Modern.az

Hacıqabulda yaradılan aqroparklar islahatların tərkib hissəsidir

Hacıqabulda yaradılan aqroparklar islahatların tərkib hissəsidir

Aktual

21 Aprel 2021, 12:34

Bir ildən artıqdır ki, dünyanın başı üzərini almış koronavirus pandemiyası fəsadlar törətməkdə davam edir. Dünyanın əksər ölkələri iqtisadi tənəzzülə düşsələr də Azərbaycanda nəzərdə tutulmuş layihələrin icrası dayandırılmadı. Pandemiya sosial proqramların, habelə qarşıya qoyulmuş digər işlərin icrasına mane ola bilmədi. Dövlətimizin başçısı, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyeva mütəmadi olaraq regionlara səfərlər edir, yeni infrastruktur layihələrin reallaşdırılmasında, həmçinin digərlərinin təməlqoyma mərasimlərində iştirak edirlər. Aprelin 20-də Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri çərçivəsində görülən işlərlə yerində tanış olub və yeni müəssisələrin açılış mərasimlərində iştirak edib.

 

Modern.az xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

 

Ç.Qənizadə qeyd edib: “Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirdi ki, vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində son illər Hacıqabul rayonunda böyük işlər görülüb. Yeri gəlmişkən, qeyd edək ki, ölkəmizdə aparılan genişmiqyaslı islahatlar, o cümlədən kadr islahatları Hacıqabul rayonunda da özünü büruzə verir. Dövlətimizin başçısı müsahibəsində bu məsələni xüsusi vurğuladı və dedi ki, Hacıqabulda qazlaşdırmanın səviyyəsi yüz faizə çatıb. Rayon tam qazlaşdırılıb. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb və yeni yarımstansiyanın açılışı da bunu göstərir. Çünki tələbat artıb. İçməli su layihəsi hələ 2013-cü ildə icra edilib və Hacıqabul şəhəri içməli su ilə təmin olunub. Kənd yollarının 75 faizi yenidən çəkilib”.

 

Vurğulanıb ki, dövlətimizin başçısı Hacıqabulda bir çox sosial layihələrin icra edildiyini, xəstəxana, mədəniyyət obyektlərinin, 22 məktəbin tikildiyini və əsaslı şəkildə təmir olunduğunu bildirdi. Bütün bunların insanlar üçün gözəl şərait yaratdığını və əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırdığını deyən Azərbaycan Prezidenti bununla Hacıqabulda biznes üçün imkanların da yaxşılaşdığını qeyd etdi.

 

Fəlsəfə doktoru qeyd edib ki, Hacıqabul rayonunda iki böyük aqroparkın yaradılması da diqqə çəkən məqamlardandır. Bu, ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsidir. Aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər də görülür. Bütün bunlar kənd təsərrüfatının daha da inkişafına müsbət təsir göstərəcək. Hacıqabulda görülən yenidənqurma işləri bu rayonun simasını tamamilə dəyişib, onu müasirləşdirib.

 

İşğaldan azad olunan ərazilərdə də aqroparkların yaradılacağını bildirən dövlətimizin başçısı dedi ki, indiki mərhələdə həmin ərazilərdə müxtəlif istiqamətlər üzrə işlər görülür, ərazilərin minalardan təmizlənməsi prosesi gedir. Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Prezident əminliklə vurğuladı bu xəritələr onlarda var. Bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Buna baxmayaraq, həmin ərazilərdə əsas infrastruktur layihələrinə start verilib, azad edilmiş ərazilərdə elektrik enerjisi təchizat bu ilin sonunadək başa çatacaq. Dövlətimizin başçısı bununla bağlı dedi: “Həm xətlər çəkilir, həm yeni yarımstansiyalar tikilir. Şuşa şəhəri indi elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. Bu, çox ağır bir işdir. Çünki bu infrastruktur layihəsi Murov dağlarından keçməlidir. Orada dağların hündürlüyü 3500 metrə çatır və hələ ki, hava şəraiti o qədər də münasib deyil, qar əriməyib”.

 

Yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər getdiyini diqqətə çatdıran Prezident İlham Əliyev, ilk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməlinin qoyulacağını bildirdi. Dedi ki, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir.

 

Dünya tarixində baş verən müharibələrdən, dağıntılardan söhbət açan dövlətimizin başçısı bir daha diqqətə çatdırdı ki, bu qədər qəddarlıq, bu qədər düşmənçilik, dünya müharibə tarixində olmayıb. Erməni faşistlərinin qəddarlığı barədə məlumat verən Azərbaycan Prezidenti bildirdi ki, hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilmirdi, dini abidələr dağıdılmırdı. Bütün bunları biz yaxşı bilirik. Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Bu, bizim tarixi missiyamızdır - təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur.

 

Dövlətimizin başçısı bu gün Ermənistanda baş qaldırmaq istəyən bəzi revanşist qüvvələrə də mesaj göndərərək dedi: “Baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir