Modern.az

Koronavirusa görə oruc tutmamaq günah sayılırmı? - AÇIQLAMA

Koronavirusa görə oruc tutmamaq günah sayılırmı? - AÇIQLAMA

Aktual

23 Aprel 2021, 12:46

Azərbaycanda Ramazan ayı aprelin 14-dən başlayıb. Ötən ildə olduğu kimi, bu il də koronavirusun hələ də davam etdiyini nəzərə alsaq, orucluq günlərində xəstəlikdən qorunmalı və mübarizə aparmalıyıq.

Bu dönəmdə mütəxəssislər orqanizmi sağlam tutmağa çalışmağı tövsiyə edirlər. Çünki oruc tutanda insanın immum sistemi aşağı düşə bilər.

Bu dönəmdə oruc tutmamaq günah sayılırmı?


Qafqaz Müsəlmanları İdarəsinin "İçərişəhər" məscidi üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli Modern.az-a ötən il pandemiyaya səbəb olan xəstəliklərin bu il də insanları öz çaynağına almasından danışıb:


“Lakin fərqlər var. Fərqlər ondan ibarətdir ki, keçən il vaksinasiya yox idi, lakin bu il var. Təbii ki, oruc tutmaq hər bir insana vacibdir. 9 yaşında qızın, 15 yaşında isə oğlanın bunu etməsi onların ilahi vəzifələrindəndir”.


Hacı Surxay Qurani-Kərimə əsasən, xəstə və ya səfərdə olanların oruc tutmamalı olduğunu qeyd edib:


“İstisna səbədən oruc tuta bilməyənlər gün ərzində yedikləri miqdarda pul ödəyərək yardım göstərəcəklər. İslam terminində onun adı fidyədir. Koronavirusa gəldikdə isə insanlar özlərini yoxlamalıdırlar. Hər bir insanın Ramazan və digər aylarda immun sistemi zəifləyə bilər. İftar və imsak vaxtlarında vitamili qidalar önəmlidir”.


Din xadiminin sözlərinə görə, istisna hal olmayan hər bir insan oruc tutmalıdır:

“Vaksin vurulmasının da orucluğa heç bir aidiyyatı yoxdur. Əgər şəkər və onkoloji xəstələr, təzyiq problemi olanlar səhər, günorta və axşam dərman qəbul edəcəklərsə, onlar oruc tutmamalı, lakin Ramazandan sonra qəzaları hər gün tutmalıdırlar.

Lakin bir insan əgər iddia edirsə ki, onun imum sistemi düşər, indidən oruc tutmaq istəmir, o zaman günah etmiş olur. Elə xəstəliklər var ki, insanın həyatına son qoya bilər, ölüm təhlükəsi olarsa, o insan oruc tutmamalıdır. Hər bir insan öz həkimi olmalıdır”.

Nəzrin Vahid

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir