Modern.az

Azərbaycan səfiri Tacikistan Milli Dövlət Universitetinə gedib

Azərbaycan səfiri Tacikistan Milli Dövlət Universitetinə gedib

16 Sentyabr 2012, 21:02

Azərbaycan Respublikasının Tacikistandakı səfiri  Abbasəli Həsənov Tacikistan Respublikasının Milli Dövlət Universitetinin (TR MDU) rektoru Muxammadyusif İmamovla universitetdə görüş keçirib. Rektor  Universitetdə Nizami Gəncəvi, Məhsəti Gəncəvi haqqında xeyli məlumatlar və əlyazmalar olduğunu bildirib.  Geologiya elminin  Tacikistanda Azərbaycandakı qədər inkişaf etmədiyini vurğulayan rektor Muxammadyusif İmamov  bu sahədə elmi təcrübə mübadiləsinin aparılmasına ehtiyac olduğunu  bildirib. Həmçinin universitetlərarası əməkdaşlığa böyük əhəmiyyət verdiklərini, Azərbaycanın Bakı Dövlət Universiteti ilə tələbə mübadiləsi, videokonfrans təşkil edilməsini təklif edib.

Səfir Abbasəli Həsənov öz növbəsində mütəfəkkir şair Nizami Gəncəvinin 870 illiyilə əlaqədar  “Xəmsə” əsərinin səfirliyin dəstəyi ilə tacik dilində bu günlərdə işıq üzü görəcəyini bildirib.
O da qeyd olunub ki,  Nizami Gəncəvinin 870 illik yubileyində iştirak etmək üçün Tacikistandan da böyük nümayəndə heyəti qatılacaq.

Görüşün sonunda Azərbaycan Respublikasının səfiri Abbasəli Həsənov universitetin xatirə kitabına ürək sözlərini yazıb.

Ləman Ağayeva
D
üşənbə 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!