Modern.az

“Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq” - Paşinyan

“Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq” - Paşinyan

6 May 2021, 18:40

İrəvan Qarabağla bağlı üçtərəfli razılaşmaların yerinə yetirilməsi üçün hər cür səy göstərməyə hazır olduğunu təsdiqləyir.

 

Modern.az “RİA Novosti”yə istinadən məlumat verir ki, bu sözləri Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüş zamanı deyib.

 

“Sizi əmin etmək istərdim ki, Ermənistan bundan sonra da 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarında əldə edilmiş razılaşmaları həyata keçirmək üçün bütün tədbirləri görməyə davam edəcək. Biz həmçinin tərəflər arasında üçtərəfli formatda konstruktiv dialoqun təmin olunması üçün səylər göstərməyə hazırıq”, - deyə N.Paşinyan bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı