi 27 Sentyabr 2021, 09:40 Yuxarı Gövhər Ağa məscidində şəhidlər anılıb - VİDEO 27 Sentyabr 2021, 09:35 Şeyxülislam: Beynəlxalq hüququn edə bilmədiyini Ordumuz etdi 27 Sentyabr 2021, 09:33 Almaniyanın yeni kansleri kim olacaq… - Seçkinin nəticələri 27 Sentyabr 2021, 09:31 Bakıda səkkiz mağaza yanıb 27 Sentyabr 2021, 09:28 Professor Buludxan Xəlilov vəfat edib 27 Sentyabr 2021, 09:22 İstanbulda Vətən müharibəsi şəhidləri anılıb - FOTOLAR 27 Sentyabr 2021, 09:16
SORĞU Hansı vaksinə etibar edirsiniz?