Modern.az

İcra başçısı COVID-19 əleyhinə peyvəndin ikinci dozası vurulub

İcra başçısı COVID-19 əleyhinə peyvəndin ikinci dozası vurulub

Aktual

23 Aprel 2021, 12:17

Hazırda Naftalan şəhərində vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi uğurla davam etdirilir. 

 

Modern.az xəbər verir ki, aprelin 22-də Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhər Xəstəxanasında COVID-19 əleyhinə ikinci dəfə peyvənd olunmuş və şəhər rəhbərinə COVİD-19 vaksinasiyası üzrə məlumat forması təqdim edilib.

 

Vaksinasiyadan sonra gözləmə otağında gözləyən vətəndaşlarla söhbət edən icra başçısı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında pandemiya ilə mübarizə sahəsində görülümüş işlərin kökündə onların sağlamlığının dayandığını bildirərək vaksinasiya kampaniyasından heç kimin kənarda qalmamasının hər bir vətəndaşın, ailə üzvünün sağlamlığı üçün mühüm şərt olduğunu qeyd edərək, hamını bu prosesdə iştirak etməyə çağırıb.

 

Məlumat üçün bildiririk ki, Naftalan ölkə üzrə vaksinləşmədə Respublika tabeli şəhərlər arasında I yerdə, ümumən Qazax rayonundan sonra II yerdədir.    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu