Modern.az

Türkiyənin Bakıdakı yeni səfiri müraciət YAYDI

Türkiyənin Bakıdakı yeni səfiri müraciət YAYDI

Ölkə

3 May 2021, 12:41

"Türkiyə və Azərbaycan arasında dünyada bənzəri olmayan və ürəklərdə yaşayan qardaşlığa birlikdə şahid oluruq və yaşayırıq. Heç şübhəsiz, bu qardaşlığın təməli ortaq tarix və mədəniyyətə dayanır".

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycanda fəaliyyətə başlayan yeni səfiri Cahit Bağçı yaydığı müraciətində bildirib.

Səfir müraciətində iki dövlətin görkəmli xadimlərindən sitat gətirib.

“İki dövlətin qurucuları - ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ilə ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsi bu qardaşlıq bağının əsasını təşkil edir”.

C.Bağçı deyib ki, prezidentlər  Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin “Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir” bəyanatları bu qardaşlığı və ikitərəfli münasibətləri inkişaf etdirmək və qorumaq üçün bir anddır. 

Məlum olduğu kimi, qədim Azərbaycan torpağı olan Qarabağın ermənilər tərəfindən təxminən 30 illik qanlı işğalı 44 gün davam edən Vətən müharibəsinin sonunda şanlı Qələbə ilə başa çatdı. Bu Qələbə Azərbaycan xalqı kimi Türkiyədəki vətəndaşlarımızı da çox sevindirdi. Türkiyə Vətən müharibəsində qardaşlıq borcunu yerinə yetirərək Azərbaycanı heç vaxt tək qoymadı. Türkiyə savaşın əvvəlindən sonuna qədər qardaşının yanında oldu və hər cür dəstək göstərdi. Türkiyə xalqı adından Azərbaycandakı və dünyadakı bütün azərbaycanlılara səslənirəm: Zəfəriniz mübarək və daimi olsun! Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət diləyirik, onların ailələrinə, döyüşçü yoldaşlarına, sevənlərinə və Azərbaycan xalqına başsağlığı veririk və səbr diləyirik. Ruhları şad, məkanları cənnət olsun! 

İnanırıq ki, Qarabağdakı xarı bülbüllər hər bahar şəhidlərimiz üçün açacaq”.

Səfir onu da əlavə edib ki, Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticari, hərbi, sosial və mədəni əlaqələr və əməkdaşlıq geostrateji dəyər qazanıb.

“Son zamanlar münasibətlərimiz bütün sahələrdə inkişaf etdir” deyən C.Bağçı Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Trans-Anadolu (TANAP) təbii qaz kəməri və Trans Adriatik (TAP) boru kəməri fəaliyyətə başladığını xatırladıb.

O qeyd edib ki, Türkiyə və Azərbaycan bölgənin təhlükəsizliyinə və sabitliyinə töhfə vermək üçün bütün imkanlarını və güclərini birləşdirib.

“İkitərəfli əməkdaşlığımızın bu qədər və bir çox yeni imkanlar yaratdığı tarixi dövrdə Türkiyənin Bakıdakı səfiri kimi xidmət etmək böyük şərəfdir”.

“Türkiyənin Azərbaycandakı rəsmi nümayəndələri olaraq Azərbaycanın dövlət adamları və qardaşlarımızla yaxından əməkdaşlıq etməyə çalışacağıq”, - C.Bağçı deyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi