Modern.az

Bakı Nəqliyyat Agentliyinin işçiləri vaksinasiyaya qoşulub

Bakı Nəqliyyat Agentliyinin işçiləri vaksinasiyaya qoşulub

19 Aprel 2021, 13:22

Bakı Nəqliyyat Agentliyi TƏBİB-lə birgə ictimai nəqliyyat sektorunda hərəkətin əsas təminatçılarının vaksinasiyasını davam etdirir.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, ümumilikdə 1600 nəfərdən artıq əməkdaşın vaksin olunması nəzərdə tutulub:

 

“Onlardan bir qismi artıq peyvəndin hər iki dozasını alıb. Əməkdaşlara Çin istehsalı olan “Sinovac” şirkətinin "CoronaVac" vaksini vurulur.  Həyati əhəmiyyətli sahə olaraq sərnişindaşımalarda dayanıqlılığın təmin olunması baxımından vacib məsələlərdən biri də əməkdaşların sağlamlığının qorunmasıdır. Bunu nəzərə alaraq koronavirus infeksiyasına yoluxma riskini azaltmaq üçün ardıcıl qabaqlayıcı tədbirlər görülür. Bunun sayəsində pandemiya ərzində hər hansı bir marşrut xəttinin və ya istehsalat bazasının yoluxma səbəbindən fəaliyyətinin dayandırılması riski yaranmayıb”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir