Arxiv
20 Aprel 2021, 10:28 | PARLAMENT
“Peyvənd olunmayanlara hansısa qadağa qanunsuz olar”- DEPUTAT

“Vaksinasiya insanların könüllü və şüurlu şəkildə, öz sağlamlığına münasibətini göstərən tibbi addımlardan biridir. Vaksinasiyanı hansısa şəkildə stimullaşdırmaq, yaxud mükafatlandırmaq nə tibb qaydalarına uyğundur, nə də etik cəhətdən doğrudur”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bir müddət əvvəl koronavirus əleyhinə vaksin olunanlara güzəştlərin olacağı ilə bağlı verilən rəsmi açıqlamalara münasibət bildirərkən deyib.

 

“Vaksin məhdudiyyətləri yolverilməzdir”

M.Quliyevin sözlərinə görə, koronavirusla mübarizədə vaksinasiyanın vacibliyi və bunun cəmiyyət üçün gərəkli addım olduğu maarifləndirmə yolu ilə başa salınmalıdır:

 

“Başqa bir məsələdir ki, vaksinasiya olunan şəxslərin həyat şəraiti, davranışı səfərlərdə, ekskursiyalarda riskləri daha azalır. Amma vaksin olunduqlarına görə onlara xüsusi imtiyazların verilməsi məntiqə sığan məsələ deyil. Sadəcə bəzi ölkələr vaksinasiya pasportları tərtib edirlər. Ola bilsin ki, Azərbaycan da bunu qəbul edə bilər. Mən də tərəfdarıyam ki, vaksinasiya olunan və yoluxma, yaxud yoluxdurma ehtimalı çox aşağı olan insanların xarici səfərlər zamanı həmin ölkənin şərtlərinə əməl etməsində daha rahat və arxayın olsunlar ki, onu hansısa müayinələrdən keçirmək, yaxud əlavə məhdudiyyətlər qoymaq lazım deyil. Amma istənilən halda vaksinasiya olunmayan insanlara qarşı konstitutsion hüquqların məhdudlaşdırılması doğru deyil. Ümumiyyətlə, bu barədə düşünmək də lazım deyil. Sadəcə maarifləndirmə gücləndirilməlidir. Bəzi insanlarda qorxu, xof, narahatlıq, inamsızlıq var, hətta sosial şəbəkələrdə vaksinasiya əleyhinə heç bir əsası olmayan fikirlər də yayılır. Amma mən hələ də anlaya bilmirəm ki, bu fikirləri yayanların məqsəd və məramları nədir. Biz təkcə Azərbaycanda deyil, bütün dünyada gedən prosesləri izləyirik. Məsələ burasındadır ki, Azərbaycan sosial şəbəkə istifadəçiləri də xaricdəkilərə - ya rusdilli mətbuatda, ya da ingilisdilli mətbuata istinadən bu məlumatları daha çox yayırlar”.

 

Bu şəxslər mütləq peyvənd olunmalıdır

 

Komitə sədri bəzi peşə sahiblərinin mütləq şəkildə COVID-19 peyvəndi vurdurmalı olduğunu vurğulayıb:

“Polislər, həkimlər, müəllimlər, icimai nəqliyyat sürücüləri və s. hansı ki, gündəlik çox sayda insanla ünsiyyətdə olurlar, onlara peyvənd mütləqdir. Peyvənd vurdurmadıqları təqdirdə onlara hansısa müvəqqəti məhdudiyyət qoyula bilər. Amma o insanlar şüurlu şəkildə xəstəliyin mahiyyətini və onunla mübarizənin yeganə yolunun vaksin olduğunu anlamalıdırlar.

Xəstəliyi keçirən, qanında virusa qarşı antitel yarananların vaksiansiyasını müəyyən müddətə gecikdirmək olar ki, növbə gözləyən insanlara çatsın.

Amma mən qəti şəkildə vaksin olunmayan şəxsə qarşı hansısa məhdudiyyətlərin tətbiqinin, yaxud peyvənd olunana hansısa stimullaşdırıcı mükafatın tətbiqinin  əleyhinəyəm”.

 

“Xəstəliyə qarşı immunitet yaranıb”

 

Deputat özü hər iki doza koronavirus vaksinini qəbul etdiyini deyib:

“Hər iki dozanı almışam, qanımda da kifayət qədər antitel yaranıb, özümü yaxşı hiss edirəm, heç bir problemim yoxdur. Deputatların xeyli hissəsi peyvənd vurdurub, vurdurmayanlar da xəstəliyi keçirib, immunitet qazananlardır. Milli Məclis işçiləri, o cümlədən deputatlar peyvəndləmədə fəallıq nümayiş etdiriblər”.

 

Koronavirus bəlası nə vaxt bitəcək…

 

M.Quliyev hazırda yoluxma və vaksinasiya dinamikasına əsasən, COVID-19-la bağlı proqnoz verməyin mümkünsüzlüyünü dilə gətirib:

 

“Çünki hələ ötən il payıza qədər artım, daha sonra səngimə olacağı deyilirdi. Amma bunun əksini gördük. Hətta ötən il isti yay aylarında virusun yox olacağı da bildirilirdi. Hazırda yaz aylarındayıq. Bizdə, eləcə də dünyada virusun yayılmasının “üçüncü dalğa”sı müşahidə olunur, yeni ştamları ortaya çıxır. Virusun 2022-ci ilə, hətta 2023-cü ilə qədər davam edəcəyini deyənlər var. Amma ortaq məxrəc odur ki, vaksinasiya nə qədər çox yayılarsa, yoluxmalar da bir o qədər azalar. İsrail təcrübəsi artıq dünya üçün kifayət qədər anlaşılan və xoş təcrübədir. Hansı ki, əhali artıq peyvənd olunub və karantin tədbirləri müəyyən qədər yumşaldılıb. Hesab edirəm ki, bizdə də proses nə qədər sürətlə gedərsə, sərt karantindən çıxma imkanalarımız bir o qədər artar”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07 Musa Yaqubdan bir də gəlməyəcək! 7 May 2021, 18:00