Modern.az

Deputatlar Strasburqa gedir

Deputatlar Strasburqa gedir

16 Aprel 2021, 13:38

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov və Erkin Qədirli  qurumun yaz sessiyasında iştirak etmək üçün aprelin 17-dən 23-dək Strasburqda səfərdə olacaqlar.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada milli azlıqlar, Avropa Şurasının strateji prioritetləri, Xroniki və uzunmüddətli xəstəliyi olan şəxslərə qarşı ayrıseçkilik, Avropanın diasporalar üzrə siyasəti  və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. 

 

Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.  

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir