Modern.az

Gəncədə zəncirvari qəza - ölən və xəsarət alanlar var - FOTO

Gəncədə zəncirvari qəza - ölən və xəsarət alanlar var - FOTO

23 Aprel 2021, 21:39

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.

 

Hərəkətdə olan "VAZ 2115", "Mercedes" və "Hyundai" markalı minik maşınları toqquşub. Qəza zamanı 1980-ci il təvəllüdlü İsayeva Hicran Nurəddin qızı dünyasını dəyişib, 1973-cü il təvəllüdlü Mirzəyev Ceyhun Arif oğlu, 1983-cü il təvəllüdlü Hüseynova Zəminə Arif qızı və 1994-cü il təvəllüdlü Əkbərov Əruz Azər oğlu isə xəsarət alıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub (apa).

 

 

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır