Arxiv
23 Aprel 2021, 17:46 | AKTUAL
Ağdamdakı erməni vəhşiliyi Fransa mətbuatında

Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi (www.lecarrefour.az), fransızdilli jurnalist Zeynab Kazımovanın Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə aprelin 15-də jurnalistlərin Ağdama səfərindən hazırladığı “Qarabağın ruhlar şəhəri Ağdamda bir gün” (Une journée à Aghdam,  ville fantôme du Karabakh)  adlı reportajı Fransanın musulmansenfrance.fr  xəbər portalında yayımlanıb.


Modern.az xəbər verir ki, Ağdamın 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edildiyinə diqqət çəkən müəllif Ağdam şəhərinin və rayonun kəndlərinin ermənilər tərəfindən dağıdıldığını vurğulayıb. Yazıda bildirilir ki, işğal altında olduğu dövrdə Ağdam şəhəri və kəndləri yerlə yeksan edilib. Eyni zamanda, Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələr, qəbiristanlıqlar, yaşayış obyektləri, xəstəxanalar, kitabxanalar, məktəblər, idarə və müəssisələr hamısı ermənilər tərəfindən dağıdılıb, Yer üzündən silinib.


Məqalədə Qaragacı qəbiristanlığı, Şəhidlər xiyabanı, II Şəhidlər Xiyabanında olan bütün məzarların, həmçinin Xocalı soyqırımı nəticəsində ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlıların məzarlarının dağıdılaraq məhv edildiyi deyilir.  Ağdamın işğaldan öncə geniş infrastruktura malik olduğuna diqqət çəkən müəllif şəhəri Qarabağın mədəniyyət və musiqi beşiyi kimi xarakterizə edərək, Şuşa kimi burada da Azərbaycan musiqisinin, muğam sənətinin geniş inkişaf etdiyini, teatr, mədəniyyət abidələri, dünyada yeganə olan çörək muzeyinin bu şəhərdə olduğunu, lakin ermənilərin işğalı nəticəsində burada heç nəyin qalmadığını, şəhərin tamamilə viran qoyulduğunu qeyd edib. Məzarlıqların, o cümlədən Azərbaycanın görkəmli şairəsi Natəvanın qəbrinin, həmçinin qəbirüstü abidələrin ermənilər tərəfindən vəhşicəsinə dağıdılmasına diqqət çəkib. Reportajda Ağdamın tamamilə yerlə yeksan edildiyi, bütün tikililərin yoxa çıxdığı, infrastrukturun dağıdıldığı bildirilir. Ağdam sözünün etimologiyasını izah edən jurnalist bu gözəl şəhərin indi “Qafqazın Xirosiması” adlandırıldığını təəssüflə nəzərə çatdırır. “ Bu gün Ağdam heç bir şey qalmayan, xarabalıqlarla dolu ruhlar şəhəridir. "Ağ Ev" "Qafqazın Xirosiması" na çevrilib” – deyə müəllif kədərini ifadə edir.


Səfər boyu əslən ağdamlı olan jurnalist həmkarlarının hiss və təəssüratlarını da qələmə alan jurnalist onların öz evlərinin xarabalıqlarına ürək sızladan göz yaşları ilə baxdıqlarını, hər bir evin, məktəbin yerini göstərdiklərini, uşaq vaxtı müxtəlif oyunlar, o cümlədən futbol oynadıqları meydançanın yerini göstərdiklərini, lakin heç bir iz tapa bilmədiklərini oxucuya çatdırır. Müəllif təəssüf hissi ilə onların acısını ovuda bilmədiyini və bu insanların  “həyatlarının ən qiymətli hissəsini – öz uşaqlıqlarını itirdiklərini “ yazır. “46 yaşında həyatının əziz bir hissəsini - uşaqlığını itirən həmkarımı başa düşdüm. İnsanların illərlə öz doğma yurdlarından həsrətdə və bu gün bu fəlakət qarşısında nə hiss etdiklərini təsəvvür etmək çətindir. Əzablarını azaltmaq üçün təsəlli verən bir söz yoxdur”, – deyə reportajda qeyd olunur.


İtaliya Senatının Xarici Əlaqələr Komitəsinin sədri Vito Petrocellinin Ağdam səfəri ilə əlaqəli öz Twitter səhifəsində etdiyi paylaşımı xatırladan jurnalist senatorun “Ermənistan onu öz ərazisi hesab edirdisə, onu niyə dağıtdı?” sualına diqqəti yönəldir.  


Reportajda müəllif həmçinin bildirilir ki, Ermənistan hələ də mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina edir və bu da hökumətin bərpa işləri aparmasına mane olur, mülki şəxslərin, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını gecikdirir.


Yazıya bu linkdən daxil olmaq mümkündür:

https://musulmansenfrance.fr/une-journee-a-aghdam-ville-fantome-du-karabakh/

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lavrov Bakıda Şəhidlər Xiyabanını ziyarət etməlidir 6 May 2021, 15:39 Kamran Əliyev 100 gənc hüquqşunasa xidməti vəsiqə verdi 6 May 2021, 15:35 UNEC-də ulu öndərin 98-ci ildönümünə həsr olunan konfrans keçirilib   6 May 2021, 15:30 Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırıldı 6 May 2021, 15:25 Məğlub ölkədə Qələbə günü:  Almaniyada 9 May necə keçirilir… 6 May 2021, 15:19 Prezident Kazım Qurbanovu təltif etdi 6 May 2021, 15:18 Fermerlərə 121 milyon manatdan çox subsidiya ödənilib 6 May 2021, 15:12 Şuşa şəhərinə çəkilən ikinci yolda işlər sürətləndirilib - RƏSMİ 6 May 2021, 15:06 Ankaradan Latviyanın “soyqırımı” qərarına sərt REAKSİYA 6 May 2021, 15:00 Kişiləri döyən qadınlar... 6 May 2021, 14:54 “Maskadan düzgün istifadə etməmək, maska taxmamağa bərabərdir” 6 May 2021, 14:49 ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır 6 May 2021, 14:45 Prezident sərəncam İMZALADI 6 May 2021, 14:40 Ermənistanda məğlubiyyətə görə 628 nəfər istintaqa cəlb edildi 6 May 2021, 14:34 Vətən Müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə sayılacaq 6 May 2021, 14:28 1873 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub 6 May 2021, 14:22 “Dövlət sərhədi haqqında” qanuna dəyişiklik edilir 6 May 2021, 14:16 Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib - VİDEO 6 May 2021, 14:10 Vətən Müharibəsi qəhrəmanlarının adları əbədiləşdiriləcək 6 May 2021, 14:06 Fermerlər zərərvericilərə görə SMS alacaqlar 6 May 2021, 14:00 Vətən Müharibəsi Qəhrəmanlarının dəfni ilə bağlı qayda müəyyən edilir 6 May 2021, 13:57 Bu şəxslər dəfn edilərkən hərbi ehtiram göstəriləcək 6 May 2021, 13:52 Dövlət Xidmətinin 37 yaşlı yeni rəis kimdir? - TƏRCÜMEYİ-HAL 6 May 2021, 13:46 Daha bir ölkə “erməni soyqırımı”nı tanıdı 6 May 2021, 13:41 İstanbulda yaşayış binası çökdü - VİDEO 6 May 2021, 13:35 İcra başçısı Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR 6 May 2021, 13:30 Hindistanda koronavirus dəhşəti: İnsan cəsədləri küçələrdə yandırılır - FOTOLAR 6 May 2021, 13:27 Əmlak Məsələləri Dövlət Xidmətinin yeni rəisi kimdir? - DOSYE 6 May 2021, 13:21 Onlayn Apellyasiya komissiyası fəaliyyətə başlayacaq 6 May 2021, 13:15 Mətin Eynullayev Dövlət Xidmətinin rəisi təyin edildi  6 May 2021, 13:10 Prezident Dövlət Vergi Xidmətinə rəis təyin etdi 6 May 2021, 13:05 “Dərnəgül”də intihara cəhd sıxlıq yaratdı - FOTOLAR 6 May 2021, 13:00 İsmayıllıda bal oğrusu tutuldu 6 May 2021, 12:55 Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək - Sabahın havası 6 May 2021, 12:50 Kəndlərdə elektrik enerji təchizatı şəbəkəsi yenidən qurulur - VİDEO 6 May 2021, 12:45