Modern.az

Din xadimləri 5 ildən bir attestasiyadan keçiriləcək

Din xadimləri 5 ildən bir attestasiyadan keçiriləcək

23 Aprel 2021, 14:42

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, dəyişikliklə İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri hər 5 ildən bir attestasiya ediləcək.

 

Layihəyə əsasən, İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir və hər 5 ildən bir attestasiya ediləcək.

 

Attestasiya müvafiq icra hakimiyyəti orqanının (qurumun) nümayəndəsinin iştirakı ilə keçirilir.

 

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi