Arxiv
6 May 2021, 17:54 | AKTUAL
Məktəblərin çağırışaqədərki hazırlıq rəhbərləri ilə müzakirə aparıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Təhsil Nazirliyi və Azərbaycan Gənclər Fondu ilə birlikdə təşkil edilmiş növbəti onlayn müzakirə Gəncə şəhər orta təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərlərinin iştirakı ilə keçirilib. Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətə hazırlanmaları, hərbi peşəyönümü, həmçinin dərslərin keyfiyyətli tədrisinə dəstək göstərilməsi məqsədilə davam etdirilən silsilə tədbirlər mütəşəkkilliyi ilə fərqlənir.


Çağırışaqədərki hazırlıq rəhbərləri “Vətənpərvər Azərbaycan gəncliyi” devizi altında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindəndir” mövzusunda tədbirə böyük maraq göstəriblər.  


Xidmətin idarə rəisi mayor Füzuli İsmayılov keçirilən tədbir barədə ətraflı məlumat verib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev həm sovetlər dövründə, həm də müstəqillik illərində milli hərbi kadr hazırlığı məsələsini prioritetə çevirmişdi. Azərbaycanlı gənclərin zabit peşəsinə yiyələnmələri üçün o zamankı ittifaq çərçivəsində əsaslı işlər görmüşdü.  Mayor F.İsmayılov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan siyasətin əsas istiqamətlərindən biri kimi gənclərin vətənpərvərlik tərbiyəsi məsələsinin əhəmiyyətini konkret faktlarla əsaslandırıb. O, bildirib ki, çağırışaqədərki hazırlıq dərsləri gənclərin ilkin hərbi biliklərə yiyələnmələrində, onların hərbi xidmətə hazırlanmalarında mühüm əhəmiyyət daşıyır.


Vebinarda Təhsil Nazirliyinin şöbə müdirinin müavini Orxan Abbasov bildirib ki, çağırışaqədərki hazırlıq rəhbərləri ilə keçirilən tədbirlər tədris prosesinin yaxşılaşdırılması və fikir mübadiləsi üçün müəyyən əhəmiyyətə malikdir. O.Abbasov ölkə rəhbərinin gənc nəslin vətənpərvərlik tərbiyəsi istiqamətində təhsil işçiləri qarşısında qoyduğu vəzifələrin icrası baxımından çağırışaqədərki hazırlığın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin şücaəti müəyyən mənada ümumtəhsil məktəblərində təlim-tədrisin əməli nəticəsidir və bu işdə çağırışaqədərki hazırlıq rəhbərlərinin rolu danılmazdır.


Azərbaycan Gənclər Fondunun əməkdaşı Ülvi Adıgözəlov bildirib ki, təlimin daha da təkmilləşdirilməsi, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi üçün məktəb və cəmiyyət əməkdaşlığının inkişafı önəmlidir. Azərbaycan Gənclər Fondu vətənpərvərlik tərbiyəsi üçün gənclərin fərdi və gənclər təşkilatlarının müxtəlif layihələrini dəstəkləyir.


Gəncə şəhər Təhsil idarəsinin müdiri Anar Qədiməliyev belə bir görüşün təşkilinə görə minnətdarlıq edib, cəmiyyətdə hərbi peşəyə marağın yüksəlməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının davamlı artmasında çağırışaqədərki hazırlıq rəhbərlərin rolunu diqqətə çatdırıb. 


Tədbirdə iştirak edən Gəncə şəhər 17, 39, 43 və 44 saylı tam orta məktəblərinin  müəllimləri Ceyhun Əzizov, Səfər Hüseynov, Tacəddin Verdiyev və Zübair Dadaşov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.


Diskussiya şəraitində keçən tədbirin sonunda suallar cavablandırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa çempionatında 1/8 finalın cütlükləri bilindi 24 İyun 2021, 01:04 Daha iki komanda 1/8 finalda - AVRO-2020 24 İyun 2021, 01:00 İranda ABŞ-la danışıqları qadağan edən qanun qəbul edilə bilər 24 İyun 2021, 00:54 Ronaldo Azərbaycan əsilli futbolçunun rekordunu təkrarladı 24 İyun 2021, 00:47 İstanbulda azərbaycanlı güllələndi - VİDEO 24 İyun 2021, 00:40 Almaniyada "Delta" ştammına yoluxanların sayı iki dəfə artdı 24 İyun 2021, 00:29 Senat Yunanıstana hərbi yardım qanununu təsdiqlədi 24 İyun 2021, 00:16 Əbülfəz Elçibəyin anadan olmasından 83 il ötür 24 İyun 2021, 00:01 Ronaldo Buffonun rekordunu qırdı 23 İyun 2021, 23:54 AŞPA Krım tatarlarına qarşı işgəncələri pislədi 23 İyun 2021, 23:40 Lənkəran sakini qohumlarını güllələyib öldürdü 23 İyun 2021, 23:25 Azərbaycanda dəhşətli cinayət: Qadını 29 bıçaq zərbəsi ilə öldürdü 23 İyun 2021, 23:14 Bu ölkədə 16,7 milyon nəfər tam peyvəndləndi 23 İyun 2021, 23:07 Türkiyədə daha 65 nəfər virusdan öldü 23 İyun 2021, 22:58 Emil Avropa çempionatları tarixində ikinci ən erkən qolu vurdu 23 İyun 2021, 22:44 Bakıya gələ biləcək komandalar dəqiqləşdi - AVRO-2020 23 İyun 2021, 22:28 Cəlilabadda yanğın oldu 23 İyun 2021, 22:16 Hulusi Akardan Qara dənizdəki gərginliklə bağlı açıqlama 23 İyun 2021, 22:10 Daha 3 komanda 1/8 finalda - AVRO-2020 23 İyun 2021, 21:57 Azərbaycanda TURKOVAC peyvəndinin sınağı keçiriləcək 23 İyun 2021, 21:48 Bakıda fəhlə betonlanmış çuxura yıxılıb öldü 23 İyun 2021, 21:34 Dünyada peyvəndlənmə ilə bağlı son vəziyyət 23 İyun 2021, 21:23 “Anadolu Qartalı” təlimindən VİDEO 23 İyun 2021, 21:10 Viktor Balaşov vəfat etdi 23 İyun 2021, 20:56 AŞPA qadınlarla bağlı qətnamə qəbul etdi 23 İyun 2021, 20:47 İranda jurnalistləri daşıyan avtobus qəzaya düşdü 23 İyun 2021, 20:34 Gəncədə çətənə kolları məhv edildi - FOTO 23 İyun 2021, 20:22 Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatdı - VİDEO 23 İyun 2021, 20:09 Zaqatalada ağır qəza - 1 ölü, 9 yaralı 23 İyun 2021, 20:00 Lavrovla Qrandinin Moskvada görüşü olacaq 23 İyun 2021, 19:52 Sabirabad sakinləri marixuanaya görə saxlanıldı 23 İyun 2021, 19:45 Prokurorluq Xəzərdə qanunsuz nərə ovu ilə bağlı məlumat YAYDI 23 İyun 2021, 19:38  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib   23 İyun 2021, 19:30 Orduda briqada komanda-qərargah təlimi keçirilir - FOTO 23 İyun 2021, 19:22 İlyas Rzayev də general oldu 23 İyun 2021, 19:15
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?