Modern.az

Vəkil: "Nigar Yaqublunun həbsi ev dustaqlığı ilə əvəz oluna bilər"

Vəkil: "Nigar Yaqublunun həbsi ev dustaqlığı ilə əvəz oluna bilər"

Aktual

17 Sentyabr 2012, 13:04

“Hər şey istintaqın gedişindən asılıdır. Ola bilər ki, yaxın vaxtlarda ev dustaqlığı ilə bağlı vəsadəti təmin etsinlər”.
Bunu Modern.az-a açıqlamasında avtomobil qəzası ilə bağlı həbs edilmiş Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublunun vəkili Osman Kazımov deyib. O, bildirib ki, məhkəmə ilkin iki ay müddətində verdiyi qərarı dəyişdirmədi:
“Sentyabrın 17-də Müsavat Partiyasının gənc fəalı Nigar Yaqublunun apellyasiya şikayətinə baxılıb. Nigar Yaqublu barədə həbs-qətimkan tədbiri dəyişdirilməyib və onun azadlığa buraxılması barədə qərar verilməyib. Hər şey istintaqın gedişindən asılıdır. Ola bilər ki, yaxın vaxtlarda ev dustaqlığı ilə bağlı vəsadəti təmin etsinlər. Məhkəməyə veriləmə işi tezləşdirilir”.

Vəkil Nigar Yaqublunun məhkəməyə gətirilməməsinə də münasibət bildirib. O, qeyd edib ki,

məhkəmə işə onun iştirakı olmadan baxılmasının məsləhət bilib. Amma Nigar Yaqublunun da məhkəmədə iştirak arzusu ilə bağlı vəsadət verdik. Lakin vəsadət təmin olunmadı.     

Vəkil Osman Kazımov Nigar Yaqublunun səhətində heç bir problem olmadığını özünü yaxşı hiss etdiyini və əhval-ruhiyyəsinin yaxşı olduğunu söylədi.

Xatırladaq ki, Nigar Yaqublunun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Həmin maddə ilə ittiham olunanlar üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!