Arxiv
22 Aprel 2021, 12:16 | PARLAMENT
“Təəssüf ki, bəziləri dövlətin pandemiyaya qarşı mübarizəsinə kölgə salır” - Musa Quliyev

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun qeyri-rəsmi olaraq köməkçiləri olan həmin müəssisənin qeydiyyatçıları Orucov Qulu İlqar oğlu və İmanlı Taleh Mövlamerdi oğlunun, habelə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Yeni klinika" Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun və qurumun digər vəzifəli şəxslərin ağır koronaviruslu xəstələrin yaxınlarından yüksək məbləğdə rüşvət tələb etmələri müəyənləşib. Hər iki klinika rəhbəri həbs olunub.


Qeyd edək ki, dövlətin pandemiya başlayandan indiyədək müxtəlif mübarizə tədbirləri gördüyü, vaksinasiya prosesi apardığı bir vaxtda bəzi vəzifəli şəxslərin bu cür sui-istifadə hərəkətlərinə əl atması cəmiyyətdə qəzəb doğurub.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Sosia siyasət komitəsinin sədri, həkim Musa Quliyev baş verənlərə təəssüf etdiyini bildirib:

 

“Biz, eləcə də bütün dünya pandemiya ilə mübarizədədir. Cənab Prezident pandemiya ilə mübarizədə bütün səylərin səfərbər edilməsi üçün tapşırıqlar verib, şəxsi büdcəsindən virusla mübarizəyə vəsait ayırıb, tez bir zamanda yeni klinikaların açılıb istifadəyə verilməsini təmin edib.

Bildiyiniz kimi, ölkə başçısının siyasətinin əsas qayəsi korrupsiya və rüşvətxorluqla mübarizədir. Belə məsələlərdə həm ictimaiyyət, həm də hüquq-mühafizə orqanları fəal olmalıdırlar, necə ki, indiki halda operativlik nümayiş etdiriblər.
Bu kimi hallar qəti şəkildə pislənilməlidir, tibb kollektivlərində müzakirə olunmalıdır. Necə ola bilər ki, sənə belə yüksək etimad göstərilsin, bundan rüşvətxorluq üçün istifadə edəsən?! Bu heç bir çərçivəyə sığmır”.

 

M.Quliyev deyib ki, ağır, həyati təhlükəsi olan, ölümlə üzbəüz qalan xəstədən, onun yaxınlarından nəsə ummaq, şərt kəsmək, alverə getmək nə insanlığa yaraşır, nə də həkim adına:

“Mən çox təəssüf edirəm ki, koronavirusla mübarizə aparan həkimlərimizin şərəfli işinə kölgə salan hallar qeydə alınır. Bir tərəfdən də hüquq-mühafizə orqanlarının işini yüksək qiymətləndirirəm ki, belə hallara qarşı effektiv mübarizə aparırlar. Göründüyü kimi, bəziləri öz şəxsi maraqlarını güdərək dövlətin gördüyü tədbirlərə kölgə salır. Amma bu məsələdə dövlət qətiyyətini göstərir və günahkarlar cəzalandırılır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Samirə Əfəndi “Avroviziya”nın finalında - VİDEO 19 May 2021, 00:57 Abşeronda maşın aşdı - ölən və yaralananlar var - FOTO 19 May 2021, 00:49 BMT Təhlükəsizlik Şurası razılığa gələ bilmədi 19 May 2021, 00:38 Tacikistanda üç uşaq diri-diri torpağın altında qaldı - FOTO 19 May 2021, 00:22 Almaniyada piyada körpüsü çökdü - ölən və xəsarət alan var 19 May 2021, 00:09 “Yayılan görüntülər montajdır və mənə qarşı atılan böhtandır” – Mahir Abbaszadədən AÇIQLAMA 19 May 2021, 00:04 “Beşiktaş” Türkiyə kubokunu da qazandı 18 May 2021, 23:51 Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası 18 May 2021, 23:40 “Avroviziya”nın birinci yarımfinalı başlayıb 18 May 2021, 23:25 Bakıda piyadanı maşın vurub öldürdü - FOTO 18 May 2021, 23:11 Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar başlayır 18 May 2021, 22:58 Güləşçilərimiz Avropa çempionatında daha 3 medal qazandı - FOTO 18 May 2021, 22:44 Bakıda bir nəfər özünü dənizə atdı 18 May 2021, 22:33 Cəbrayıl Hacıyev Avropa çempionu oldu 18 May 2021, 22:20 Sahibə Qafarova İtaliyanın dövlət katibi ilə görüşdü 18 May 2021, 22:13 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 22:04 Goranboyda dəhşətli HADİSƏ 18 May 2021, 22:02 Abşeronda yol qəzası - xəsarət alanlar var 18 May 2021, 21:53 Türkiyədə yoluxanların sayı artdı, ölənlər azaldı 18 May 2021, 21:42 Neft yenidən ucuzlaşır 18 May 2021, 21:27 “Çernomor”u canlandıran rus aktyor vəfat etdi 18 May 2021, 21:13 "Zərifə Əliyeva" gəmisi gələn il istismara veriləcək 18 May 2021, 21:02 Ukraynanın səhiyyə naziri istefaya göndərildi 18 May 2021, 20:49 Ter-Petrosyan parlament seçkilərinə qatılır 18 May 2021, 20:33 Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı 18 May 2021, 20:20 Sahibə Qafarova İtaliya Senatının sədri ilə görüşdü 18 May 2021, 20:11 Milli Məclisin nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib - FOTO 18 May 2021, 20:03 Azərbaycanla Belarus hərbi-texniki əməkdaşlığı müzakirə edib 18 May 2021, 19:39 Bakı yollarında sıxlıq 30-dan çox avtobus tıxacda qalıb 18 May 2021, 19:21 Bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi AÇILDI 18 May 2021, 19:02 Azərbaycanla Rusiya pomidor qadağasını müzakirə etdi 18 May 2021, 18:52 Teledərslərin mayın 19-na olan cədvəli 18 May 2021, 18:50 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 18:38 Gömrükdə rüşvət alan vəzifəli şəxslər saxlanıldı - ADLAR 18 May 2021, 18:21 Manatın sabah olan məzənnəsi açıqlandı 18 May 2021, 18:04