Arxiv
18 Aprel 2021, 15:14 | AKTUAL
“Kuwait Times”  Qarabağ münaqişəsindən yazdı

Küveytin gündəlik “Kuwait Times” qəzetində dünyanın aparıcı media qurumlarından olan “FrancePress” informasiya agentliyinə (AFP) istinadən Qarabağ və ətaf rayonlardan Ermənistanın işğalı nəticəsində məcburi köçkün düşmüş insanların keçdikləri çətin həyat və onların bu illər ərzində öz doğma torpaqlarına qayıtmaq həsrətləri ilə yaşadıqları və nəhayət işğal olnumş torpaqların azad edilməsindən sonra onların öz evlərinə qayıtmaq şansının yarandığı barədə məlumat dərc olunub.

 

Modern.az xəbər verir ki, məlumatda Zəngilan rayonundan köçkün düşən Rəmziyə Şərifovanın birinci Qarabağ müharibəsi zamanı 8 nəfərlik ailə üzvü ilə birlikdə çaydan keçərək İrana qaçmağa məcbur olduqları və daha sonra Bakı şəhərindəməskunlaşaraq, çətin həyat keçirmələri təsvir olunub. Qeyd edilib ki, təxminən 30 il sonra nəhayət onlar evlərinə qayıtmağı planlaşdırırlar. 47 yaşlı kitabxana işçisi 1990-cı illərin əvvəllərində Azərbaycanın cənub-qərbindəki Dağlıq Qarabağ bölgəsindən və ətrafdakı bir neçə rayondan qaçan 750.000 azərbaycanlıdan biridir.

 

Bundan əlavə məqalədə işğaldan öncə əsasən azərbaycanlıların yaşadığı Kəlbəcər rayonunun sakini, Qaçqınlar və Məcburi köçkünlər üzrə Dövlət Komitəsində dövlət qulluqçusu olaraq çalışan 41 yaşlı Ramil Hüseynovun öz dədə-baba torpağına qayıtmaq arzusu, Azərbycanın mədəniyyət beşiyi Şuşa şəhərindən 30 il əvvəl qaçmazdan əvvəl şəhər xəstəxanasında baş həkim olan 73 yaşlı Ramiq Məhərrəmovun Şuşanın azad edilməsi xəbərini necə ifadəolunmaz sevinc hissi ilə qarşılaması kimi məlumatlar əks olunub.

 

Bildirilib ki, ötən ilin 10 Noyabr tarixində Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşmasından Ermənistan Kəlbəcəri döyüşsüz geri qaytarmağa məcbur oldu, Lakin təəssüflər olsun ki, Azərbaycanın onlara vaxt verməsinə baxmayaraq şəhəri tərk edən ermənilər yaşadıqları evləri yandırır, yolları dağıdır və ağacları kəsərək təbiətə ciddi ziyan vururdular.   

 

Şuşa sakini R.Meherremov Noyabrdakı atəşəkəs razılaşmasından sonra Şuşaya qısa bir səfər edə bilib, ancaq evinin və bir neçə qonşusunun evinin yerlə yeksan edildiyini görüb.

 

Keçən ilki qarşıdurma zamanı Azərbaycan silahlı qüvvələri Şuşa şəhərini azad edəndə mühüm strateji və simvolik bir qələbə qazandılar. Çünki Şuşa Azərbaycanın mədəniyyət beşiyi hesab edilir.1990-cı illər müharibəsindən əvvəl Şuşa müsəlman azərbaycanlılar və xristian ermənilər tərəfindən istifadə olunan çoxəsrlik məscid və kilsələrin, mədəniyyət və memarlıq abidələrinin yerləşdiyi gözəlliyi ilə məşhur idi.

 

Məqalədə həmçinin qeyd olunur ki, Azərbaycan Hökuməti işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə və bərpa işlərinəartıqbaşlamışdır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bu işlərə milyardlarla dollar vəsait ayıracağını açıqlamışdır.   

https://news.kuwaittimes.net/website/for-azerbaijanis-displaced-by-war-a-chance-to-finally-go-home/

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07 Musa Yaqubdan bir də gəlməyəcək! 7 May 2021, 18:00 Şəhid olan mədəniyyət işçilərinin xatirəsi əbədiləşdirilir 7 May 2021, 17:57 Estoniyada NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək 7 May 2021, 17:54 Dünya Bankı Azərbaycanda yolların çəkilməsinə pul ayıracaq 7 May 2021, 17:49 Baş nazir Əli Əsədov hökumət üzvlərini TOPLADI 7 May 2021, 17:43 İlham Əliyevin 3 milyon baxış toplayan MÜSAHİBƏSİ: “Ustalıqla verilən cavablar dünyanın diqqətini çəkib” 7 May 2021, 17:38 Dövlət Xidmətin 33 yaşlı əməkdaşı vəfat edib 7 May 2021, 17:32 Manatın məzənnəsi sabit qaldı 7 May 2021, 17:27 Qeyri-sabit hava şəraiti ilə bağlı fermerlərə XƏBƏRDARLIQ 7 May 2021, 17:21 İtkin düşən əsgərin nəşi tapıldı 7 May 2021, 17:16 Şuşanın işğal tarixini necə keçirməliyik? – Vitse-spiker danışdı 7 May 2021, 17:11 Təhsil eksperti: Buraxılış imtahanlarındakı yaxşı nəticə məktəblərin uğuru deyil 7 May 2021, 16:59 Bakıda qanunsuz aksiya keçirməyə cəhd edildi 7 May 2021, 16:56 Xətaidə Milli Qəhrəmanın adını daşıyan park yenidənqurmadan sonra - FOTOLAR 7 May 2021, 16:52