Modern.az

Koronavirus yoxsa mövsümi allergiya?

Koronavirus yoxsa mövsümi allergiya?

Aktual

21 Aprel 2021, 09:19

Baharın gəlişi ilə allergiyada artım var. Koronavirusla bəzi eyni əlamətlərə sahib olduğundan insanlar arasında çaşqınlıq yaranır. Ancaq allergiyası olan bir çox  insan simptomlarının virusa səbəb ola biləcəyini düşünmədikləri üçün ətrafda yayılma riski artır və gec müalicə olunarsa, ciddi fəsadları meydana gələ bilər.

Hiss etdiyimiz əlamətlərin koronavirus? yoxsa mövsümi allergiya olduğunu necə ayırd edə bilərik?

Bununla bağlı Modern.az-a danışan  allerqoloq Günel Məmmədova bildirib ki, allergiya mövsümu olaraq bilinən yazda  bir çox insan burun dolğunluğundan, tıxanmadan, asqırmaqdan şikayətlənir:

“Bu kimi hallarla qarşılaşdıqda xəstədən əvvəlcə  keçən il bu problemlərlə qarşılaşıb-qarşılaşmadığını soruşuruq.  Belə hallarla yaşanıbsa, qiymətləndirmə aparırıq. İlk dəfədirsə, allergiya testləri edilməlidir”.


Həkim qeyd edir ki,  koronavirusla simptonları eyniləşdirilsə də, hər iki xəstəlikdə fərqli cəhətlər var. Onları dəqiq bir şəkildə müəyyənləşdirmək vacibdir:


“COVID-19-da ciddi bir burun tıxnıqlığı yaşanır. Allergiyası olan insanlarda isə burun axması müşahidə olunur. Koronavirusda ciddi baş və boğaz ağrısı görülür. Udma çətinliyi, oynaq, əzələ ağrıları və zəiflik də mövcuddur. Əlavə olaraq, dad və qoxu itkisi təhlükəsi var. Bunlar allergiyası olan insanlarda qeydə alınmır".

 

“Allergiya problemi olanların COVID-19 tutduqda  xəstəliyi necə keçirəcəyi naratlığa səbəb olmuşdu. Amma müşahidələr onu göstərir ki, bu xəstələr koronavirusa tutulduqda daha yüngül keçirirlər”, – deyə həkim bildirib.


Aysel Məhərrəmova

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır