Arxiv
29 Aprel 2021, 09:34 | DİASPOR
Bu ölkələrin diaspor təşkilatları beynəlxalq qurumlardan cavab tələb edir - FOTOLAR

Özbəkistan, Qazaxıstanın Kostanay vilayəti və Qırğızıstanda fəaliyyət göstərən Respublika Azərbaycan Mədəniyyət Mərkəzi, "Birlik" ictimai təşkilatı və "Türkdilli dövlətlərin siyasətinə dəstək fondu" Ermənistanın mina xəritələrinə dair yolverilməz davranışına və ABŞ Prezidenti Cozef Baydenin qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyinə kəskin etirazlarını bildiriblər. 

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, keçirilən tədbirlərdə Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Firdovsi Hüseynov, "Birlik" ictimai təşlilatının sədri Rәfail Hacibalayev və diaspor təşkilatlarının üzvləri çıxış ediblər. Bildirilib ki, 44 günlük Vətən müharibə nəticəsində əldə olunan parlaq Qələbədən sonra Azərbaycan dövləti yüz minlərlə insanın öz doğma ata-baba ocaqlarına qayıtmasını təmin etmək məqsədilə bütün imkanlarını azad olunmuş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsinə və bərpa işlərinin aparılmasına yönəldib. Lakin Ermənistan hökumətinin mina xəritələrinin təhvil verməkdən imtina etməsi bu prosesə böyün əngəl yaradır. Qeyd edilib ki, bu yolverilməz davranışı, saxta soyqırım iddiaları ilə dünyanı çaşdırmağa cəhd etməsi, İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması Ermənistanın bölgədə sülh və əmin-amanlıq tərəfdarı olmadığını və beynəlxalq öhdəliklərinə məhəl qoymadığını göstərir. Tədbir iştirakçıları dünya birliyini və beynəlxalq təşkilatları bu məsələnin dərhal və qeyd-şərtsiz həlli naminə Ermənistana təzyiq göstərməyə çağırıblar.

 

"Türkdilli dövlətlərin siyasətinə dəstək fondu"nun rəhbəri Nüsrət Məmmədovun imzası ilə beynəlxalq təşkilatlara, Türkiyənin və ABŞ-ın Qırğızıstandakı səfirliklərinə ünvanlanan bəyanatda ermənilərin soyqırımı iddialarının yalan olduğu, tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasətini təkcə qardaş Türkiyəyə deyil, uzun illər ərzində Azərbaycana qarşı (31 mart və Xocalı soyqırımları) da həyata keçirdikləri yada salınıb. Hər zaman qardaş Türkiyənin yanında olduğunu bəyan edən fond ABŞ Prezidentinin qondarma "erməni soyqırımı" məsələsinə dair mövqeyini qətiyyətlə pislədiklərini nəzərə çatdırıb.

 

Bəyanatda BMT-nin 3 dəfə (2000, 2007 və 2015-ci illər) Osmanlı ermənilərinin tarixi mübahisəsinin soyqırımı olmadığını və 2016-cı ildə isə "Doğu Perinçek İsveçrəyə qarşı" işinə baxan Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanla bağlı halın soyqırımı kimi sübut edilmədiyini elan etdikləri vurğulanıb. ABŞ Prezidentindən sözügedən qərarlara hörmətlə yanaşması, soyqırımla əlaqədar bütün dəlilləri ortaya qoyması tələb edilib, müxtəlif xalqlara qarşı soyqırımlar törədən ölkəsinin tarixinə nəzər salması tövsiyə edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Neft ucuzlaşdı 18 İyun 2021, 09:20 Bakı küçələrində oğurlanan milyonlar, qanunsuz sərnişindaşımaları, ölüm qəzaları - ARAŞDIRMA 18 İyun 2021, 09:15 Bərdədə kombayn YANDI 18 İyun 2021, 09:08 Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası 18 İyun 2021, 09:03 Manatın xarici valyutalara qarşı məzənnəsi 18 İyun 2021, 09:00 Türkiyə 84 miqrantı xilas etdi 18 İyun 2021, 08:51 Ermənistan ordusu Xankəndidən könüllü çıxmasa… 18 İyun 2021, 08:45 İranda prezident seçkiləri keçirilir 18 İyun 2021, 08:14 Niderland 1/8 finalda 18 İyun 2021, 00:58 İsrail qırıcıları Qəzzanı bombaladı 18 İyun 2021, 00:54 Azərbaycan və Gürcüstan XİN rəhbərləri Antalyada görüşəcək 18 İyun 2021, 00:48 Putin Dumaya seçkilər təyin etdi 18 İyun 2021, 00:34 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 İyun 2021, 00:20 Zaxarova Rusiya jurnalistlərinə münasibəti pislədi 18 İyun 2021, 00:06 Gülüstan sarayı yaxınlığında yanğın - FOTO 17 İyun 2021, 23:52 Moskvada sürətlə yayılan aqressiv koronavirus növü aşkarlandı 17 İyun 2021, 23:37 Türkiyədə daha 62 nəfər virusdan öldü 17 İyun 2021, 23:23 Paytaxtda ər arvadını bıçaqladı 17 İyun 2021, 23:14 BMT baş katibi Bayden-Putin görüşünü alqışladı 17 İyun 2021, 23:03 Bakıda qardaş bacısını bıçaqladı 17 İyun 2021, 22:48 81 yaşlı qadının pulunu oğurlayan şəxs saxlanıldı - FOTO 17 İyun 2021, 22:35 FHN ölkə ərazisindəki yanğınların səbəbini açıqladı 17 İyun 2021, 22:22 Mahir Emreli debüt matçında het-trik etdi 17 İyun 2021, 22:09 Belçika 1/8 finalda 17 İyun 2021, 21:54 Avropa çempionatları tarixində ikinci ən erkən qol vuruldu 17 İyun 2021, 21:36 UEFA-dan Ronaldonun hərəkətinə reaksiya 17 İyun 2021, 21:25 “BakuBus”un avtobusu qəza törədib? - Şirkətdən açıqlama 17 İyun 2021, 21:11 Ukrayna parlamentində dava düşdü 17 İyun 2021, 20:58 Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO 17 İyun 2021, 20:40 İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23 Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO 17 İyun 2021, 20:09 Ukrayna millisi ilk qələbəsini qazandı 17 İyun 2021, 20:00 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 17 İyun 2021, 19:54 Prokurorluq Sarkoziyə 6 ay həbs istədi 17 İyun 2021, 19:47 Rəşad Nəbiyev Salim Atayla görüşdü 17 İyun 2021, 19:40
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?