Modern.az

Azərbaycanlı nazir koronavirusa YOLUXDU

Azərbaycanlı nazir koronavirusa YOLUXDU

Ölkə

21 Aprel 2021, 13:48

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub.

 

Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

"Nazirdə yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb. Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir".

 

"Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildiririk", - məlumatda bildirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi