Arxiv
20 Aprel 2021, 19:48 | AKTUAL
Əlillik dərəcəsi təyinatından narazı qalan qazimizə ev və maşın veriləcək

Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək xəsarət almış hərbi qulluqçularımızın hər birinə xüsusi diqqət və qayğı ilə yanaşılır. Həmin qazilərimizdən biri olan Həsənli Sahil Rauf oğlunun əlilliyinin qiymətləndirilməsi üçün ilk növbədə müvafiq işçi qrup tərəfindən onun əyani müayinəsi aparılıb.

 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Modern.az-a verilən məlumata görə, agentliyin, Müdafiə və Səhiyyə Nazirliklərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələrindən ibarət işçi qrup tərəfindən aparılan əyani müayinənin nəticələri və Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilən Şəhadətnamədəki diaqnoz əsasında qanunvericiliyə uyğun olaraq Sahil Həsənliyə II dərəcə əlillik (müddətsiz) təyin edilib.

 

Yəni, əyani müayinənin nəticələri və diaqnoz məlumatları Sahil Həsənlinin aldığı xəsarətin (hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması, sağ bazunun yuxarı 1/3-nin travmatik amputasiyasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı güdülü) yalnız II dərəcə əlillik təyinatına əsas yaradır.

Sahil Həsənliyə əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar təyin olunub. Qazimizə müvafiq sosial ödənişlər (təqaüd və müavinət) təyin edilib.

Sahil Həsənlinin də müharibə əlilləri üçün nəzərdə tutulan imtiyaz və güzəştlərdən istifadə, eləcə də mənzillə, avtomobillə təmin olunmaq hüququ var. Hələ ötən ay Sahil Həsənli mənzillə təmin olunmaq üçün qeydiyyata götürülüb və yaxın aylarda mənzillə təmin olunacaq. Avtomobillə təmin edilmək üçün də növbəyə alınıb və onun avtomobillə təminatı da həyata keçiriləcək.

Dəfələrlə məlumat verildiyi kimi, Vətən müharibəsi qazilərinin yüksək texnologiyalı protezlə təminatı işləri aparılır. Artıq 16 qazimiz həmin müasir protezlə təmin olunub və Sahil Həsənli də yüksək texnologiyalı protezlə təmin olunacaq. Bununla bağlı olaraq o, Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə də dəvət edilib.

Sadəcə olaraq, yuxarı ətrafların yüksək texnologiyalı protezlə təmin olunması xüsusi yanaşma tələb edir.

Belə ki, güdülün, yəni amputasiya olunmuş ətrafın salamat qalan hissəsinin tam formalaşması və adaptasiyası, sonra elektron protezə uyğunlaşması üçün şəxs ilkin mərhələdə sadə protezlə təmin olunur. Hazırlıq müddəti bitəndən sonra yüksək texnologiyalı protezlə təminat həyata keçirilir.

Sahil Həsənli də həmin ilkin hazırlıq mərhələsi üçün sadə protez verilib və qısa müddətdən sonra qazimiz yüksək texnologiyalı protezlə təmin olunacaq.

Ümumilikdə, bütün müharibə əlilləri kimi, Sahil Həsənlinin də hüquqlarının təminatı daim diqqətdə saxlanır

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07 Musa Yaqubdan bir də gəlməyəcək! 7 May 2021, 18:00 Şəhid olan mədəniyyət işçilərinin xatirəsi əbədiləşdirilir 7 May 2021, 17:57 Estoniyada NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək 7 May 2021, 17:54 Dünya Bankı Azərbaycanda yolların çəkilməsinə pul ayıracaq 7 May 2021, 17:49 Baş nazir Əli Əsədov hökumət üzvlərini TOPLADI 7 May 2021, 17:43 İlham Əliyevin 3 milyon baxış toplayan MÜSAHİBƏSİ: “Ustalıqla verilən cavablar dünyanın diqqətini çəkib” 7 May 2021, 17:38