Modern.az

“Peyvənd olunması tövsiyə edilməyən şəxslərlə bağlı qərar yoxdur\"

“Peyvənd olunması tövsiyə edilməyən şəxslərlə bağlı qərar yoxdur\

6 May 2021, 12:36

"Müəyyən səbəblərdən peyvənd olunması tövsiyə edilməyən şəxslərlə bağlı hələ heç bir qərar, yaxud məhdudiyyət yoxdur".

Modern.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, bununla bağlı ölkə xaricinə giriş-çıxış qaydalarına dair qüvvədə olan heç bir məsələ yoxdur:

“Bu gün bütün dünyada ölkələr arasında gediş-gəliş PZR testi əsasındadır. Ölkədə də giriş-çıxış qaydaları bəllidir. Hələ heç bir qərar qəbul edilmədiyi üçün heç nə demək mümkün deyil. Sərhədlər də bağlıdır. Gələcəkdə hansı qərarlara gəlinəcəksə, bu barədə yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?