Modern.az

AVRONEST Azərbaycanın təklifini qəbul edib

AVRONEST Azərbaycanın təklifini qəbul edib

17 Sentyabr 2012, 10:59

Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri, millət vəkili Fuad Muradov Enerji Təhlükəsizliyi üzrə Ekspertlərin Seminarında iştirak etmək üçün sentyabr ayının 17-19-da Brüsseldə səfərdə olacaq.  

Bu barədə Modern.az saytına deputatın köməkçisi məlumat verib.

Enerji Təhlükəsizliyi sahəsində AB- Şərq Tərəfdaşlığı ölkələrinin əməkdaşlığı – uğurlu tədbirlər, maneələr və perspektivlər” adlı seminarda Avropa və Şərq Tərəfdaşlığı çərçivəsində enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq üçün prinsiplər üzrə fikir mübadiləsi aparılacaq.  Əsas müzakirə ediləcək mövzular Şərq tərəfdaşlığı çərçivəsində enerji sahəsində əməkdaşlığın icmalı, güclü və zəif tərəfləri, enerji sahəsində əməkdaşlığı dəstəkləmək məqsədilə AB Qonşuluq siyasəti daxil olmaqla AB-nin proqram və metodlarının potensial və perspektivləri, yaxşı nümunələr və maneələr olacaq.

Seminarda həmçinin Avropa Parlamentinin, Şərq Tərəfdaşlığı ölkələrinin Milli Parlamentlərinin və enerji sahəsində beynəlxalq əməkdaşlığa müraciət edən Avronest parlament Assambleyasının hesabatların təqdimatı gözlənilir.

Millət vəkili Fuad Muradov seminar zamanı “Avropa Birliyi - Şərqi Avropa Partnyorlarının enerji sahəsində əməkdaşlığının cari mənzərəsi və gələcək inkişaf üçün potensial”  və "İrəliyə yol: Şərq Tərəfdaşlığı çərçivəsində enerji əməkdaşlığı perspektivləri” panellərinə həmsədrlik edəcək.

Milli Məclisin sədrinin müavini Valeh Ələsgərovun, millət vəkili Fuad Muradovun və Rasim Musabəyov  təmsil etdiyi seminarda Avropa Parlamentinin üzvü və eyni zamanda Avronest Parlament Assambleyasının həmsədri Kristian VIGENIN, Avropa Parlamentinin üzvləri Miloslav RANSDORF, Gerben-Jan GERBRANDY, Edit HERCZOG, Jacek SARYUSZ-WOLSKI, Qlobal Araşdırmalar Mərkəzinin prezidenti Mykhailo GONCHAR, “Eurogas” təşkilatının baş katibi Beate RAABE, AB ölkələrinin milli parlamentlərinin üzvləri və Şərqi Avropa tərəfdaşları, enerji sahəsində beynəlxalq əməkdaşlıqda maraqlı olan regional və yerli ictimai orqanlar, o cümlədən enerji sektorunda beynəlxalq əməkdaşlıq üzrə mütəxəssislər iştirak edəcək.

Qeyd edək ki, Avronest PA-nın bu seminarı Azərbaycan nümayəndə heyəti tərəfindən təklif olunub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı